Bayram günü yediklərinizə diqqət edin! - Türkiyəli həkim

Bayram günü yediklərinizə diqqət edin! - Türkiyəli həkimMədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşısını almaq üçün həmişə olduğu kimi Yeni il günü də az miqdarda, tez-tez yemək lazımdır.
Axar.az xəbər verir ki, bunu türkiyəli həkim Tuba Ustaoğlu deyib.
"Sevdiklərimizlə birgə xoş gecə keçirmək üçün hər birimiz diqqətlə hazırlaşırıq. Buna görə də gün ərzində çox az qidalanır və özümüzü gecəyə saxlayırıq. Uzun müddətlik ac qalandan sonra çox yemək isə edilən ən böyük yanlışlardan biridir", - o bildirib.
T.Ustaoğlu deyib ki, yemək seçərkən insanlar diqqətli olmalıdır:
"Əvvəla ət, toyuq, balıq tərkibli yeməklərin yağ miqdarı və bişirmə üsuluna diqqət etmək lazımdır. Bunların yanında zeytunyağlı tərəvəz yeməkləri hazırlana bilər. Ayrıca süfrəmizdə mayonezi bol olan yeməklərdənsə, mövsüm tərəvəzləri ilə az yağlı salatlar hazırlana bilər. Qızartma üsulu ilə hazırlanan qəlyanaltılara gəlincə, onları qatıq, pendir, noxud əlavə edilmiş salat və qəlyanaltılarla əvəzləmək olar. Qan şəkəri balansı üçün makaron yerinə düyü və bulqur plovu tövsiyə edilir. Yeməklərin sayı çox olsa belə, yağ və duz tərkibinə, yeyilən miqdarına diqqət edərək bu yeməkləri istehlak etmək daha məqsədəuyğundur".
Həkim qeyd edib ki, yemək arasında qazlı içkilər əvəzinə ayran və evdə hazırlanan az şəkərli meyvə suları içmək olar:
"Ac qarına spirtli içki istifadəsi də tövsiyə edilmir. Çünki bu mədəyə ziyandır.
Atışdırma olaraq istehlak edilən çips kimi məhsullar yüksək yağ ehtiva etdiyi üçün duzsuz qoz-fındıq, quru meyvə, şabalıd kimi qidalara, şirniyyat istehlakında isə südlü və meyvəli desertlərə üstünlük verilməlidir".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Tut qurusunun faydaları və zərərləri

Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari