Panik atak nədir?

Panik atak nədir?Panik atak anidən və gözlənmədik formada ortaya çıxan, insanda qorxu, panik hissi yaradan ruhi pozğunluqdur.

Doktorinfo.az xəbər verir ki, atak qorxu hissi, narahatçılıq yaradır. Birdən-birə başlayır, şiddətlənərək əksər zaman 10-30 dəq davam edir və özlüyündən keçir. Nadirən uzun davam etdiyi müşahidə edilir.

Panik atakın əlamətləri aşağıdakılardır:

Sürətli ürək döyüntüsü

Sinə ağrısı

Nəfəs darlığı və ya boğulma hissi

İdarəni itirmə

Titrəmə, qarın ağrısı

Ölüm qorxusu

Bir panik atak zamanı bu əlamətlərdən ən az 4-ü müşahidə edilir.

Panik atak nədir?Panik pozuntusu neden yaranir?

Beyində neyron adı verilən, sinir hüceyrələrindən istehsal olunan, həyəcan və duyğusal yaşayış tərzinə təsir göstərən beyin hormonlarının düzgün çalışmaması nəticəsində yaranır.
Gündəlik həyatda edilən bəzi davranışlarınızın nəticəsində ortaya çıxan və tamamilə "təbii və zərərsiz" olan döyüntü, tərləmə, nəfəs darlığı, baş gicəllənmə kimi əlamətlərlə birlikdə baş verərsə, ölüm, dəli olma hissi yaradırsa bu vərdiş halını ala bilər.

Panik atakın diaqnozu necə qoyulur?

Diaqnoz ilk olaraq psixoloq tərəfindən qoyulur. Xəstənin tibbi keçmişi araşdırılır və gərəkli fiziki müayinələr aparılır. Həkimlər baş verən əlamətlərin xəstəlik və ya panik atak səbəbindən baş verdiyini müayinələr, bəzi analizlər əsasında deyə bilər.

Xüsusilə atakların tezliyi, nəfəs darlığı, yaşayıb-yaşamadığınız, baş gicəllənmə, uyuşma, tərləmə kimi əlamətlər diaqnoz cəhətdən olduqca vacibdir.

Panik atak nədir?Bu vəziyyətin müalicəsi mümkündür?

Nəzarətə alına bilən xəstəlikdir. Psixiatrlar bu xəstəliyə yaxşı bələddirlər. Araşdırmalarla təsdiqlənmiş iki müalicə növü vardır. Dərman və psixoterapiya.

Dərman müalicəsi – Beyin sinir hüceyrələrindəki pozulmuş hormonların fəaliyyətlərini düzəldərək panik atakların qarşısını alan dərmanlardan istifadə edilir. Həkim uyğun dərmanı seçərək aşağı miqdarla başlayaraq vəziyyətə görə dəyişə bilər. Dərman müalicəsi ən az bir il davam etdikdən sonar yavaş-yavaş azaldılaraq kəsiləcəkdir.

Psixoterapiya – Bir çox terapiya belə halların müalicəsində effektli nəticələr verir.

Panik atak baş verdiyi zaman nələr edilməlidir?

Mümkün qədər olduğunuz yerdə qalın.

Gözünüzü, ruhunuzu sakitləşdirən yerə baxın

Dərindən nəfəs alıb-verin.

Unutmayın ki qısa davam edəcəkdir və həyati təhlükə yoxdur.
Panik atak nədir?Panik atakdan qorunmaq üçün nələr edə bilərsiniz?

Bu barədə kitabları oxuyub, ilk yardımlar haqqında maariflənə bilərsiniz.

Nəfəs alıb-vermə texnikasını öyrənə bilərsiniz.

Stresi və gərginliyi azaltmaq üçün fiziki hərəkətlər edilə bilər.

Atakları daha da pisləşdirə biləcəyi üçün şəkərli qidalar, içkilər, kafein və siqaretdən istifadə azaldılmalıdır.

İdmanla məşğul ola bilərsiniz.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 29 iyul 2024

Oxşar xəbərlər

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır


masaj yuxuda bogaz agrisi sekis mede agrisi cinsi xestelikler
masaj
is elanlari