Botox (Botoks) nədir?

Botox (Botoks) nədir?Botoks (Botox), Clostridium botulinum bakteriyasının yaratdığı tibbi proteindir və botulinim toxin sözünün qısaldılmış halı olaraq adı keçir.

Doktorinfo.az xəbər verir ki, mütəxəssislərlə və doğru formada tətbiq edildiyi zaman müalicəedici və bərpaedici təsiri yüksək olan maddədir.

Botox istifadesi saheleri nelerdir?

Əks təsiri olmayan və cərrahi müdaxilə gərəkdirməyən bu müalicə üsulu, qırışların həll olunmasında, qaşların qaldırılmasında, hədsiz tərləməyin qarşısının alınması və miqren müalicəsində etibarla tətbiq olunur.

Botoks hansi nahiyelere tetbiq olunur?

Göz ətrafında cizgi və qırışlar

Alın nahiyəsindəki qırışlar

Qaşların arasındakı xətlər

Qaş formasının dəyişdirilməsi
Botox (Botoks) nədir?Dodaqlara burundan uzanan xətlər və qırışlar

Ağız kənarından buruna və ya çənəyə doğru uzanan qırışlar, xətlər

Boyun nahiyəsində qırışlar

Yanaqdakı sallanmalar

Gülüşdəki assimetriya

Üzdəki assimetriya

Gülərkən üst diş ətinin artıq müəyyən olması

Botoks tetbiqi nece tesir gosterir?

Səthi əzələləri genişlədərək, qırışları rahatlamaq və yumşaltmaq üçün tətbiq edilir. Əzələlərin genişlənməsi ilə daha artıq qırışların yaranmasının qarşısı alındığı üçün yeni görüntü üzə çıxar. Təkrarlandıqca daha uzun müddət təsirə sahib olar və qırışların yaranmasını yavaşladar.

Botoks tətbiq eyni zamanda çənə əzələlərini rahatladaraq üzdəki ümumi gərginliyi də azaldır. Beləliklə stress və diş sıxma problemi üçün də faydalı olur.

Botoks kimlərə tətbiq edilir?

Botox (Botoks) nədir?Hamilələr və süd verənlər, əzələ problemi yaşayanlardan başqa hər kəsə edilə bilər.

Botoksun eks tesiri ve zereri varmi?

Estetik məqsədlə illərlə istifadə edilir. Təsdiqlənmiş əks təsiri yoxdur. İnyeksiya formasında tətbiq olunması səbəbindən dəridə yüngül, nöqtə formasında qızarıqlar görülə bilər. Bunlar qalıcı və ağrılı deyil, təxminən 1-2 saat içərisində yox olur.

Qeyd edək ki, hər prosedurda olduğu kimi original olmayan maddələrlə, yanlış edilən miqdarlarla istənilməyən nəticələri almaq mümkün ola bilər.

Allergiyası olan şəxslərdə əks təsir yarada biləcəyi üçün öncə həkimlə bu barədə danışılmalıdır.

Botoks qısa müddətlidir.

Üzdə yaranan qırışları siqaret kimi pis vərdişlər və günəş şüaları artırırlar. Şəxs cavan qalmaq üçün isə botoksu seçsə də unutmamalıdır ki, bu müalicə növü müvəqqətidir.

Botoks necə vurulur?

İynə şəklində tətbiq edilir və ağrılı bir proses olmamasına baxmayaraq, inyeksiya zamanı cüzi və yüngül ağrı hiss oluna bilər. Pasientlərin tətbiq etmək istədikləri prosedur növündən asılı olaraq, iynə mimik əzələlərin hərəkətlərində azalma istənildikdə əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə vurulur.

Nəzərə çatdıraq ki, prosedurun təsiri 4-5 gündən sonra başlayır və gün keçdikcə daha çox təsiri hiss edilir. Qalıcılıq müddəti isə adətən 6 ay təşkil edir.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 09 avqust 2024

Oxşar xəbərlər

Kolonoskopiya nədir?

Endoskop vasitəsilə yoğun və düz bağırsağın müayinə edilmə metoduna kolonoskopiya deyilir. xəbər verir ki, bu metod təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Bes kolonoskopiya kimlere tovsiye edilir?. Diaqnostik

Beyin qanaxması əməliyyatının riskləri

Beyin qanaxması əməliyyatı, beyinin içindəki və ya ətrafındakı qanaxmanı dayandırmaq və zədəli toxumaları bərpa etmək məqsədilə gerçəkləşdirilə bilən cərrahi müdaxilədir. xəbər verir ki, bu növ əməliyyatlar, travmatik beyi

Qol gərmə əməliyyatı, Braxioplastika nədir?

Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur. Braxioplastika ne ucu

Funksional Endoskopik Sinus Cərrahiyyəsi

Endoskop ucunda işıq və optik linzalar olan alətlərdir. xəbər verir ki, bir ucundan baxıldığında digər ucunda monitorda görüntüsünü birbaşa görmək mümkündür. Bes hansi sahelerde endoskoplardan istifade edilir?. Qastroenterologiya

Ayaq liposaksiyasının fəsadları

Ayaq liposaksiyası, ayaqlardakı artıq yağları azaltmaq üçün istifadə edilən kosmetik cərrahi prosedurdur. xəbər verir ki, liposaksiyada, vücuddakı istənilməyən yağları əritmək üçün vakuumlu bir alət istifadə edilir. Aya

Üz liftinqi

Dəri xüsusilə üz, ətraf faktorlara və yaş almağa bağlı olaraq zaman içərisində canlılığını itirərək deformasiya olmağa başlayır. deride meydana gelen qocalmanin sebeblerini teqdim edir:. Tez-tez çəki alıb-vermə. Həddində

Qol liposaksiyası

Estetik əməliyyatlar son illərdə olduqca populyarlaşıb. Bir çox insan fərqli səbəblərdən bu əməliyyatı seçirlər. xəbər verir ki, vücud formasını düzəltmək,artıq çəkillərdən xilas olmaq və ya daha gənc, sağlam görünüş əld

Bud gərmə əməliyyatı

Bud plastikası sallanmış dərini qaldırmaq və korreksiya məqsədi ilə edilən əməliyyatdır. xəbər verir ki, bu zaman dəri hamarlanır. Əməliyyat zamanı bud konturu daha sıx və incə olur. Bud qaldırma əməliyyatı və ya bud gərm

Laparoskopik əməliyyat nədir?

Laparoskopiya ginekoloji əməliyyatlarında da icra oluna biləcəyi qapalı cərrahiyyə üsuludur. xəbər verir ki, laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyy


masaj yuxuda tecili yardim dis agrisi sekis babasil mualicesi
masaj
is elanlari