Ev üsulu ilə boğaz ağrısına əlac - 1 DƏFƏYƏ KEÇƏCƏK

Ev üsulu ilə boğaz ağrısına əlac - 1 DƏFƏYƏ KEÇƏCƏKBoğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından biri limon suyu ilə qarqara etməkdir. Bu, necə edilir? Bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon sıxılır. Bununla gündə 3-4 dəfə qarqara edilir.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, boğaz ağrısı üçün digər üsul xüsusilə təbii, qarışıqsız alma sirkəsinə batırılmış əski boğaza bir dəsmalla bağlanılır. Bunun həqiqətən çox faydası var. Digər tərəfdən, yaxşı olar ki, xəstənin ayaqları da sirkəli suya batırılmış əskiyə qoyulsun, istilənənə qədər orada qalsın, sonra götürülsün, ayaqlar qurulanaraq örtülsün.
Boğaz ağrısı üçün gözəl üsullardan biri də çay qaşığının ucunda sarıkök (zerdeçal), zəncəfil tozu və çox az qara bibəri bir yemək qaşığı zeytunyağı ilə qarışdırıb içmək. Xüsusilə qrip və ya angina dediyimiz tonsillit xəstəliklərində boğaz ağrısını rahatladan gözəl bir qarışıqdır. 
Boğaz iltihabında tətbiq olunan faydalı bitki müalicələrindən biri də torpaqdan təzə çıxan çuğundurun suyu ilə qarqaradır.
Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da boğaz ağrısını yüngülləşdirir.
Duzlu su ilə qarqara etmək də boğaz ağrılarını rahatladan təbii üsullardan biridir. Bir stəkan soyuq suda bir çay qaşığı duzu əridib qarqara edirik. Amma bu duzlu su ilə qarqara uşaqlar deyil, yetkinlər üçün tətbiq olunan bir üsuldur.
Şalfey (adaçayı) bitkisi boğaz ağrılarında xüsusi bir yerə malikdir, soyuqdəymə, qrip və badamcıq infeksiyasında çox rahatlıqla istifadə edilir, diş əti, damaq və boğaz iltihablarına qarşı da çox təsirlidir. Şalfey həm qarqara edilə bilir, həm də ayrıca çay kimi də içilir. Tənəffüs sisteminə rahatlaşdırıcı təsir göstərir.
Şalfeylə bağlı el arasında maraqlı bir deyim var: "Əgər həyətində şalfey əkmisənsə, nə gərək var ölməyə".
13-cü əsrdən istifadə edildiyi məlum olan şalfey bitkisinin elmi dildə - botanikada adı "salvia", latınca "salvere"dir ki, mənası "qorumaq", "mühafizə etmək" deməkdir.
Misirlilərin doğuşu artırmaq üçün istifadə etdikləri şalfey ilə antik yunan və Roma dövrü insanları əti qoruyurdu.
Qurudulmuş şalfey otu və yarpaqlarının yandırılıb tüstüsünün evə, otaqlara verilməsi ilə isə dezinfeksiya edirdilər.  
Qədimdən indiyə qədər gələn belə bir inanc da var ki, şalfeyi dəmləyərək çayını içən adam belə asanlıqla xəstə olmaz.
Bu gün daha çox soyuqdəymə, qrip, boğaz ağrıları, səs batmasına qarşı istifadə edilən şalfey həm də depressiya, yaddaş itkisi, xərçəng və ürək narahatlıqlarına qarşı bir qoruyucudur.  
Şalfey orta əsrlərdə vəbaya qarşı immunitet qazandıran "Dörd oğru sirkəsi" tərkibində də istifadə edilib.  
"Dörd oğru sirkəsi" adını tarixi bir hadisədən alıb. 14-cü əsrdə indi Fransaya aid Marsilya şəhərində vəba epidemiyası yaşanır. Epidemiya bütün Avropanı bürüyür və o dövrdə o coğrafiyada 25 milyon insanın ölümünə səbəb olur. Dörd oğru isə vəbadan ölənlərin kəndlərindəki ev və dükanları soyur, ancaq bu xəstəliyə tutulmur. Bir gün bu oğrular vəbadan ölən qurbanlarını soyarkən cinayət başında yaxalanır. Haqlarında edam cəzası veriləcək, ancaq vəba xəstəliyindən necə qurtulduqlarını söyləsələr, əfv olunacaqlar. Onlar da bir sirkə ilə əllərini yuduqlarını və həm də bu sirkə ilə qarqara etdiklərini deyirlər. Oğrular əfv edilərək küçələrdə bu sirkənin hazırlanmasını insanlara göstərmələri qarşılığında buraxılırlar.
O zamandan bəri əsrlərdir "Dörd oğru sirkəsi" adı ilə tanınan, içinə şalfey bitkisi də qatılmış sirkə bir çox xəstəliyin müalicəsində istifadə olunur. Soyuqdəymə və qripdə, boğaz və badamcıq ağrılarında, səs batıqlarında, hətta kovid infeksiyalarında belə şalfey məsləhət görüləsi ən faydalı bitkilərdəndir və Anadolu torpaqlarında qədimdən bəri çox sıx istifadə edilir.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 sentyabr 2023

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət


masaj yuxuda dis agrisi bogaz agrisi babasil mualicesi sekis
masaj
is elanlari