Goji berrinin faydaları və zərərləri

Goji berrinin faydaları və zərərləriGoji berri, Çin, Tibet kimi Asiya tərəflərində yetişən meyvədir. Bu meyvənin şirin və yüngül dadı var. Çində tibbi məqsədlə istifadə edilir. Vitamin və mineral cəhətdən zəngindir. Tərkibində C vitamini, dəmir, sink, beta-karoten mövcuddur. Antioksidantdır. Bu və lif tərkibi ilə immunitet sistemini gücləndirir. Çiy olaraq istifadə edilməlidir. Ancaq qurudulmuş, bişmiş formalarında da təqdim edilir.

Faydaları nələrdir?

İmmuniteti gücləndirir: Tərkibində olan A və C vitamini müxtəlif problemlərin qarşısını almağa kömək olur.

Göz sağlamlığı üçün faydalıdır: Tərkibində olan karotenoidlər göz sağlamlığını qoruyur.

Dəri üçün faydalıdır: Dəridə meydana gələn problemləri aradan qaldırmağa kömək edir, günəşin zərərli şüalarına qarşı qoruyur.

Ürək sağlamlığını qoruyur.

Xərçənglə mübarizədə kömək edir: Tərkibində olan C vitamini, xərçəng hüceyrələri ilə mübarizə aparır. Antioksidant sayəsində şiş böyüməsi zəifləyir və zərərli maddələrin bədəndən atılmasına dəstək olur.

Sümük sağlamlığına faydalıdır: Tərkibində yer alan minerallar sayəsində sümük sağlamlığı üçün faydalıdır.

Streslə mübarizədə effektlidir: Goji berri mütəmadi olaraq istifadə edildiyi zaman sağlamlıq üçün faydalıdır. Stresi azaldır, yuxu keyfiyyətini artırır.

Qan şəkəri miqdarını tənzimləyir: Tərkibində mövcud olan polissakkaritlər vasitəsilə qan şəkəri səviyyələrini tənzimləyir.

Goji berrinin faydaları və zərərləriNecə istifadə edilir?

Təzə ya da qurudulmuş vəziyyətdə bu formada istifadə edilə bilər:

Qurudulmuş Goji berri, qatıq, salatlara əlavə edilir. Şirniyyatlarda da istifadə edilir.

Yulaf əzməsinə də əlavə edilə bilər.

Goji berri, fındıq, badam kimi ləpələrlə qarışdırılıb istifadə edilir.

Çay olaraq da istifadə edilir. Qaynar suya əlavə edilib dəmlənilir və daha sonra içilir.

Yeməklərə də əlavə edilir. Ancaq diqqət edilməlidir ki, çox yeyilməsin.

Goji berrinin zərərləri nələrdir?
Goji berrinin faydaları və zərərləriFaydalı olsa da bəzi insanların istifadəsi zamanı zərərli ola bilər.

Bu meyvə qan durulandırıcı, antibioktiklər kimi bəzi dərmanlar ilə reaksiyaya girərək əks təsirlərə yol aça bilər.

Allergik reaksiya yarada bilər. Qaşıntı, qızarıqlıq, nəfəs darlığı kimi simptomlar yaranarsa istifadəyə son qoyulmalıdır.

Mədə narahatçılığı yarada bilər. Mədə bulantısı, qusma, ishal kimi əlamətlər görülərsə mütəxəssisdən dəstək almaq tövsiyədir.

Çox istifadəsi zamanı qan şəkərinə təsir edir, şəkər xəstələri üçün problem yarada bilər.

Həddindən çox yeyildiyi zaman ürəyin sürətli döyünməsi, yuxu pozuntuları yarana bilər. Gün ərzində 35-40 qram istifadə edilməlidir. Qurudulan Goji berri isə bir ovucdan artıq yeyilməməlidir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 26 avqust 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari