Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbGədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus "Çaldaş" su emalı müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə qanunvericiliyə zidd olaraq məhsulların üzərində "müalicəvi" sözünün qeyd olunduğu, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır", - məlumatda qeyd edilib.
Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbGədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbGədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbGədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 11 iyun 2023

Oxşar xəbərlər

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv


masaj yuxuda hamilelik testi qarin agrisi babasil mualicesi boyrek agrisi
masaj
is elanlari