Beyin şişində Qamma Knife müalicəsi

Beyin şişində Qamma Knife müalicəsiQamma knife, beyin cərrahlarının beyinin anormal sahələrində, hansısa bir kəsiyə ehtiyac qalmadan əməliyyat edə bilmələrinə şərait yaradan müasir müalicə üsuludur.

Doktorinfo.az xəbər verir ki, gamma knife, stereotaktik radiocərrahi adı verilən texnika istifadə edərək tətbiq edilir və koordinatları müəyyənləşmiş xəstəlikli beyin toxumasının, gamma şüaları ilə yox edilməsi təmin edilir.

Bu texnika, yüksək enerjinin xəstəlikli toxumaya nüfuz etdirilib bu toxumanı aradan qaldırılması prinsipinə əsaslanır. Bu səbəbdən radioterapiya müalicəsindən fərqlilik göstərən bu cərrahi üsulda müalicə tək seansda tamamlanır. Adətən açıq beyin cərrahiyyəsinin mümkün olmadığı ya da yüksək risk daşıdığı vəziyyətlərdə seçilən üsuldur.

Bu müalicənin doğru olaraq edilməsi və radiasiyanın tam olaraq gərəkli yerə verilə bilməsi əhəmiyyət kəsb edir. Xəstəyə stereotaktik çərçivənin tətbiqi ilə şişin yeri tam olaraq dəqiqləşərək xəstənin də cihazın içində gərəkdiyi pozisiyada tutulması təmin edilir.

Stereotaktik çərçivənin taxılması təxminən 10 dəqiqə həyata keçirilir. Bu prosedur əsnasında çərçivənin beyinə yerləşdirildiyi nahiyələrə lokal anesteziya tətbiq edilir. Prosedur əsnasında xəstə keçici bir təzyiq hissi xaricində ağrı hiss etməz.

Stereotaktik çərçivədən sonra görüntü alınır. Problemli sahənin görüntüsü alındıqdan sonra gərəkli doza planlamasının ardından müalicəyə başlanılır. Çərçivədə gərəkilən pozisiya alınır, xəstə cihaza yerləşdirilib mümkün olduğunca rahat etdirilir. Olunacaq prosedurlar pasiyentə anlatılır. Daha sonra işıq müalicəsinə başlanılır. Hər bir işıq gərəkli müddətdə doğru yerə verildikdən sonra xəstə cihazdan çıxardılır, çərçivəsi alınır və servisdə izləmə alınır.

Qamma knife ilə hansı tip beyin şişləri müalicə edilə bilir?

Qamma knife ilə həm xoşxassəli beyin şişləri, bura daxildir:

Meningioma

Hipofiz adenomlar

Akustik nöromlar

Həm də bədxassəli beyin şişləri, bura daxildir:

Beyin metastaz

Glial şişlər müalicə edilə bilər. Bundan başqa qamma knife beyin şişləri xaricində, damarsal beyin xəstəlikləri (aeteriovenöz malformasiyalar və kavernomlar) və funksional beyin xəstəliklərində (trigeminal nevralhiya, parkinson, epilepsiya) da istifadə edilir.
Beyin şişində Qamma Knife müalicəsiQamma knife müalicəsinin üstünlükləri nələrdir?

Cərrahi əməliyyatın mümkün olmadığı tək "cərrahi" müalicə hesab edilir. Beyin içi açılmadan cərrahi müalicə təmin edilir.

Qamma knife müalicəsindən bir gün sonra xəstə normal sosial və iş həyatına dönə bilər.

Müalicədə ümumi anesteziya istifadə edilmir, açıq cərrahi edilməyən xəstələrdə müalicəni mümkün qılır.

Xəstəxanaya yatış gərəkdirmir.

Pasiyent gündəlik həyata rahatlıqla geri dönə bilər.

Xəstəxanada qalma müddəti çox qısadır.

Qeyd edək ki, müasir müalicə üsulu can xilas etsə də hazırda Azərbaycanda tətbiq edilmir, ən yaxın qonşu Türkiyə dövlətində icra edilir.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 01 noyabr 2024

Oxşar xəbərlər

Qalıcı dodaq rəngləndirmə necə edilir?

Dodaq rəngləndirmə daha dolğun və estetik cəhətdən daha xoş görüntüyə sahib dodaqlara əməliyyatsız olaraq qovuşmağınızı təmin edən prosedurdur. Prosedur barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbə

Qol gərmə əməliyyatı, Braxioplastika nədir?

Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur. Braxioplastika ne ucu

Sinə böyütmə əməliyyatı

Müasir zamanda çox keçirilən plastik əməliyyatlardan biri sinə böyütmədir. Sinə böyütmə əməliyyatı nədir?. xəbər verir ki, sinə erogen bir orqandır. Bəzi kiçik süd vəzisi olan qadınların özgüvəni aşağı olur və bu zaman çarələr

Qol liposaksiyası

Estetik əməliyyatlar son illərdə olduqca populyarlaşıb. Bir çox insan fərqli səbəblərdən bu əməliyyatı seçirlər. xəbər verir ki, vücud formasını düzəltmək,artıq çəkillərdən xilas olmaq və ya daha gənc, sağlam görünüş əld

Saç əkimi qiymətləri

Saç nə üçün tökülür?. Hormon pozuntusu, mövsümi dəyişikliklər, dəmir və ya vitamin əksikliyi, genetika kimi müxtəlif səbəblərlə saçlar tökülə bilir. xəbər verir ki, böyüklərdə gündə təxminən 50-100 ədəd tük tökülməsi norma

Liposaksiya nədir?

Piylənmə kimi çəki problemləri olmayan, ancaq zəifləmə üsullarıyla həll olunmayan yağlanmalara sahib şəxslərdə, var olan artıq yağ toxumasının uzaqlaşdırılması və vücuda daha yaxşı forma qazandırılması üçün tətbiq edilə

Boru mədə əməliyyatı

Mədənin ölçüsünü kiçiltmək, qida miqdarını azaltmaq üçün müxtəlif üsullardan istifadə edilir. xəbər verir ki, piylənmə cərrahiyyəsində şəxsə görə fərqli əməliyyat üsulları istifadə edilə bilir. Bu prosedurla çəki vermə asanlaşı

Bədən şəkilləndirmə əməliyyatı

Piylənmə cərrahiyyəsi ya da zəifləmə üsullarından hansısa biri ilə hədsiz çəki verən xəstələrdə, qarın-qol-ayaq-süd vəzi və bel nahiyəsindəki sallanmalara, xəstənin gözləntisi, ehtiyacına görə vücud şəkilləndirmə əməliyyatlar

Kolonoskopiya nədir?

Endoskop vasitəsilə yoğun və düz bağırsağın müayinə edilmə metoduna kolonoskopiya deyilir. xəbər verir ki, bu metod təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Bes kolonoskopiya kimlere tovsiye edilir?. Diaqnostik


masaj yuxuda dis agrisi babasil mualicesi mede agrisi cinsi xestelikler
masaj
is elanlari