Günəş şüaları altında satılan sular xərçəngə YOLUXMA RİSKİ yaradır

Günəş şüaları altında satılan sular xərçəngə YOLUXMA RİSKİ yaradırHavaların isti keçməsi bəzi insanların səhhətində müəyyən problem yaradır. Günvurmadan qorunmaq, parlaq günəş altında az gəzmək, isti havalarda çoxlu maye qəbul etmək yayda həkimlərin ən çox tövsiyə etdiyi məqamlardır. İsti hava səhhətimizlə yanaşı, istehlak etdiyimiz məhsullara da təsir edir. Bu da insanın sağlamlığında ciddi fəsadlar yaradır. Yəqin küçələrdə plastik qablarda su satışına hər biriniz rast gəlirsiniz. Plastik qablar isə günəş şüalarından kimyəvi proseslərə uğramaqla suyun tərkibinə birbaşa təsir edir.
Mütəxəssislər hesab edir ki, istinin təsirindən plastik qabda "Bisfenol-A" maddəsi əmələ gəlir. Bu maddə də su ilə tez reaksiyaya girir. Beləcə günəş şüaları altında plasmas qablarda satılan sulardan xərçəng xəstəliyinə yoluxma riski çoxalır. Əgər hansısa alıcı xroniki və onkoloji xəstəlikdən əziyyət çəkirsə, o zaman onda xəstəlik daha da şiddətlənir. Bundan əlavə, gündəlik istifadə üçün 300-500 qramlıq suları almaq daha məsləhətdir. Çünki istehsal prosesində qablar azonla doldurulur. Plasmas qabın ağzı hər dəfə açılıb-bağlananda isə suyun tərkibi dəyişir. Ona görə də plasmas qablardan birdəfəlik istifadə etmək daha doğru olardı. Bu mənada şüşə qablarda satılan sular daha faydalı və təhlükəsizdir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov KONKRET.az-a açıqlama verib:
Günəş şüaları altında satılan sular xərçəngə YOLUXMA RİSKİ yaradır"Plastiklər dünyanın bəlasıdır. Lakin dünyada qloballaşma getdikcə, bazar inkişaf etdikcə, insanlar əsasən pul qazanmağı daha üstün tuturlar. Beləliklə, insan sağlamlığı arxa planda qalır. Plastik qablarda qablaşdırma arzuedilməzdir.
Xüsusən plastik qablarda qablaşdırılmış, qızmar günəş altında saxlanılan bu sular sağlamlığımıza mənfi fəsadlar yaradır. Həmin qablarda əzik və çat olarsa qabların tərkibində olan kimyəvi elementlər suyun tərkibinə təsir edir. İsti yay günlərində burada reaksiyalar daha tez baş verir və bütün bunlar da qəbuledilməzdir.
Təəssüflər olsun ki, suların küçələrdən yığışdırılması üçün heç bir təşəbbüs yoxdur. Bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti biganəlik nümayiş etdirir. Təsadüfi deyil ki, həmin qablar üzərində plastik qabı zibil yeşiyinə atan şəkil var. Bu isə plastik qabların yığışdırılması deməkdir".
Vəli Həsənov,
KONKRET.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari