C vitamini nə üçün vacibdir?

C vitamini nə üçün vacibdir?C vitamin narıncı meyvələr olaraq da adlandırılan portağal, naringi, greyfurt, limonda mövcuddur. Suda asan əriyən quruluşa sahib olan vitaminin güclü antioksidant xüsusiyyəti vardır. İmmunitet sistemini gücləndirir və maddələr mübadiləsini tənzimləyir. İnsanlarda görülən vitamin əksikliklərindən biri də C vitaminidir. Bu əksikliyin artıq olduğu şəxslərdə qansızlıq, halsızlıq, vücud və oynaq ağrıları kimi şikayətlər meydana gələ bilər.

Bəs digər faydaları hansılardır?

Antioksidantdır – Bu xüsusiyyəti ilə hüceyrələri qoruyur və zərər dəyməsinin qarşısını alır. C vitamini sayəsində vücud daha gənc qalır və xəstəliklərə qarşı qoruyur.

Qan təzyiqini aşağı salır – Su içərisində asan əridiyi üçün böyrəkləri çalışdırır. Qan damarlarını rahatladaraq təzyiqin azalmasına təsir edir.

İmmunitet sistemini gücləndirir – Vücudu infeksiyalara qarşı qoruyur.

Dəmirin sovrulmasını artırır - Qidalar ilə vücuda alınan dəmirin bağırsaqlarda daha çox sovrulmasına yararlı ortamı meydana gətirir. Bu zaman sovrulma artaraq qansızlığın qarşısı alınır. Xüsusiyyətdən yararlanmaq üçün tərkibində dəmir olan ət, toyuq, balıq istifadə edilməlidir.
C vitamini nə üçün vacibdir?Dəri üçün faydalıdır – Nəmləndirici və yeniləyici xüsusiyyəti vardır. Dəridəki suyu saxlayır və nəmini itirməyə qoymur. Yaranan bəzi allergik problemlərin əleyhinə qoruyur.

Yaraları daha tez sağaldır –Vitamin, kollagen istehsalına dəstək verərək yaraların daha tez sağalmasına kömək edir.

Psixoloji problemlərə qarşı effektlidir – Stresə qarşı qoruyur. Zehni problemlərdən əziyyət çəkənlər üçün faydalıdır.

C vitamin hansı qidalarda mövcuddur?

Kartof, brokoli, ispanaq, pomidor, qarpız, portağal, qreyfurt, çiyələk və s.

C vitamini əksikliyi əlamətləri nələrdir?

Vitamin əksikliyinin yaranması bəzi simptomlarla özünü biruzə verir. C vitamininin əlamətləri aşağıdakı kimidir:

Anemiya

Dəri problemləri
C vitamini nə üçün vacibdir?Diş əti problemləri

Oynaqlarda ağrı

Halsızlıq, yorğunluq

İmmunitetin zəifləməsi

C vitamini vücudun ehtiyaclarını qarşılayır. Meyvə və tərəvəzlərdə bol miqdarda mövcuddur. Doğru qidalanma olarsa əlavə dərmana ehtiyac qalmaz. Əgər əksiklik yaranarsa qida əlavəsinə ehtiyac ola bilər. Əlavələr ağız yolu ilə alınan kapsul, suda əriyən həblər formasında ola bilər.
Bundan əlavə qeyd edək ki, həkimə müraciət etmədən alıb istifadə etmək doğru hesab edilmir.

Gündəlik nə qədər C vitamini qəbul edilməlidir?
C vitamini nə üçün vacibdir?Vitamin ehtiyacı şəxslərin yaşayış tərzinə görə dəyişik ola bilər. Böyüklərdə gündəlik ehtiyac təxminən 80 mg ola bilər. Ancaq siqaret istifadə edənlərdə, hamiləlik zamanı fərqli olmaq ehtimalı vardır. Siqaretdən istifadə edən kişilərdə vitamin ehtiyacı 120 mg, qadınlarda isə 110 mg olaraq bilinir.

C vitamini həddindən çox qəbul edildiyi zaman nə baş verə bilər?

Bunun bir sıra əks təsirləri ola bilər. Mədə bulantısı, qusma, yorğunluq, şiddətli baş ağrıları, dəri problemləri, qızarıqlıq, şişkinlik, qaşıntı və s kimi əlavə təsirlər müşahidə edilə bilər.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 31 avqust 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari