Yüksək xolesterin dəyəri necə endirilir?

Yüksək xolesterin dəyəri necə endirilir?Xolesterin, qanda müəyyən nahiyələrdə yer alan, mumabənzər maddədir. Normal şərtlərdə zərərli maddə olmayan xolesterin, vücudda hormonların, vitaminlərin istehsalı, qorunması kimi vacib funskiyanı yerinə yetirir. Ancaq qandakı miqdarı yüksəlib, uzunmüddət də yüksək qaldığı zaman damar divarlarında toplanmasına və damarlarda sərtlik, tıxanıqlıq kimi problemlərə yol açmasına səbəb olur ki, bu da təhlükə hesab edilir.

Müasir dövrün xəstəlikləri arasında yer alan xolesterin yüksəkliyi dünyada və ölkəmizdə sağlamlıq problemidir və bir çox xəstəliklərin yaranmasında risk faktorudur. Bu səbəbdən xolesterini yüksək çıxan xəstələrdə müalicə ilə yanaşı qidalanmaq da xüsusi əhəmiyyət kəsb edir.

Xolesterin qanda lipoproteinlər tərəfindən daşınır ki, bu da öz növbəsində iki hissəyə ayrılır:

Pis xolesterin adlandırılan aşağı sıxlıqlı lipoproteinlər (LDL)
Yaxşı xolesterin adlandırılan yüksək sıxlıqlı lilpoproteinlər (HDL)

Təməldə pis xolesterinin və ümumi xolesterin miqdarını göstərən nəticənin aşağı, yaxşı xolesterinin isə yüksək olması arzuolunandır. Normal göstərici belə olmalıdır:

Ümumi xolesterin üçün
200 Mg mg/dL altı normal
200-239 mg/dL aralığında yüksək
240 mg/dL və üzəri yüksək

LDL xolesterin üçün,
100 mg/dL altı optimal
100-129 mg/dL arası optimala yaxın
130-159 mg/dL aralığında yüksək
160-189 mg/dL aralığında yüksək
190 mg/dL və üzəri çox yüksək

Xolesterinin dəyəri qan analizi ilə asanlıqla müəyyən edilir. Yuxarı dəyərlər mövcuddursa həkimə müraciət etməyiniz tövsiyə edilir.
Yüksək xolesterin dəyəri necə endirilir?Yüksək xolesterin dəyəri necə endirilir?

Bu zaman şəxsin yaşı, xəstəliyi, xolesterin miqdarı diqqətə alınmalıdır. Saxlanılan pəhriz hər növ yüksəklik üçün alınan tədbirdir. Dərmanlarla yanaşı düzgün qidalanmaq əsas şərtlərdən biridir.

Yağlı balıqlar

Pis xolesterin kimi bilinən LDL xolesterinin səviyyəsini tənzimləməkdə effektli olan vacib faktorlardan biri omega 3 yağ asidinin mütəmadi qəbuludur. Yanğlı balıqlar bu baxımdan həftənin ən az 2 günü yeyilməlidir. Xolesterini aşağı salmaqda effektlidir.

Süd məhsulları

Az yağlı olmaqla qatıq, pendir, ayran kimi süd məhsullarından istifadə xolesterini normada saxlamağa kömək edəcək. Probiotik bakteriyalar cəhətdən zəngin olan bu növ qidalar xolesterinin bağırsaqlardan sovrulmasını azaldaraq qandakı miqdarını tənzimləyir.

Yulaf
Xolesterinlə mübarizədə ən çox yayılan, faydalı qidalardan biridir. Xolesterini aşağı salır və normada qalmasına kömək olur. Mütəmadi qəbulu faydalıdır.

Fındıq, qoz və digər ləpələr

Sərt qabıqlıların tərkibi omega 3 yağ asidi ilə zəngindir. Bu səbəbdən ara yeməklərdə istifadəsi tövsiyə edilir. Ancaq yeyilən porsa diqqət göstərmək lazımdır.

Yüksək xolesterin dəyəri necə endirilir?Lobya

Lobya, noxud kimi qidalar protein qaynağıdır. Həftənin ən az 2-3 günü yeyilməlidir. Bu, xolesterini tənzimləyir.

Meyvə və tərəvəzlər

Alma, armud kimi meyvələr mümkün qədər qabıqlı yeyilməlidir. Meyvə və tərəvəzlərin şirəsindənsə özlərini yemək olduqca faydalıdır. Çünki belə qəbul edildiyi zaman xolesterinin aşağı düşməsinə köməkçi vasitə olacaqdır.

Heyva, alma, çiyələk, üzüm, narıncı meyvələr xolesterini aşağı salan meyvələr qrupuna daxildir.

Həmçinin zəncəfil, zərdəçal, bibəriyyə kimi bitkilər də bu baxımdan faydalıdır.

Bu növ qidalar kimi bir də uzaq durulması lazım olan qida növləri vardır. Çünki onlar xolesterini daha da yüksəldə bilər:

Qaymaq, kremlər, mayonez, margarin, kərə yağı, duru yağ, quyruq yağı

Hazır salat sousları

Yağlı süd məhsulları

Fast foodlar

Sosis, kolbasalar

Xəmir məhsulları
Yüksək xolesterin dəyəri necə endirilir?Xolesterini endirməyə kömək edən digər növ tədbirlər hansılardır?

Siqaretdən imtina edin

Xolesterini yüksəldən zərərli vərdişlərdən ikisi siqaret və spirtli içki qəbuludur. Həm xolesterin səviyyəsini aşağı endirmək, həm də ürək-damar, infarkt kimi xəstəliklərdən qorunmaq üçün bu növ zərərli vərdişlərdən uzaq durulmalıdır.

Mütəmadi idmanla məşğul olmaq

Xolesterin səviyyələrini aşağı salmaq üçün mütəmadi idmanla məşğul olmaq lazımdır. Həftənin 2-3 günü mütəmadi idmanla məşğul olmaq lazımdır.

Çəkinizi qoruyun

Piylənmə xolesterin səviyyəsini qaldırır və digər xəstəliklər üçün risk faktorudur. Bu baxımdan boyunuza uyğun ideal çəkidə qalmağa çalışın.
Xatırladaq ki, bununla yanaşı həkim xolesterini aşağı salan dərmanlar təyin edə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 yanvar 2024

Oxşar xəbərlər

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda cinsi xestelikler sekis hamilelik testi goz hekimi
masaj
is elanlari