Meningioma xəstəliyi

Meningioma xəstəliyiMeningioma, beyini və onurğa iliyini əhatə edən meninks adı verilən pərdədən böyüyən şişdir.

Doktorinfo.az xəbər verir ki, geniş yayılan bir şiş növü olan meningioma özündə bir beyin şişi olaraq qəbul edilməz, ancaq yaxındakı beyinə, sinirlərə, damarlara təzyiq edə bilər. Bu da şişin şiddətinə bağlı olaraq ciddi hal ala bilər. Diaqnozu, manyetik rezonans görüntüləmə ilə qoyulur. Meningioma müalicəsi isə şişin böyüklüyü və yerləşdiyi yerə görə cərrahi və ya radioterapiya kimi üsullarla edilə bilər.

Meningioma nədir?

Xərçəng olmayan bir şiş növüdür. Həmçinin beyin şişi növlərindən biridir. Meningioma beyinin öz quruluşunda olur. Adətən olduqca yavaş böyüyən şişlər olan meningiomalar əksər zaman xoşxassəli olaraq bilinir. Beynin içində olması səbəbiylə hər nə qədər xoşxassəli olsa da böyümələri ilə bərabər beyin üzərində yaradacaqları təzyiq səbəbiylə bir çox fərqli əlamətə səbəb ola bilər.

Şişin böyüklüyü və təzyiq etdiyi beyin nahiyəsi burada əhəmiyyət kəsb edir. Adətən metastaz verməzlər. Nəyin səbəb olduğu bilinməsə də radiasiya müalicəsi, genetik faktorlar rol oynayır.

Görmədə yaranan dəyişikliklər, baş ağrısı, eşitmə zəifliyi, krizlər meningiomalar zamanı çox görülən əlamətlər arasındadır.

Gərəkdiyi zaman radiasiya və cərrahi müdaxilə ola bilər.

Meningioma növləri nələrdir?

Meningiomaların bir çox növü yavaş böyüyür. Ancaq bəzi növləri sürətlə yayılım göstərər. Növləri mövcuddur.

Birinci dərəcədən meningiomalar adətən daha aşağı dərəcəli olan şişlərdir. Əksər zaman xoşxassəli olan bu şişlər arasında tez-tez görülən meningioma növüdür. Birinci dərəcədən meningiomaların böyüməsi isə yavaş olur.

İkinci dərəcədən olan meningiomalar, orta dərəcəli meningiomalardır. Bu şişlər aqressiv və yayılmağa meyillidir. Bu dərəcədə olan şişlərin əməliyyat ilə alınması gərəklidir. Ancaq aqressiv xassəli olması səbəbiylə bu bölgədə təkrar meningiomanın yaranma ehtimalı vardır.

Üçüncü dərəcədən meningiomalar, bu qrupda yer alan şişlərdə ilk qrupla müqayisədə çox daha atipikdir. Atipik vəziyyətdə olan görüntü anaplastik olaraq dəyərləndirmə müddətinə alınır. Bu dərəcədə yer alan şişlər sürətlə böyümə göstərə bilər.

Meningioma riskini artıra biləcək faktorlar bunlardır:

Uşaqlıq çağında radiasiyaya məruz qalmaq

Nörofibromatozis tip 2 adı verillən sinir sistemi narahatlığı

Hormonlar

Piylənmə

Beyin travması
Meningioma xəstəliyiMeningiomaların əlamətləri

Baş ağrısı

Yaddaş itkisi

Görmə, eşitmə və qoxu hissinin itməsi

Mədə bulantısı və qusma

Qol və ayaqda zəiflik hissinə bağlı olaraq yerimədə çətinliklər

Krizlər

Şüur bulanıqlığı, düşünmədə çətinlik.

Meningioma müalicəsi

Adətən əməliyyat gərəkdirir. Ancaq bu vəziyyət hər xəstə üçün fərqli ola bilər. Burada xəstənin vəziyyəti, xəstəliyin şiddəti əhəmiyyət kəsb edir.

Beyinin bəzən riskli yerlərində olan şişlərin çıxarılması mümkün olmaya bilər.

Meningioma əməliyyatından sonra sağalma müddəti

Xəstədən-xəstəyə fərqlilik göstərə bilər. Hər əməliyyat müddətinin müəyyən riskləri olduğu kimi bu müddətin də müxtəlif riskləri vardır. Xəstənin şişinə tətbiq edilən prosedur şişin böyüklüyünə və yerləşdiyi yerə bağlı olaraq edilən əməliyyat dəyişdiyi kimi, sağalma müddəti də dəyişkəndir. Adətən əməliyyatdan sonra xəstələr 2-5 gün arasında gərəkli analizlər nəticəsində evə buraxıla bilər. Əməliyyatdan sonra müayinələr tez-tez olmalıdır. Xəstənin vəziyyətinə uyğun müalicələr təyin edilir. Həkim göstərişinə görə doğru müalicələr zamanında edilməlidir.

Meningioma əməliyyatı neçə saat davam edər?

Adətən xəstədən xəstəyə görə dəyişiklik göstərir. Xüsusilə xəstənin vəziyyəti, şişin yeri kimi bir çox faktor əməliyyatın müddətinə təsir göstərə bilər. Adətən 2-6 saat davam edər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 08 oktyabr 2024

Oxşar xəbərlər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Kolit və ülseratif kolit nədir?

Kolit nədir?. Kolit, həzm olunan qidaların nəcis halına gəldiyi qalın bağırsağın daxili astarının iltihablanmasıyla xarakterizə edilən akut və ya xroniki xəstəlikdir. xəbər verir ki, iltihablanma olaraq adlandırılan kolit

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir


masaj yuxuda qarin agrisi dis agrisi babasil mualicesi hamilelik testi
masaj
is elanlari