Burun əti nə zaman əməliyyat olunmalıdır?

Burun əti nə zaman əməliyyat olunmalıdır?Burun əti (adenoid), üzüm salxımına bənzəyən formada olan və burun ilə boğaz arasına yerləşən toxumadır. Burun əti, burundan daxil olan bakteriya və virus mikrobları toplayır və vücudun infeksiyalarla mübarizə aparmasına kömək edən antikoru yaradır. Əgər uşağınızda davamlı olan, təkrarlayan burun əti böyüməsi, iltihabı varsa, həkim burun əti əməliyyatı tövsiyə edə bilər. Burun əti və ya adenoid burunun arxasından, burun-udlaq və ya "geniz" adlandırılan hissədə limfoid toxumanın böyüməsi nəticəsində meydana çıxdığı üçün bu problemə geniz əti də deyilir.

Adenoidin əlamətləri nələrdir?

Müxtəlif əlamətlərlə özünü biruzə verə bilər:

Nəfəs almaqda çətinlik

Yatan zaman xoruldama

Geniz əti müalicəsi necə aparılır?

Həkim, uşağınızın iltihablı burun ətini ilk olaraq antibiotiklərlə müalicə etməyə çalışa bilər. Əgər geniz əti iltihablı deyilsə, həkim bir müddət gözləməyi tövsiyə edə bilər. Çünki uşaqlarda geniz ətinin müəyyən qədər böyüməsi normal hesab edilir. Zaman daxilində kiçilə bilər.
Burun əti nə zaman əməliyyat olunmalıdır?Burun əti əməliyyatına nə zaman qərar verilir?

Aşağıdakı vəziyyətlər varsa əməliyyat tövsiyə edilə bilər:

Nəfəs ala bilməmək

Tez-tez təkrarlayan burun əti iltihabı

Mütəmadi xəstələnmək

Danışmaqda çətinlik

Burun əti nə zaman əməliyyat olunmalıdır?Burun əməliyyatı necə olur?

Nə qədər asan görülsə də, hər əməliyyat uşaq və böyüklər üçün adətən qorxuducudur.
Burun əti əməliyyatı anesteziya verilərək icra olunur və bu işin mütəxəssisi tərəfindən nəzarətdə saxlanılır.
Uşaq əməliyyat zamanı təxminən 20 dəqiqə ərzində yatacaqdır.
Əməliyyat bitdikdən sonra xəstədə nəfəs darlığı və ya qanaxma ehtimalı olarsa yenidən əməliyyatxanaya aparıla bilər. Xəstəxanada qalma müddəti isə 5-10 saat təşkil edir.

Adeniod əməliyyatı nə zaman edilməlidir?

Burun əti əməliyyat olunacaq həddə gəlibsə, bunun icrası hər yaşda edilə bilər. Öncələr uşaqları 3 yaşdan sonra əməliyyata götürürdülər. Buna səbəb isə anesteziyanın əks təsirindən qorumaq üçün idi. Ancaq müasir zamanda avadanlıqlar, istifadə edilən dərman maddələri daha keyfiyyətli olduğu üçün artıq yaş məhdudiyyəti qoyulmur.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 oktyabr 2023

Oxşar xəbərlər

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki


masaj yuxuda qarin agrisi tecili tibbi yardim mede agrisi babasil mualicesi
masaj
is elanlari