Armudun faydaları və zərərləri

Armudun faydaları və zərərləriArmud, həm böyüklərin, həm də uşaqların sevərək yediyi meyvələrdən biridir. Armud ağacı 13 metr kimi yüksəkliyə çatdığı üçün dünyadakı ən vacib meyvələrdən biri sayılır. Ləzzəti ilə yanaşı tərkibi də olduqca vacibdir.

Bəs faydaları nələrdir?

Arıqladan meyvələrdən hesab edilir. Lif qaynağı yüksək olduğundan tox tutur və yemək yemə istəyini azaldır. Pəhriz saxlayanlar üçün bu meyvə əla seçimdir.

Xərçəngə qarşı mübarizə aparır. Bu növ hüceyrələrin yaranmasını və artmasının qarşısını alır.

İmmunitet sistemini gücləndirir. Antioksidantdır. Bu səbəbdən qış aylarında meydana gələn qrip kimi infeksiyalarda vücudu qoruyaraq gücləndirir.

Həzm sisteminin fəaliyyətini tənzimləyir.

Ürək sağlamlığının dostudur.

Sümükləri gücləndirir, qan dövranını sürətləndirir.

Kalsium tərkibi ilə uşaqların böyümə çağında çox yeməsi tövsiyə edilir.

Diabet xəstələrinə istifadəsi tövsiyə edilir.
Armudun faydaları və zərərləriNəfəs darlığı problemini yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilərlər.

Yüksək qızdırmanı aşağı salmağa kömək edir.

Zərərləri nədir?

Armudun xüsusi zərəri yoxdur. Ancaq çox istifadə edildiyi zaman bəzən əks göstərişlər ola bilər. Tərkibində şəkər olduğundan çox istifadə zamanı şəkəriniz yüksələ bilər. Bununla yanaşı təzyiq də yüksələ biləcəyindən çox istifadə də düzgün deyil. Həmçinin çox yemək ishala yol aça bilər.

Armud arıqladır?

Tək armudla arıqlamaq fikri düzgün deyildir. Arıqlamaq istəyən şəxslər qidalarla yanaşı bu meyvədən rahatlıqla istifadə edə bilərlər. Tərkibində yüksək miqdarda lif mövcuddur. Bu səbəbdən pəhriz saxlayanlara dəstək olur.
Armudun faydaları və zərərləriA, C, B, K vitaminlərlə yanaşı fol turşusu, maqnezium, liflə zəngindir. Bunlar insan sağlamlığı üçün olduqca faydalıdır. Dəri sağlamlığı, sümük və əzələ sağlamlığından həzm sisteminə qədər, həmçinin qadın xəstəlikləri kimi bir çox sağlamlıq problemləri zamanı armud istifadəsi tövsiyə edilir.

Hamiləlikdə armud yemək olar?

Hamiləlikdə armud yemək faydalı və güvənlidir. Lif, antioksidant, vitamin, mineral baxımından zəngin olan armud hamilələr üçün çox faydalıdır. İlk 3 ayda fol turşusu ehtiyacını təmin etmək üçün armud seçilən ən yaxşı meyvələrdəndir.
Gün ərzində 1-2 armud yemək tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 24 avqust 2023

Oxşar xəbərlər

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv


masaj yuxuda hamilelik testi qarin agrisi babasil mualicesi boyrek agrisi
masaj
is elanlari