Revmatizmin əlamətləri, müalicəsi

Revmatizmin əlamətləri, müalicəsiRevmatizm oynaq, əzələ, sümük və bağ toxumasına təsir göstərən xəstəlikdir. Bu növ xəstəliklərin ən çox yayılan simptomları arasında oynaq ağrısı, şişlik, sərtlik, hərəkət məhdudluğu mövcud olur. Xroniki xəstəlikdir.

Doktorinfo.az xəbər verir ki, bu növ xəstəliklər adətən oynaq, əzələ, sümük, digər bağ toxumalarına təsir göstərən iltihablı vəziyyətlə bağlıdır. Adətən oynaq funksiyalarında məhdudluq kimi əlamətlərlə xarakterizə edilir.

Adətən immun sisteminin anormal formada aktiv olması nəticəsində ortaya çıxan iltihabi vəziyyətdir. Səbəbləri otoimmun xəstəliklər, genetik faktorlar, ətraf hava kirliliyi və s. ola bilər. Genetika da burada rol oynayır. Yaşın irəliləməsi, hormonal dəyişiklik, stres kimi faktorlar revmatizm riskini artıra bilir.
Bir çox növləri mövcuddur.
Revmatizmin əlamətləri, müalicəsiRevmatizm elametleri nelerdir?

Əlamətləri növünə görə dəyişir. Ancaq ümumi əlamətlər arasında oynaq ağrısı, şişlik, sərtlik, hərəkət məhdudluğu, əzələ ağrıları, halsızlıq, yorğunluq və qızdırma yer alır. Müddəti şiddətinə, xəstəliyin genişliyinə görə dəyişir. Bu səbəbdən revmatizm əlamətləri fərqli şəxslərdə fərqlilik göstərə bilər.

Kim mualice edir?

Dəyərləndirmə revmatoloq tərəfindən aparılır. Fizioterapiya oynaq şişlikləri, hərəkət məhdudluğu və digər əlamətləri dəyərləndirmək məqsədilə istifadə edilir.
Qan analizləri, C-reaktiv protein kimi analizlər yoxlanılır. Rentgen, MRT yoxlanılır. Bütün analizlərin bir araya toplanması nəticəsində uyğun müalicə planı hazırlanır.

Mualicesi nece aparilir?

Müalicə seçimləri arasında dərman, fizioterapiya, cərrahi müdaxilələr yer alır.

Revmatizm xəstəliklərinin müalicəsində istifadə edilən dərmanlar, xəstəliyin tipinə və simptomlarına görə dəyişir. Dərman müalicəsinin məqsədi ağrını, iltihabı azaltmaq, oynaq zədələrinin qarşısını almaq və həyat keyfiyyətini artırmaqdır.

Derman mualicesinde istifade edilir:

Ağrıkəsicilər: İltihabı və ağrını azaldan dərmanlar

Antiinflmatuar dərmanlar: İltihablanmağı azaltmaq üçün istifadə edilən dərmanlar.

Bioloqlar: İmmun sisteminin funksiyasını dəyişdirərək iltihabı azaldan dərmanlardır. Revmatoid artrit, ankilozan spndilit və psoriatik artrit kimi iltihablı revmatizmal xəstəliklərdə istifadə edilir.

Bu xəstəlikdən əziyyət çəkənlər həyat tərzinə də diqqət etməlidirlər:
Revmatizmin əlamətləri, müalicəsiMütəmadi hərəkət: Oynaq hərəkətliliyini və gücünü artırmağa yardım edir. Həftədə ən az 150 dəqiqə orta sürətdə və ya 75 dəqiqə şiddətli hərəkət edilməsi tövsiyə edilir.

Düzgün qidalanma: Oynaqları dəstəkləməyə kömək edir. Meyvə, tərəvəz, tam taxıllar və yağsız proteinlər baxımından zəngin qidalanma planı olmalıdır.

Çəki nəzarəti olmalıdır: Oynaqlara əlavə olunan yükü azaltmağa kömək edir. Artıq çəkili və piylənmədən əziyyət çəkən şəxslərin çəki verməsi tövsiyə edilir.

Stress idarəçiliyi: Stress, ağrını və iltihabı artıra bilir. Stress idarəçiliyi texnikaları ağrını azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək ola bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 06 yanvar 2024

Oxşar xəbərlər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Öd kisəsi xəstəlikləri

Öd, yaşılımtıl qəhvəyi rəngdə olub, artıq maddələr, xolesterin, və öd duzlarından ibarət olur. Öd, həzm fermenti deyildir, ancaq öd duzu, böyük yağ damlacıqları emulsiya etməsi ilə eyni funksiyan yerinə yetirir. xəbər veri

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər


masaj yuxuda cinsi xestelikler mede agrisi boyrek agrisi hamilelik testi
masaj
is elanlari