Ürəyiniz niyə bərk döyünür? - 5 ƏSAS SƏBƏB

Ürəyiniz niyə bərk döyünür? - 5 ƏSAS SƏBƏBGüclü, normadan artıq, yəni dəqiqədə 100 və daha çox ürək vurğusu taxikardiya adlanır.
Amma ürək başqa səbəblərdən də ritmdən çıxa bilər. Taxikardiyanı təsdiqləmək üçün bir sıra kardioloji müayinələr aparmaq lazımdır.
Ürəyimiz niyə bərk döyünür.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, əgər ürək qaçışdan, sürətli fiziki işdən, gərgin əsəb və stresdən sonra bir müddət bərk döyünürsə, bu fizioloji normal haldır və keçib gedir.
Taxikardiyanın 5 əsas səbəbi və növü var:
1. Fizioloji - qeyd etdiyimiz kimi gərgin iş, qaçış, idman, qızdırma, pilləkən çıxma, stress, qorxu və s. Bu zaman çırpınma, döyünmə qısamüddətli olmalıdır. İnsan dincələn kimi normaya düşür.
Amma belə hal uzun müddət davam edərsə, insanın başı gicəllənib, huşu itərsə ürək tutmasına kimi ağırlaşma baş verə bilər. İçki və kofe içdikdən sonra da ürək bərk döyünə bilir.
2. Ekstrakardial - ürək-damarlarda problem, orqanizmdə patoloji dəyişiklik olanda. Eləcə də qalxanvari vəz, zob, böyrəküstü vəz, onkoloji xəstəliklər, hormonal pozuntu, sinir, əsəb xəstəlikləri, nevroz. Bu səbəbləri tapmaq üçün kardioloq, nevroloq, endokrinoloqun tam müayinəsindən keçmək lazımdır
3. İntrakardial - sırf ürəklə bağlı pozulma. Ürək əzələsinin zədələnməsi, iltihabı, anadangəlmə, qazanılma ürək qüsurları, infarkt, miokardit, perikardit, endokardit, ürək çatışmazlığı, xroniki ürək yetməzliyi, ürək damarlarının tutulması. Bu sırf kardioloji müalicə tələb edir. Əsas səbəb müalicə olunduqda, ritm qaydaya düşür.
4. İdiopatik - qarışıq, aydın etiologiyası olmayan, naməlum səbəbdir. Yəni xəstədə ürək döyünmə yüksəkdir, amma həkim yuxarıdakı səbəbləri tapa bilmir və diaqnoz aydın olmur. Burda əsas genetik, irsi amillər, psixi pozulmalar götürülür.
5. Düzgün olmayan qidalanma, həyat tərzi, stress - bunlar qaydaya düşərsə, ritm özlüyündə normaya düşür.
Bura aiddir oturaq iş, onurğada problem, yuxusuzluq, siqaret, içki, artıq çəki, zərərli qidalanma, zərərli içkilər, narahatlıq, tez-tez əsəbləşmək, emosional gərginlik, işdə yüklənmə, ailədə problemlər, pis əhval -ruhiyyə, yorğunluq və s. 50% xəstələrdə elə əsas səbəblər bunlardır. Sübut olunub ki, energetik içki içən gün ürək çırpıntısı çoxalır. Bu səbəbləri insan özü aradan qaldırmalıdır.
Bəzi vitamin, mineralların çatışmaması da ürəyin ritmini pozur. Məsələn, maqniy, kaliy, kalsium, D vitamini.
İstənilən halda, ürək çırpıntısı sakit halda 100-ü keçən insanlar ilk növbədə xəstəlik, fiziki patologiyanı araşdırmalıdır. Bunu isə həkimlərin köməyi ilə edə bilər. Bu problemə görə kardioloq, nevroloq və endokrinoloqun birgə yanaşması lazımdır. Adətən qadınlarda, gənc qızlarda ürək döyünməsinin səbəbi hormonlara və zoba bağlı olur. /medicina.az
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari