Yanaq incəltmə, Bişektomiya əməliyyatı

Yanaq incəltmə, Bişektomiya əməliyyatıMüasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır.

Bu, eyni zamanda yanaq əməliyyatı olaraq da bilinir.

Bisektomiya nedir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az məlumat verir ki, bişektomiya yanaq nahiyəsindəki bəzi yağların alınaraq yanaq hissəsinin çuxurlaşdırılması və burun ətrafındakı hissənin daha qabarıq görüntüsünün əldə edilməsi üçün icra edilir. "İdeal üz" olaraq qəbul edilən V üz formasının əldə edilməsi bu prosedurun əsas məqsədidir. Lokal anesteziya və ya sedasiya ilə tətbiq olunan prosedurdur. Qısa müddətdə effektli görüntü almaq istəyənlərin seçimidir. Olduqca qısa muddetde nəticə əldə edilir.
Yanaq incəltmə, Bişektomiya əməliyyatıYanaq inceltme emeliyyatini kimler etdire biler?

Normal çəkiyə və yumru üz quruluşuna sahib, 20 yaşından böyük kişilər və qadınlara tətbiq edilir. Bununla birlikdə artıq çəkili və ya piylənməsi olan şəxslərə və 45 yaşın üzərindəki xəstələrə tövsiyə edilir.

Bu əməliyyat üçün uyğun pasiyent olub-olmadığınızı hekim təyin edir. Ancaq adətən bu şəxslər üçün uyğundur:

Üzü ətli, kök yumru olanlar

Üzün aşağı hissəsinin böyük olması

Almacıq izlərinin olmaması

Bişektomiya əməliyyatından öncə

Bir həftə öncə pasiyent istifadə edirsə spirtli içkilərdən, siqaretdən imtina etməlidir. Əgər aspirin və ya qan durulaşdırıcı dərmanlardan istifadə varsa dayandırılmalıdır. Əgər sağlamlıq üçün mütəmadi istifadə etməlidirsə həkimə bu barədə ətraflı məlumat verməlidir. Hamilə qadınlar və ya ciddi sağlamlıq problemi olan şəxslər, bişektomiya əməliyyatına qərar vermədən öncə həkimlə məsləhətləşməlidir.
Yanaq incəltmə, Bişektomiya əməliyyatıBişektomiya əməliyyatından sonra

Hər xəstə üçün sağalma müddəti fərqlilik göstərə bilər. Ümumilikdə isə prosedurdan sonra 14 günlük müddətdə sağalma müşahidə edilir. İlk üç gün ərzində yumşaq qidalar və soyuq içkilərin istifadəsi doğru deyil. Həmçinin xəstələrin günəşə məruz qalmaması tövsiyə edilir.

Əməliyyatın müddəti nə qədərdir?

30 ilə 45 dəqiqə arasında davam edir və xeste gün ərzində evə buraxılır.

Əməliyyat üçün gərəkli olanlar

Müəyyən analizlər verdikdən sonra pasiyent əməliyyata qəbul edilir. Bunun üçün həkim pasiyentdən ümumi qan, sidik analizi, qanın biokimyası, həkim müayinəsi, EKQ və s analizlər tələb edə bilər.

Bişektomiya əməliyyatından sonra ortaya çıxa biləcək risk faktorları:

Qanaxma

İnfeksiya

Kəsiklərin gec sağalması

Hematom
Yanaq incəltmə, Bişektomiya əməliyyatıAnesteziya ilə bağlı yaranan veziyyetler

Maye toplanması (seroma)

Uyuşma

Şişlik

Üz iflici

Dil nahiyəsində yaralanma

Assimetrik üz cizgiləri

Yenidən əməliyyat ehtimalı

Qalıcı ağrı

Xəstənin həkimin dediklərinə əməl etməsi olduqca mühümdür.

Bişektomiya əməliyyatının qiyməti

Qonşu ölkə Türkiyədə bu əməliyyatı 3000-6000 dollara icra edirlər. Bəzi xəstəxanalar oteldə, qalmaq, nəqliyyat ödənişini də bu məbləğə daxil edirlər.

Azərbaycanda isə qiymətlər müayinədən sonra bildirilir. Qiymətlər xəstəxaya, icra edəcək həkimə və s. kimi göstəricilərə görə dəyişir.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 22 may 2024

Oxşar xəbərlər

Bud gərmə əməliyyatı

Bud plastikası sallanmış dərini qaldırmaq və korreksiya məqsədi ilə edilən əməliyyatdır. xəbər verir ki, bu zaman dəri hamarlanır. Əməliyyat zamanı bud konturu daha sıx və incə olur. Bud qaldırma əməliyyatı və ya bud gərm

Funksional Endoskopik Sinus Cərrahiyyəsi

Endoskop ucunda işıq və optik linzalar olan alətlərdir. xəbər verir ki, bir ucundan baxıldığında digər ucunda monitorda görüntüsünü birbaşa görmək mümkündür. Bes hansi sahelerde endoskoplardan istifade edilir?. Qastroenterologiya

Yanaq incəltmə, Bişektomiya əməliyyatı

Müasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır. Bu, eyn

Üz dolğusu nədir?

Qocalma ilə yanaşı vücudun müxtəlif nahiyələrində xəttlər və qırışlar meydana gəlir. xəbər verir ki, üz nahiysində yaranan xətt və qırışıqlıq görüntüsünün yaxşılaşmasında dermal dolğu maddə istifadə edilə bilər. Bu, üz nahiyəsind

Onurğa problemlərində istifadə edilən Olif əməliyyatı nədir?

Qocalmaqla birlikdə onurğa sağlamlığını pozan fərqli problemlər yaşana bilir. xəbər verir ki, onurğada yaşanan kirəclənməyə bağlı ortaya çıxan problemlərin müalicəsində əməliyyatsız müalicə üsulları istifadə edilərkən, cərrah

Beyin qanaxması əməliyyatının riskləri

Beyin qanaxması əməliyyatı, beyinin içindəki və ya ətrafındakı qanaxmanı dayandırmaq və zədəli toxumaları bərpa etmək məqsədilə gerçəkləşdirilə bilən cərrahi müdaxilədir. xəbər verir ki, bu növ əməliyyatlar, travmatik beyi

Dodaq dolğusu

Estetik dolğu prosedurlarından biri olan dodaq dolğusu, sürətli və ağrısız bir formada tətbiq olunan, əməliyyat gərəkdirməyən bir üsuldur. xəbər verir ki, ən çox seçilən estetik tətbiqlərdən biri olan dodaq dolğusu, dodaqları

Bolyun dolğusu

Genetik faktorlar, həyat tərzi, dəri qulluğu müddətlərnin axsadılması və yaş alma ilə dəridə qocalma əlamətləri ortaya çıxamağa başlayır. Boyun nahiyəsi isə ilk qolcalmağa məruz qalan hissələrdən biridir. Boyun dolgusu nedir?

Saç mezoterapiyasının faydaları

Saçların cansızlaşması, kökdən uca doğru zəifləməsi və saç tökülməsi kimi problemlər həm sağlamlıq problemlərinin əlamətləri ola bilir həm də şəxsin kosmetik qayğılar hiss etməsinə yol aça bilər. xəbər verir ki, vitaminlərin


masaj yuxuda qarin agrisi hamilelik testi tecili yardim tecili tibbi yardim
masaj
is elanlari