Halluks Rigidus xəstəliyi nədir?

Halluks Rigidus xəstəliyi nədir?Bəzi insanlar ayaq baş barmağında yaranan ağrı, şişlikdən şikayətlənirlər. Ancaq bunun hansısa xəstəliyin əlaməti olduğundan xəbərsiz olurlar. Halluks Rigidus, ayaq baş barmağının kökündə mövcud olan oynaq üzərində meydana gələn və adətən 25-65 yaş arası şəxslərdə müşahisə edilən ayaq xəstəliyidir. Eyni zamanda sərt ayaq baş barmağı olaraq da bilinir. Oynaqlarda yaranan sərtlik yeriməkdə çətinlik yaradır. Bəzən isə şiddətli ağrı verərək hərəkət etməyə maneə olur. Oynaqda olan qığırdağın zədələnməsi nəticəsində meydana gələn yırtılma ilə sümüklər bir-birinə sürtülür. Bu hal artdıqca sümük çıxıntısına səbəb ola bilər. Meydana gələn böyümə sayəsində baş barmağın funksiyası məhdudlaşır və gedərək həmin barmaq bükülməyəcək hala gəlir.

Halluks Rigidus nədən olur?

Düz daban probleminə sahib olan xəstələrdə daha çox müşahidə edilir. Həmçinin ayağın ucunda yerimək, yalnış ayaqqabı, revmatizm xəstəlikləri problemin yaranmasına yol açır. Bundan başqa revmatoid artrit və gut xəstələrində müşahidə edilir.

Əlamətləri nələrdir?

Əksər insanlarda simptomların başlanğıcı barmaq ağrısı və barmağın üzərində şişlik formasında meydana gəlir.
Digər əlamət isə:

Qaçmaqda çətinlik

Çətin yerimək

Ayaqda ağrı

Baş barmağı bükə bilməmək

Oynaq problemləri

Barmaqda qızarıqlıq və s.
Halluks Rigidus xəstəliyi nədir?Ayaq baş barmağında və digər barmaqlarda yaranan şişliklər, baş barmaq sümüyü üzərində meydana gələn böyümə, ayaqqabı geyimində də xəstəyə narahatçılıq verir.
Bu problem üçün travmatoloq-ortopedə müraciət edə bilərsiniz.

Müayinəyə daxildir:

Barmaq hərəkətlərinin yoxlanışı

Xəstədə yarana ağrı şiddətinin öyrənilməsi

Qığırdaq quruluşda olan deformasiyaların müayinəsi

Ayağın zərbəyə məruz qalıb-qalmadığı

Bunlarla yanaşı bənzər problemləri ayırd etmək üçün rentgen istənilir. Həmçinin pasiyentdə başqa xəstəliyin olub-olmaması vacibdir. Bunların hər biri tərtib ediləcək müalicə sxeminə təsir göstərir.
Halluks Rigidus xəstəliyi nədir?Rentgen müayinəsində xüsusilə xəstənin yerə basdığı pozisiyaya ehtiyac ola bilər. Çünki bu zaman oynaqlar, qığırdaqların qalınlığı, yaranan sümük çıxıntıları araşdırılır.
Müalicəsi vəziyyətə uyğun təyin edilir. Buna müxtəlif kremlərdən istifadə, fizioterapiyalar, massaj, cərrahi müdaxilə aiddir. Bəzən ağrılar üçün ağrıkəsicilər, şiş üçün buz tətbiqi təyin edilə bilər. Bəzən isə sadəcə cərrahi müdaxilə mütləq hala gəlir. Həmçinin pasiyentə dincəlmək, daban hissəsi sərt və nisbətən qalın olan ayaqqabı geymək tövsiyə edilə bilər.
Halluks Rigidus xəstəliyi nədir?Hərəkət funksiyalarının itkisi və əlavə olaraq sümük çıxıntısı mövcuddursa bu zaman xəstələrə uca doğru dar və az dərinliyə sahib ayaqqabılardan qaçınmaqları tövsiyə edilir. Görülən tədbirlər fayda vermədiyi zaman cərrahi müdaxilə seçim ola bilər. Cərrahi əməliyyat üçün xəstənin yaşı, xəstəliyin mərhələrsi nəzərə alınır.
Əgər zamanında müdaxilə edilməsə ağrılar şiddətini artıra, yerimək isə imkansızlaşa bilər.
Halluks Rigidus xəstəliyi nədir?


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 avqust 2023

Oxşar xəbərlər

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran


masaj yuxuda tecili yardim qarin agrisi goz hekimi dis agrisi
masaj
is elanlari