Bel yırtığı nədir?

Bel yırtığı nədir?Bel yırtığı cəmiyyətdə disk partlaması, disk sürüşməsi olaraq da adlandırılır. Diski əhatə edən güclü bağların yırtılması və bunun ətraf sinirlərə təzyiq etməsinə bel yırtığı deyilir.
Disk əslində jeleyə bənzəyən nüvə və fibroz həlqədən ibarətdir. Quruluşunda fərqliliklər yaranan zaman bu fəqərəarası yırtıqların yaranmasına gətirib çıxara bilər. Fəqərəarası disklər su ilə dolu olur. Zaman irəlilədikcə isə suyun miqdarı azalmağa başlayır. Bu da irəlilədikcə problemlər yaranmağa başlayır.

Bel yırtığının əlamətləri

Ayaq ağrısı: Bu, bel ağrısından daha çox şiddətlidir. Ağrı, sinir boyunca irəliləyir və bütün ayağa yayılır.

Bel ağrısı: Bel yırtığında hər zaman bel ağrısı müşahidə edilmir. Diski əhatə edən bağlar yırtıldığında və ya yırtığın başlanğıcında yaranan toxuma reaksiyası ilə beldə sancı, batma formasında ağrı yaranır, bel hərəkətləri ilə isə azalır. Ancaq xüsusilə önə əyilərkən bel ağrısı artır.

Sinir ağrısı: Ən əsas göstərici ayaqda batma şəkilli elektrik vurması hissi verən ya da sinirlə əlaqəli olan ağrıdır.

Nevroloji əlamətlər: Ayaqda hissin itkisi, iynələnmə və gücün tükənməsi yarana bilər.

Bel yırtığının diaqnozu necə qoyulur?

Bel yırtığı xəstələrinin əlamətləri adətən tipikdir. Hansısa bir səbəb olmayacağı kimi, diskdə ani yüklənməyə səbəb ola biləcək ağır qaldırma, belə ani yüklənmə ilə bel yırtığı yarana bilər.
Edilən müayinə ilə ayaqlarda hansısa bir güc itkisi ya da uyuşma olub-olmadığına baxılacaq və bəzi xüsusi testlər ilə diaqnoz qoyulacaq.
Bel yırtığının diaqnozunda ən dəqiq müayinə MRT ilə aparılır.
Bel yırtığı nədir?Bel yırtığının müalicəsi

Bel yırtığı xəstələri adətən ciddi ayaq ağrısı ilə həkimə müraciət edirlər. Müalicədə xəstənin ağrılarının şiddəti varsa güc itkisi araşdırılır, gərəkli diaqnoz üsullarından sonra müalicə alternativləri xəstə ilə paylaşılır. Müalicə iki üsulla, əməliyyatla və ya əməliyyatsız olaraq tətbiq edilir.

Bel yırtığında əməliyyatsız müalicə: Bel yırtığı əlamətlərinin əksəriyyəti 6 həftə ərzində yaxşılaşır və adətən əməliyyat edilmir.
Xəstələrin bir qismində ağrıya nəzarət etmək üçün buz tətbiq edilə bilər, dərmanlar təyin edilə bilər. Hər xəstə fizioterapiya üçün uyğun olmaya bilər, ancaq seçilmiş xəstə qrupunda fizioterapiya təsirli ola bilər.

Bel yırtığı əməliyyatı: Müalicə hansısa nəticə vermədiyi halda cərrahi müdaxilə düşünülə bilər. Hansı cərrahi üsulun seçilməsi isə bel yırtığının xüsusiyyətlərinə və həkimin təcrübələrindən asılıdır.

Qapalı bel yırtığı əməliyyatı: Bu texnika toxuma zədələnmələrini ən aza endirməyə hədəflənir. Dəridə sadəcə bir endoskopun girəcəyi qədər kəsik atılır və bütün cərrahi əməliyyat bu 0,6 sm-lik kəsikdən vücuddakı anatomik boşluqlardan irəliləyərək gerçəkləşdirilir. Xəstə adətən eyni gün xəstəxanadan çıxarılır və 2-4 gün ərzində normal yaşayışa geri dönə bilir.

Bel yırtığı əməliyyatdan sonra

Bel yırtığı nədir?Bel yırtığı əməliyyatından sonra edilməli olan və olmayanlar haqqında həkiminiz tərəfindən sizə izah ediləcək. Toxuma zədələnməsi çox kiçik olduğundan yaxşılaşma prosesi daha sürətlə olacaqdır. Bir müddətdən sonra isə fizioterapiyalar tövsiyə edilə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 sentyabr 2023

Oxşar xəbərlər

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi mede agrisi dis agrisi
masaj
is elanlari