Sistosel, sidik kisəsi sallanması nədir?

Sistosel, sidik kisəsi sallanması nədir?Sistosel, sidik kisəsi sallanması

Sidik kisəsi sallanması və ya məsanə sallanması olaraq da ifadə edilə bilən sistosel, məsanə ilə vagina arasındakı divarın zəifləməsi nəticəsində məsanənin düşməsi və ya vaginaya doğru sallanmasıdır.

Doktorinfo.az xəbər verir ki, pelvik əzələlər üzərindəki təzyiqi artıran faktorlar sistosel yaranmasına yol aça bilər. Sistosel əlamətləri arasında pelvis və vaginada təzyiq hissi narahatlıq verər və sidiyə getdikdən sonra məsanənin tam olaraq boşalmadığı hissi yer alır. Sistoselin müalicəsi isə sistoselin şiddətinə bağlı olaraq dəyişkənlik göstərir.

Sistosel qadınlarda sidik kisəsinin sallanmasıdır. Sidik kisəsinin əzələ-bağ kompleksinin zəifləməsi nəticəsində anatomik yerdəyişməsidir. Bu adətən uşaqlıq sallanmasının sidik kisəsinə təzyiq etməsi nəticəsində meydana gəlir.
Sistosel, sidik kisəsi sallanması nədir?Sistosel nedir?

Sistosel, məsanə, vaginal divarın ətrafındakı dəstəkləyici toxumaların zəifləyib gərilməsi nəticəsində məsanə və vaginal divarın düşməsinə səbəb olan bir vəziyyət olaraq xarakterizə edilir.

Sistosel vəziyyətində məsanəni tutan bağlar və əzələlər gərilə və ya zəifləməsi ola bilər. Buna bağlı olaraq vaginal açıqlıqdan toxuma çıxıntısı görülə bilər, hiss edilə bilər, sidik zamanı və ya menstruasiya məhsullarından istifadə mövzusunda çətinlik çəkilə bilər.

Sistoselin vaginal nahiyədə yaratdığı təsiri ilə birlikdə bəzi əlamətlər ortaya çıxardığı da görülür. Bu əlamətlər arasında vaginal nahiyədə təzyiq hissi, sidiyə getmiş ancaq edə bilməməiş məsanənin tam boşala bilməməsi hissi göstərilir.

Yüngül seyr edilən sistosel, sadəcə pelvik nahiyədə bir narahatlıq hissinə səbəb ola bilər və ya yanlışlıqla sidik qaçırma vəziyyəti meydana gətirə bilər. Şiddətli bir sistosel isə sidik axışına maneə olar. Bu vəziyyət eyni zamanda infeksiyaya və ya böyrək zədələnməsinə yol aça bilər. Yüngül sistosel hadisələri müalicəyə ehtiyac duymazkən gərəkli görüldüyü təqdirdə sistosel müalicəsi məsanəni dəstəkləmək üçün cərrahi müdaxiləyə ehtiyac ola bilər. Nadir vəziyyətlərdə estrogen müalicəsi də sınanıla bilər.

Sistoselə yol aça biləcək faktorlar belə sıralana bilər:

Yaşın irəliləməsi

Çox daha doğuş etməsi

Piylənmə

Estrogen hormonunun aşağı olması

Histerektomiya

Mütəmadi ağır qaldırmaq və ya bağırsaqları çətinə salmaq

Xroniki öskürmək və ya bronxit.

Sistoselin dərəcələri nələrdir?

Məsanənin vaginaya doğru nə qədər sallanmasına bağlı olaraq fərqli dərəcə və şiddətlə seyr edilər. Bunların açıqlaması:

1 dərəcə: Məsanənin sadəcə kiçik bir qismi vaginaya doğru sallanmışdır. Bu vəziyyət yüngül seyrli sistosel halıdır.

2 dərəcə: Məsanənin vaginanın girişinə çata biləcək qədər sallanması vəziyyəti ikinci dərəcə və ya orta şiddətdə bir sistoseli göstərir.

3 dərəcə: Məsanə vaginal açıqlıqdan xaricə çıxar və şiddətli sistosel vəziyyəti yaşanar.

4 dərəcə: Son şiddətdə yaşanan sistosel zamanı məsanənin hamısı vaginanın xaricinə doğru çıxıntı edər. Adətən pelvik orqan prolapsusunun digər formalarıyla birlikdə görülür.

Sistosel əlamətləri nələrdir?

Sistosel, sidik kisəsi sallanması nədir?Pelvik nahiyədə ağırlıq və ya dolğunluq hissi

Vaginal bölgədə şişkinlik

Tez-tez idrara çıxma ehtiyacı

Sidik qaçırma problemi

Sidik yolu infeksiyalarının artması

Alt bel ağrısı

Cinsi münasibət əsnasında ağrı

Sidik kisəsinin sallanmasının diaqnozu necə qoyulur?

Sistoselin diaqnozu üçün vaginal nahiyənin əllə yoxlanışı əsnasında hiss edilən şişlik əhəmiyyətli fikir verir. Bu şişlik həkim tərəfindən edilən fiziki müayinə əsnasında ortaya çıxar. Fiziki müayinədən sonra gərəkli görüldüyü təqdirdə ürodinamik testi və sistoskopiya üsuluna da müraciət edilə bilər.

Ürodinamik test, məsanənin sidiyi tutma və boşaltma bacarığını ölçərkən sistoskopiya üsulunda sidik yolunda malformasiya, tıxanıqlıq, şiş və ya daşların varlığı axtarılır.

Sistosel mualicesi nece edilir?

Şəxsin vaginal nahiyəsində ağrı və ya narahatlıq yaratmayan yüngül sistosel zamanı məsanə adətən tibbi və ya cərrahi müalicə gərəkdirməz. Yüngül xəstəlik zamanı şəxsin ağır qaldırmaqdan qaçınması, düzgün qidalanma tövsiyə edilir.

Sistosel əməliyyatı
Sistosel, sidik kisəsi sallanması nədir?Müalicə edilə bilməyən problemlərdə əməliyyat yolu seçilir. Sallanmış məsanə əməliyyatı adətən vaginal yolla edilir və məqsəd məsanəni doğru pozisiyada sabitləməkdir. Məsanə, vaginal divarda bir kəsik ilə bərpa edilir. Sallanmış sahə bağlanılır və divar gücləndirilir.

Sistoselin qarşısını almaq olarmı?

Sistoseli şəxsi mübarizə ilə qarşısını almaq mümkün ola bilər. Bunun üçün düzgün qidalanmalı, çəkisini qorumalı, qəbizliyə yol açacaq hərəkətlər edilməməli, mümkün olduğunca pelvik nahiyəyə təzyiq edəcək qədər ağır qaldırmamaqdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 08 oktyabr 2024

Oxşar xəbərlər

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Öd kisəsi xəstəlikləri

Öd, yaşılımtıl qəhvəyi rəngdə olub, artıq maddələr, xolesterin, və öd duzlarından ibarət olur. Öd, həzm fermenti deyildir, ancaq öd duzu, böyük yağ damlacıqları emulsiya etməsi ilə eyni funksiyan yerinə yetirir. xəbər veri

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd


masaj yuxuda babasil mualicesi bogaz agrisi hamilelik testi dis agrisi
masaj
is elanlari