Yay qripi planlarınızı pozmasın

Yay qripi planlarınızı pozmasınİsti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik mənbəyi hesab olunur. Adi qriplə eyni simptomları daşıyan yay qripinə yoluxmağın müxtəlif səbəbləri var. Adi qripdə xəstəliyə səbəb olan orqanizmlər fərqlidir və həmin mikroorqanizmlər insandan-insana ötürülür. Ancaq yay qripi əsasən ventilyasiya və su qurğuları içərisində yaşayan mikroorqanzimlərdən keçir. Maraqlısı budur ki, yay qripi insandan-insana yoluxmur.
Xəstəliyin əsas simptomları adi qripdə olan üşütmə, titrəmə, qızdırma, burun axması, öskürək, boğaz ağrısıdır. Bundan qorunmaq üçün kondisionerin filtrləri mütəmadi olaraq təmizlənməlidir. Soyuq-isti balansına əməl olunmalıdır, çünki istidən soyuğa və ya soyuqdan istiyə çıxanda bədəndəki istilik mübadiləsinin pozulması nəticəsində xəstəliyin meydana çıxması halları artır.
Yay qripi halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları ilə də özünü göstərə bilir. Bədən müqavimətinin zəifləməsinin səbəblərindən biri də çimərlik və hovuzdan sonra gigiyenik qaydalara düzgün əməl edilməməsidir.
Dənizə gedərkən uzun müddət nəm paltarda qalmaq yay qripi xəstəliyinə yoluxmaq ehtimalını artırır. Hətta qışda da kondisionerdən istifadə edilməsi bədən müqavimətinin zəifləməsi nəticəsində həmin halın yaranmasına, yəni qrip xəstəliyinə səbəb ola bilər.
Xəstəliyə səbəb olan bakteriyalar əsasən kondisionerlərin filtrlərinin nəm olan yerlərində yerləşir. Hovuzlar və duş başlıqları da təhlükəli sahələrdir. Bütün bunların gigiyenik olması çox vacibdir. Yay qripindən qorunmaq üçün kondisionerin temperaturunu 22-23 dərəcədə saxlamaq, ani isti-soyuq hava dəyişiminin qarşısını almaq, bədənin su balansını tənzimləmək, hovuz və dənizə girdikdən sonra mütləq duş qəbul etmək lazımdır.
Əgər sizdə qızdırma, burun axıntısı, üşütmə, halsızlıq və şiddətli baş ağrısı kimi hallar varsa, deməli sizdə yay qripinin əlamətləridir.
Yay qripi zamanı ağrı və qızdırma ilə müşayiət olunan halların, xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyalarının simptomatik müalicəsi üçün Agicold tabletlərindən  istifadə etmək məsləhət görülür. Agicold preparatının tərkibinə daxil olan parasetamol qızdırmanı aşağı salır və ağrıkəsici təsir göstərir. O, oynaq, baş və əzələ ağrısını azaldır, yüksək hərarəti salır, boğaz ağrısını yüngülləşdirir. Tərkibindəki fenilefrin burundan seliyin axmasının qarşısını alır, burunda olan şişkinliyi azaldır, nəfəsalmanı asanlaşdırır.Kofein parasetamolun ağrıkəsici təsirini gücləndirir.
İstifadə qaydası və dozası
Böyüklər və 15 yaşdan böyük uşaqlar 1 tablet gündə 3-4 dəfə qəbul edə bilər. Maksimal gündəlik doza 4 tabletdir. Kurs müalicə 5 gündən artıq olmamalıdır.
Agikold N100 : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 16.05.2022 tarixində verilmiş T22044 seriya nömrəli uyğunluq sertifikatı. / milli.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 21 iyun 2023

Oxşar xəbərlər

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma


masaj yuxuda tecili tibbi yardim goz hekimi qarin agrisi cinsi xestelikler
masaj
is elanlari