Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?

Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?Son illərdə yayılan əl-ayaq-ağız xəstəliyi xüsusilə isti fəsillərdə daha çox müşahidə edilir. Bu xəstəliyə səbəb olan koksaki virusu insanların həzm sistemlərində yaşayıb artan, yayılan virus ailəsinin üzvüdür. Əksər zaman ötəri soyuqdəymə simptomlarına səbəb olsa da bəzən isə yüksək qızdırma ilə müşayiət edilən ağır xəstəlik əlamətlərinə yol aça bilir.

Koksaki virusun səbəb olduğu xəstəliklər və əlamətlər

Bəzən ötəri əlamətlərlə davam etsə də, bəzən qızdırma, baş, əzələ, boğaz, qarın ağrıları, qusma ilə davam edə bilər.

Bəs adı nə üçün əl-ayaq-ağız xəstəliyi adlanır?

Buna səbəb məhz bədənin bu üzvlərində içi su dolu sərt qabarcıqların olmasıdır.
Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?Bu xəstəliyin səbəbləri nədir?

Bu xəstəliyə səbəb olan 3-4 fərqli virus bilinməkdədir. Ən əsas zəmin yaradan virus isə koksaki adlanır. Yoluxucudur.

Əl-ayaq-ağız xəstəliyinin simptomları:

Adətən 10 yaşdan aşağı uşaqlarda daha çox müşahidə edilir. Son 10 ildə isə artıq böyüklərdə də çox rast gəlinir.
Əsas əlamətləri yüksək qızdırma və yaranan səpkilərdir. Səpkilər əsasən əl içində, ayaq altında, ağız ətrafında yaranır. Yüksək qızdırma olduqdan sonra səpkilər 1-3 gün sonra ortaya çıxır.
Bundan başqa yaranan əlamətləri:

Halsızlıq

Əzələ ağrıları

Səpkilər ağrı verə bilər. Bununla bağlı olaraq ayağın şişməsi mümkündür.

Koksaki virusunun müalicəsi necə aparılır?

Bu xəstəliyin xüsusi bir dərmanı yoxdur. İnfeksiyalarda istifadə edilən dərmanlar bu xəstəlik zamanı da tətbiq edilə bilər.
Xəstəlik zamanı evdə qulluq daha uyğundur. Məktəbə və ya işə getmək yoluxuculuq baxımından düzgün deyil. Səpkilər getdikdən sonra şəxs normal həyatına davam edə bilər.
Uşaqlar adətən xəstəliyi yüngül keçirirlər, böyüklər isə daha ağır formada keçirirlər.
Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?Bu xəstəlikdən qorunma üsulları nədir?

Qorunma gigiyenaya diqqət göstərərək ola bilər. Dünya üzərində qəbul edilmiş xüsusi bir peyvəndi yoxdur. Sadəcə Çində istehsal olunub inkişaf etdirilən peyvənd mövcuddur.
Bununla yanaşı xəstə insanlarla təmasın azaldılması mütləqdir.

Bəs qidalanma necə olmalıdır?

Xəstəliyin ən yüksək həddində yeməyə məcbur edilmək doğru hərəkət olmadığından az qida ilə tez-tez yemək tövsiyə edilir.
Bol maye qəbulu xəstəliyin müalicə effektini artıracaq həmçinin vücudun immun sistemini gücləndirəcəkdir.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 22 oktyabr 2023

Oxşar xəbərlər

Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?

Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his

Tənbəl göz sindromu

Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü

Uşağın çantası hansı çəkidə olmalıdır?

Son zamanlar məktəbli şagirdlərin götürdükləri ağır çantalar bir sıra sağlamlıq problemlərinə yol açır. Yanlış çanta seçimi, duruş pozğunluğu, məktəb çantalarının ağırlığı inkişaf etməkdə olan uşaqlarda onurğa xəstəliklərini

Uşaqlarda reflüks xəstəliyi nədir?

Reflüks olaraq da adlandırılan qasroözofageal reflüks mədədən gələn qida və asidin qida borusuna geri dönməsidir. xəbər verir ki, uşaqlarda bütün yaş qruplarında tez-tez rastlanılan reflüksdə qusma da yaşana bilər. Bu, sinəd

Uşaqlarda uzanan, keçməyən öskürək

Xüsusilə payız və qış aylarında uşaqların bir çoxunda uzanan və keçməyən öskürəklər başlayır. Məktəb və bağçaların açılması ilə yoluxucu xəstəliklərin sayı durmadan artır. Xəstəliklər isə özünü ilkin olaraq öskürək, asqırmaq

Süd allergiyası

İnək südü geniş yayılan allergiya növlərindən hesab edilir. Süd allergiyası barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Sud allergiyasi nedir?. xəbər verir ki, süd allergiyası, inək, qoyun, keçi kimi heyvan

Uşaqlarda skolioz

Skolioz, əksər zaman yeniyetməlik çağında diaqnozu qoyulan, onurğanın yana doğru əyriliyidir. Skolioz barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, serebral palsi və əzələ distrofisi kim

Ən yaxşı uşaq nevroloqu kimdir?

Nevroloji problemlər uşaqlar arasında da geniş formada yayılıb. Bu səbəbdən son zamanlar uşaq nevroloqu üzrə axtarışlar çoxluq təşkil edir. xəbər verir ki, uşaq nevroloqu, sinir sistemində problemi olan uşaqları müalicə edə

Uşaqlarda axsamanın səbəbləri

Uşaqlarda topallama, axsama normal yeriyişdə hansısa bir dəyişikliyə yol çan vəziyyətlərin ümumi adıdır. Uşaqlarda axsama ya da topallama pediatrik ortopedi sahəsində ümumi kateqoriya yaradır. Usaqlarda axsama elametler


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari