Yeni Klinikaya direktor TƏYİN EDİLDİ

Yeni Klinikaya direktor TƏYİN EDİLDİTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.
KONKRET.az xəbər verir ki, xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub.
Barat Yusubov 08.01.1978-ci il tarixində Lerik rayonunun Pirasora kəndində anadan olub. 1995-ci ildə Pirasora kənd orta məktəbində təhsilini başa vurub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
2002-2004-cü illərdə hərbi xidmətdə olarkən tibb məntəqə rəisi olaraq çalışıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.
2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb. 2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Hemodializ şöbəsinin müdiri, həkim-nefroloq kimi, 2019-cu ildən etibarən Azərbaycan Tibb Universiteti III Daxili xəstəliklər kafedrasının assistenti kimi fəaliyyət göstərir.
2015-2018-ci illərdə "Medical Plaza Klinikası"nın baş məsləhətçisi, 2017-ci ildə "HB Güven Klinikası"nın baş məsləhətçisi, 2017-2019-cu illərdə "SonoMed" eşitmə mərkəzinin baş məsləhətçisi, 2018-ci ildən "EGE Hospital"ın Müşahidə Şurasının sədri kimi çalışıb.
B.Yusubov 2018-ci ildə Nefroloqlar Cəmiyyətini təsis edib, 2018-2020-ci illər ərzində Cəmiyyətin sədri olub. Eyni zamanda o, 2022-ci ildə Azərbaycan Daxili Xəstəliklər Dərnəyini təsis edib və 2022-ci ildən etibarən Dərnəyin sədri kimi fəaliyyət göstərir.
B.Yusubov müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 14 iyul 2023

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall


masaj yuxuda bogaz agrisi hamilelik testi babasil mualicesi cinsi xestelikler
masaj
is elanlari