Bu qidaları uşaqlara vermək olmaz – Nazirlikdən çağırış
Nəinki yay və ya qışda, eləcə də bütün mövsümlərdə uşaqların sağlam və düzgün qidalanması şərtdir.
Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.
O bildirib ki, yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır:
"Çünki yay mövsümündə bəzi qidaların, xüsusilə də "fast food", kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz".
"Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştah artırıcı və ya vitamin verməyə ehtiyac yoxdur", - Ə.Quliyev əlavə edib.
Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır:
"Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin".
DOKTORINFO.AZ Narın faydaları və zərərləri
Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind
Şalfeyin faydaları
Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm
Tut qurusunun faydaları və zərərləri
Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı
Qatığın faydaları və zərərləri
Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium
Qarağatın faydaları
Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi
Çuğundurun faydaları və zərərləri
Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız
Badamın faydaları
Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara
Zəncəfilin faydaları və zərərləri
Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir
Kətan toxumunun faydaları və zərərləri
Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan