Yuxu gətirən qida və içkilər

Yuxu gətirən qida və içkilərYuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydalı ola bilər. Yuxusuzluq ciddiləşdikcə daha çox problemlərə yol aça bilər.

Yuxusuzluga faydali olan caylar hansilardir?

Doktorinfo.az xəbər verir ki, çobanyastığı yuxu gətirmə mövzusunda ən çox tövsiyə edilən təbii həll yollarından biridir. Sakitləşdirici təsirləri sayəsində sinir sisteminə yaxşı təsir edən, stress və stresə bağlı yaranan yuxusuzluq problemini ortadan qaldıran çobanyastığının bu xüsusiyyətindən yararlanmaq üçün çobanyastığının çayını dəmləyib içə bilərsiniz. Bunun üçün qurudulmuş çobanyastıqları evdə 1 su stəkanı isti suya 1 şirniyyat qaşığı qədər olacaq şəkildə əlavə edib dəmləyə bilər və ya arzu etsəniz hazır paket çaylarından istifadə edə bilərsiniz.
Yuxu gətirən qida və içkilərLavanta çayı – Sinirləri sakitləşdirir. Yuxu problemlərinə həll ola bilən digər bitkilərdən biri də lavantadır. Lavantanın bu təsirindən dəstək almaq üçün bu bitkinin çayını demleyib içə bilər, istəsəniz yağından da dəstək ala bilərsiniz. Bunun üçün sprey şüşəsinin içini su ilə doldurub içinə 10 damla qədər lavanta yağı damlatmağınız və yatacağınız otağa bu spreydən sıxmağınız kifayət edəcəkdir.

Melisa çayı – Yüngül bir limon aromasına sahib yarpaqlarıyla asanlıqla ayırd edilə bilən bitkilərdəndir. 30 dəqiqə içində yuxu gətirməyə başlayır, sakitləşdirici təsiri sayəsində yuxu keyfiyyətini də artırır.

Razyana çayı – Mədəni rahatlatma xüsusiyyətinə malikdir. Bunun sayəsində qarın ağrısı, həzmsizlik kimi səbəblərlə yata bilməyənlərə yaxşı təsir göstərir. Həm də vücudda sakitləşdirici təsirlər yaradır. Yararlanmaq üçün 1 su stəkan isti suya 1 sirniyyat qaşığı çaydan əlavə edib dəmləyib içməyiniz kifayət edəcəkdir.
Yuxu gətirən qida və içkilərAnason çayı – Sinir, stress, gərginlik, məyusluq kimi mənfi ruh hallarına yaxşı təsir göstərən bitkilərdəndir. Yuxu gətirən başlıca qidalardan hesab edilir. Bu təsirdən faydalanmaq üçün 1 su stəkanı isti suya 1 çay qaşığı anason əlavə edib dəmləməyiniz kifayətdir.

Banan – Potassium qaynağıdır. İçində bolca maqnezium mövcuddur. Yatmaqda cetinlik çəkənlərə dəstək olur. Yatmazdan öncə 2-3 saat öncə yeyilən banan, mədəni rahatlaşdıran vücudda sakitləşdirici təsir göstərir.
Yuxu gətirən qida və içkilərSüd – Uşaqlığınızdan deyilən fikir südün bu mövzuda faydalı olduğudur. Bu faydalardan yararlanmaq üçün yatmazdan 1 saat öncə ilıq südü tək başına içə biləcəyiniz kimi arzu etsəniz içinə banan ya da az miqdarda bal əlavə edərək istifadə edə bilərsiniz.

Qatıq və ayran – Süd kimi qatiq və ayran kimi süd məhsulları da suretle yuxu gətirmə xüsusiyyətlərinə sahibdir. Çünki qatığın tərkibində mövcud olan laktik asit, həm sinirlərin rahatlanmasına həm də vücudun rahatlaşmasını təmin edir.
Yuxu gətirən qida və içkilərYulaf – Vücuddakı xoşbəxtlik hormonlarının artmasını təmin edən bunun sayəsində sinirləri yatışdıran qidalardan olan yulaf da yuxusuzluq mövzusunda dəstək ala biləcəyiniz adlardandır. Bunun faydalarından yararlanmaq üçün yulaf əzməsi və südlə yeməklər hazırlaya bilərsiniz. Arzu etsəniz bananı da əlavə edə bilərsiniz.

Vişnə - İçində bolca potassium, maqnezium, fosfor kimi minerallar həm də A, B, C, K vitaminləri mövcud olan zəngin tərkibli qidalardan hesab edilir. Xoşbəxtlik hormonlarını istehsal edir.
Yuxu gətirən qida və içkilərQoz – Melatonin hormonunun istehsalına dəstək olan qidalardan olan qoz sayəsində yuxu keyfiyyəti və müddəti arta bilər. Duzsuz formada olan çiy qozu çox olmayacaq formada yatmazdan 2-3 saat öncə yeməyiniz yetərli olacaqdır.

Yuxuya asan getmək üçün bu hərəkətləri edə bilərsiniz:

Yatmazdan öncə mənfi düşüncələri ağlınızdan kənarlaşdırmağa çalışın.

Duş qəbul edin.

Sakitləşdirici musiqilərə qulaq asın.

Yatarkən filmə baxmaqdan qaçının. Mümkündürsə qaranlıq formada yuxuya getməyə çalışın.
Yatağınızın rahat olmasına diqqət edin.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 15 may 2024

Oxşar xəbərlər

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

D vitamini qəbulu nə üçün vacibdir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridək

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola


masaj yuxuda hamilelik testi bogaz agrisi qarin agrisi sekis
masaj
is elanlari