Yuxu iflici nədir? - Cadu, yoxsa cin vurması?

Yuxu iflici nədir? - Cadu, yoxsa cin vurması?Bu halı çox adam yaşayıb. Dəhşətli yuxu görürsən yuxuda olduğunu anlasan da, hərəkət edə və ya danışa bilmirsən. Yuxudaykən kiminsə səni vurduğunu düşünürsən, otaqda kiminsə varlığını hiss edirsən. Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir. Bu adətən nəfəs almaqda çətinlik, ölüm hissi, həddindən artıq tərləmə, skelet əzələsinin müvəqqəti və ya qismən iflici ilə müşayiət olunur. Xalq arasında bu hala "cin vurması, kabus, cadulu olmaq" da deyilir. Lakin tibb elmi bu terminin adını yuxu iflici adlandırır. 
Milli.Az lent.az-a istinadən bildirir ki, yuxu iflici ilk dəfə 14-17 yaş arası insanlarda, yəni, yeniyetməlik dövründə müşahidə olunur. Çox vaxt 30 yaşa qədər görünə bilər. Tədqiqatlar insanların 5 faizinin müntəzəm, 40 faizinin isə, tez-tez yuxu iflicindən əziyyət çəkdiyini müəyyən edib. Yenidən yuxuya getdiyiniz və ya tamamilə oyandığınız zaman yox olan yuxu iflici bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər.
Bir çox insanlarda yuxu iflici o qədər sürətli baş verir ki, bunu yuxu kimi tez unudurlar. Bəzən isə kabus aylarla təkrarlana bilir. 
İnsan yatarkən beyin və skelet sistemi xüsusi rejimə keçir. Rast gəlinən yuxu iflici xəstəlik deyil. Ancaq bu hansısa xəstəlik səbəbindən və ya müxtəlif xəstəliklər nəticəsində baş verə bilər. Yuxu iflicinin ən təhlükəli tərəfi narahatlıq və panikaya səbəb olmasıdır.
Bəzən yuxu iflici və buna bənzər vəziyyətlər nevroloji pozğunluqdan qaynaqlana bilər. Əgər tez-tez yuxu ifliciniz varsa, iflicin müddəti uzundursa və həyat keyfiyyətinizə təsir edəcək həddə çatıbsa, həkimə müraciət edin.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 11 iyun 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari