Sosial fobiyanın əlamətləri və müalicəsi

Sosial fobiyanın əlamətləri və müalicəsiSosial fobiyadan bir çox insanlar əziyyət çəkirlər. Bu fobiya zamanı şəxs həyatındakı insanlar tərəfindən tənqid olunmaqdan, insanların əhatəsində olmaqdan narahat olurlar. Bu zehni bir vəziyyətdir. Sosial fobiya psixoterapiyalar və dərmanlarla nəzarət altına alına və müalicə edilə bilər.

Sosial fobiya əlamətləri nələrdir?

Bu, şəxsin narahat olacağı ortam olduqda biruzə çıxır. Əks halda heç bir əlamət narahat etmir.

Əlamətləri arasında yer alır:

Tərələmə

Ağız quruluğu

Üz qızarması

Nəfəs kəsilməsi

Mədə-bağırsaq sistemində narahatçılıq

Əzələ gərginliyi

Titrəmə

Gücsüzlük hissi

Fiziki olaraq bəyənilməmək, çirkinlik düşüncəsi

Daima narahat olmaq

Qüsursuz olmaq istəyi

İnsanlarla göz təması qurmamaq, bundan qaçınmaq

Ətraf insanlardan daima müsbət fikir almaq üçün həddindən artıq çalışaraq özünü əziyyətə salmaq və s.
Sosial fobiyanın əlamətləri və müalicəsiBu növ fobiya uşaqlıq zamanında başlayır?

Məktəbdən öncə ilk əlamətlər görülür. Məsələn, 100 uşağı, tanımadığı yeni bir əhatəyə qoyduğunuzda bunların 100-də 70-i rahat münasibət qurur, 100-də 15-i ortamı ələ keçirir və 100-də 15-lik bir qrup utancaq qalır, ağlayır, anadan ayrılmaq istəmir, adaptasiyadan əziyyət çəkir. Xüsusilə məktəbə başlama ilə bağlı sıxıntı yaşayan uşaqları düşünsək bunun vacib narahatçılıq olduğunu söyləyə bilərik. Uşağın çox utancaq olması, yeni gedilən məkanlarda dərhal evə dönmək istəməsi, ana-ataya yapışıq halda olması xəbərdarlıq siqnalıdır. Bu, sosial fobiyanın olacağını göstərir. Çünki ana, atanın mükəmməl, qoruyucu olması, uşağa hansısa ehtiyacının özünün etməsinə icazə verməməsi kimi hallar uşağın sosial fobiyalı bir şəxs olmasına yol açır.

Sosial fobiyanın uşaqlardakı əlamətləri nələrdir?

Özgüvən əksikliyi

Özünü kifayətsiz görməsi

Söhbəti özü başlamaz

Depressiya əlamətləri yaranır
Sosial fobiyanın əlamətləri və müalicəsiSosial fobiya necə anlaşılır?

Bu əlamətlər yaşanılan uşaq, yeniyetmə çəkinən olur, dərsdə özünü narahat hiss edər, cavab verməz, cavab verdiyi zaman isə çəkinərək özünü ifadə edə bilməz. Savadlı olsalar da imtahan nəticələri yaxşı çıxmır. Sinif yoldaşları ilə rahat ünsiyyət qura bilməz.

Bu hal yaşayan insanların əl hərəkətləri də fərqli olur. Belə ki, belə şəxslərdə dırnaq yemə, əllərin tərləməsi, özünü qucaqlamaq hərəkəti edərək özünü bağlaması və s. kimi hərəkətlər müşahidə edilə bilər.

Müalicəsi nədir?

Mütəxəssis tərəfindən müalicə edilir. Altda yatan səbəb araşdırılır. Ehtiyac olarsa terapiyalar keçilir, dərman müalicəsi təyin edilir. Bəzən müalicə bir neçə il davam edir.
Bir il, 6 ay müddətində istifadə edilən dərmanlar olduqca təsirli bir müalicə olur. Pasiyentlərin 70-80-də bu əlamətlər terapiyalar əsnasında aradan qalxır.

Sosial fobiyanın səbəb olduğu psixoloji narahatçılıqlar nələrdir?

Belə insanlar depressiyaya meyilli olurlar. Şəxs qadağalardan bezir və problemlər depressiyaya yol açır. Həmçinin pis vərdişlərə alət olmaq da da belə ərəfələrdə meydana çıxır. Tez-tez təkrarlanan panik ataklar sosial fobiyada da görülür. Sosial fobiyalı şəxs, bununla yanaşı psixoloji sıxıntılar da yaşamaya başlayır. Akut gərginlik, digər növ fobiyalar, panik ataklar, bağlanma pozğunluğu və s. yarana bilər. Bu zaman da nəfəs ala bilməmək, ürək sıxılma, əzələlərdə gərginlik, ağız quruması, əllərdə, qollarda uyuşmalar və s. kimi əlamətlər müşahidə edilə bilər. Bu səbəbdən bu halı özünüzdə hiss edən zaman mütəxəssisə müraciət etməyiniz tövsiyə edilir. Problem nə qədər erkən aşkar edilərsə, həlli də bir o qədər tez olar.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 avqust 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari