Dolğu üzdə bu problemlərə yol açır - Kosmetoloq

Dolğu üzdə bu problemlərə yol açır - KosmetoloqDolğu üçün müraciət etməzdən əvvəl həkimin peşəkarlığı, sertifikasiyadan keçməsi kimi məsələlərə diqqət yetirmək lazımdır. Düzdür, orta tibb personalına başqa prosedurla bağlı müraciət olunur. Xüsusilə, gözəllik salonlarına müraciət edilən zaman insanlar daha çox problemlərlə rastlaşırlar. Ona görə də proseduru icra edənlər 10 ildən çox təcrübəyə sahib olsa da, təhlükəsizlik məsələsinə görə mütləq sözügedən məsələlər sorğulanmalıdır.
Bu sözləri Axar.az-a dolğuların üzə təsirləri ilə bağlı açıqlamasında kosmetoloq Zümrüd Rəhimova deyib.
O bildirib ki, vurulan preparatın mütləq gigiyenik sertifikatının olması və istifadəsi zamanı onun göz özünündə açılması önəmlidir:
"Həmçinin, vurulacaq preparat haqda pasiyent özü istifadəsində əks göstəriş varmı, nə dərəcədə sağlam tərkiblidir, istehsalçı ölkə hansıdır və s. kimi məsələləri ətraflı araşdırmalıdır".
Kosmetoloqun sözlərinə görə, dolğunun üzə vurulmasından sonra problemin yaranması sırf preparatdan və həkimin peşəkarlığından asılıdır:
"Dolğunun düzgün estetik nahiyəyə yeridilməməsi, koordinatların düzgün tapılmaması, üzdəki hər hansı arteriya damarına düşməsi və ya həmin bölgəni qidalandıran damarı tutması, basması problemlər yarada bilər. Bunlar isə həmin nahiyənin çürüməsinə səbəb ola bilər. Həmçinin, prosedurdan sonra müəyyən faiz göstəricilərlə ağırlaşmalar istisna olunmur.
Dolğu vurulmazdan əvvəl mütləq insanın üzünə mütəxəssis tərəfindən baxılmalıdır. Burada qadın və kişi ayrımı da vacibdir. Çünki onların cinsəl olaraq üz quruluşu fərqlidir. Burada mütləq normativlərin aşılmaması üçün estetik ölçülər nəzərə alınmalıdır. Pasiyent müraciət edərkən həkim ona uyğun ölçüləri deyir. Ancaq pasiyent bu ölçüdən böyük olmasını istəyirsə, bu zaman əsas onun istəyi nəzərə alınır".
Z.Rəhimova qeyd edib ki, təbii gellər üzdə 2 ilə yaxın müddətdə qala bilir:
"Bu müddət ərzində qaraciyərin ifraz etdiyi ferment gelin zaman-zaman effektini, həcmini itirir və üzdə parçalanmasına səbəb olur. Ancaq gelin sovrulması da insana görə dəyişə bilər. Elə insan var ki, ferment aktivliyinə görə üzündəki gel 6 ay ərzində sovrulur. Bundan sonra gelin çox cüzi miqdarda sintetik qalığı qalır. Davamlı olaraq gel vuran insanlarda isə üst-üstə sintetik çökmə olduğu üçün gələcəkdə sərt törəmə yarada bilir. Gelləri xüsusilə burun və göz altı nahiyələrinə çox vurduran şəxslər də məhz bu səbəbdən plastik cərrahlara müraciət etməli olurlar".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 13 iyun 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir


masaj yuxuda mede agrisi bogaz agrisi tecili yardim boyrek agrisi
masaj
is elanlari