Uşaqlarda sidik yolu infeksiyaları
Uşaqlarda sidik yolu infeksiyaları geniş yayılmış problemdir. Qalıcı böyrək zədələnməsinə səbəb ola bilər, bu səbəbdən bu xəstəliyə zamanında diqqət göstərmək lazımdır. Xüsusilə də uşaqlarda səbəbi bilinməyən yüksək qızdırma varsa mütləq şəkildə ilk ağıla gələn sidik yolu infeksiyaları olmalıdır.
Bəs sidik yolu infeksiyası nədir?
Normal formada sidik steril olur. Yəni mikroblu olmur. Ancaq sidik analizindən artıq vəziyyətin necə olduğunu aşkar etmək mümkün olur.
Erkən diaqnoz qoyulmayıb, müalicə edilməyən uşaqlarda yüksək təzyiq xəstəliyi və böyrək çatışmazlığı yarana bilər. Həyatının ilk ili xaric olmaqla qızlarda daha çox müşahidə edilir. Kiçik yaşlı uşaqlar daha çox risk altındadırlar.
Sidik yolu infeksiyaların əlamətləri nələrdir?
Bir neçə formada özünü göstərə bilər:
Ağrılı sidiyə getmə
Yanma
Qaşınma
Göynəmə
Tez-tez tualet istəyi
Diaqnoz necə qoyulur?
Bunun üçün sidik analizi, qarın boşluğunun USM lazım olacaq. Gərək duyularsa qanda infeksiyanın çoxluğunu öyrənmək üçün qan analizi istənilə bilər. Əgər bu hal aşkarlanarsa mütləq gecikdirmədən müalicəyə başlanılmalıdır.
Xəstəliyin müalicəsi necə aparılır?
Antibiotik, müəyyən siroplar vasitəsilə müalicə edilir. Antibiotik qəbulu 5-7 gün ərzində davam etməlidir.Baş verən narahatçılıqdan asılı olaraq müəyyən vanna qəbulları tövsiyə edilə bilər. Belə problem zamanı, kəklikotu, çobanyastığı dəmləməsinin vannaları effektiv nəticə verir.
Bəs qorunma üçün nələr edilməlidir?
Bunun tamamilə qarşısını almaq çətindir. Ancaq gigiyenaya diqqət göstərməklə riski azaltmaq mümkündür. Sidiyə getdikdən sonra bakteriyaların daxil olma şansını azaltmaq üçün uşaqları ön hissədən arxaya doğru silmək doğru formadır.
Sabun bizə təmizlik mənbəyi kimi gəlsə də uşaqları hər dəfə sabunla, bol köpüklə yumaq düzgün deyil. Duş qəbulu zamanı istifadəniz yetərli olacaqdır.
Müntəzəm tualetə getmək, qarında saxlamamaq da riski azaldan faktorlardan biridir.
DOKTORINFO.AZ Ani körpə ölümü sindromu nədir?
Ani körpə ölümü, körpələrin adətən ilk illərində sağlam olmaqlarına baxmayaraq açıqlana bilməyən səbəblərlə və əksər zaman yuxu əsnasında ani formada uşağın beşiyində ölü tapılmasıdır. xəbər verir ki, uşaqlarda ölüm səbəblər
Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?
Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his
Uşaqlarda miqren xəstəliyi
Uşaqlar arasında da miqren xəstəliyinə çox rast gəlinir. Qızlarda daha çox müşahidə edilir. xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, miqren, periodik olaraq təkrar edən xroniki ağrı hesab edilir. Əsas göstəricis
Kistik fibrozis nədir?
Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanları
Erkən yeniyetməlik nədir?
Uşaqlıqdan böyüklüyə keçiş müddəti yeniyetməlik olaraq adlandırılır. Uşaqların ən sürətli böyüdüyü müddətlərdən biri olan yeniyetməlikdə bədəndə sürətli dəyişimlər meydana gəlir. Bu müddətdə fizioloji dəyişikliklər mümkündür
Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama
Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur. xəbər verir ki, pediatr-neonatolo
Revmatik hərarət xəstəliyi nədir?
Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər
Göy öskürək xəstəliyi
Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik
Ən yaxşı pediatr kimdir?
"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia