Rinoplastika burun əməliyyatı

Rinoplastika burun əməliyyatıRinoplastika nədir? burun əməliyyatı Kimlərə göstərişdir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Rinoplastika, qığırdaq və sümüklərin quruluşunu dəyişərək buruna verilən yeni formanı təmin edən burun əməliyyatıdır. Daha estetik burun forması yaratmaq üçün bəzən sümükləri və qığırdaqları kəsmək, bəzən də tam əksinə əksik yerlərini tamamlamaq və formalarını dəyişdirməyə ehtiyac vardır.

Burun emeliyyatı kimlere tetbiq edile biler?

Doktorinfo.az məlumat verir ki, əməliyyatı etməkdə meqsed bəzən edilən yol qəzaları, burun sınmaları hadisələri olur. Həmçinin bəzən tənəffüs problemləri olan pasiyentlərdə əməliyyat nəticəsində bu problem aradan qaldırılır.

Rinoplastika emeliyyatı nedir?

Rinoplastika əməliyyatı açıq və qapalı olaraq iki formada edilə bilər:

Qapalı texnika ilə bütün kəsimlər burun içində edilir. Cərrah içəridən çalışaraq əməliyyatı tamamlayır.

Açıq texnika ilə isə burun ucunda 3-4 mm bir kəsik edilərək burun ucu açılır.
Rinoplastika burun əməliyyatıRinoplastika ilə sümüyü, qığırdaq toxumasını, dəri təbəqəsini və ya hər üçünü birdən dəyişdirə bilər. Burun estetikası planlayarkən, rinoplastika cərrahı şəxsin üzünün digər xüsusiyyətlərini, burundakı dərini və şəxsin nələri dəyişdirmə istədiyini diqqətə alır.

Bütün böyük əməliyyatlarda olduğu üzrə rinoplastika ilə müxtəlif risklər daşıyır. Böyük əməliyyatlarda infeksiya, qanaxma, anesteziyaya qarşı mənfi reaksiya vermək riskləri mövcuddur.
Əməliyyatdan öncə şəxsin tibbi keçmişi araşdırılır. Ətraflı sorgu keçirilir. Hədəf və istəklər dəqiqləşdirilir. Bununla yanaşı həkim qan analizləri və bəzi labaratoriya testləri istəyə bilər.
Burun əməliyyatından sonra adətən eyni gün xəstəxanadan çıxmaq mümkündür. Anesteziyadan sonrakı ilk bir neçə gün ərzində yaddaş itkisi, qərar vermə çətinliyi görülə bilər.

Rinoplastika emeliyyatından onceki hazirliqlar

Əməliyyatdan iki həftə öncəsində dərmanlardan qaçınmaq lazımdır. Bu derman növləri qanaxmanı artıra bilər. Sadəcə burun cərrahı tərəfindən təsdiqlənən və ya reseptə yazlan dərmanlardan istifadə edilməlidir.

Həmçinin bitki tərkibli dərmanlardan, təbii dərmanlardan və əlavələrdən qaçınılmalıdır. Pis vərdişlər tərgidilməlidir. Əks halda infeksiya qapma ehtimalı yüksələr.
Rinoplastika çətin əməliyyat hesab edilir. Bunun isə bir çox səbəbi vardır. Öncəliklə üzün ortasında mövcud olan üç hissəli və qarışıq formadır. Burun bəzən zamanla görünüşcə dəyişə bilər. Ancaq adətən bir il ərzində şişliyin böyük hissəsi gedəcəkdir. Bu səbəbdən ikinci əməliyyata ehtiyac olarsa bunun üçün ən az 1 il gözləmək lazımdır.

Rinoplastika əməliyyatından sonra
Rinoplastika burun əməliyyatıBuruna tətbiq olunan tamponlar əməliyyatdan bir həftə sonrasına qədər burunda qalır. Əməliyyatdan sonra şişkinlik və qanaxmanın qarşısını almaq üçün adətən uzanan zaman baş diklikdə olmalıdır. Burun bantları çıxarıldıqdan sonra yüngül qanaxmanın baş verməsi təbiidir. Əməliyyatdan sonra bir sıra tədbirlər görülməlidir. Belə ki, əməliyyatdan sonra bir ay bəzən daha uzun müddət eynək geyinmək tövsiyə edilmir. Buruna təzyiq etmək, sərt hərəkət olmaz. Günəş şüalarından qorumaqda fayda vardır.

Qidalanma əsnasında sodiumdan uzaq durmaq şişkinliyin daha aza enməsinə zəmin yaradacaq. Emeliyyatdan sonra buruna buz kompresi etmək olmaz.

Piezo rinoplastika üçün göstərişlər:

Enli burun

Dar uclu burun

Çəpər əyrilikləri

Baş verən burun travmaları

Burun belində çökəklik

Burun dəliklərinin pis forması

Rinoplastika əməliyyatının qiyməti

Azərbaycanda qiymətlər klinika və həkimlərə görə dəyişir. Ümumilikdə isə 2-7 min arası dəyişir. Bu qiymət Türkiyədə 3-9 min dollar arasında dəyişir. Avadanlıqlar, istifadə edilən materiallara görə fərqlənir.

Bu emeliyyatda yas mehdudiyyeti var?

Formasının dəyişəcəyini nəzərə alaraq 18 yaşı gözləmək tövsiyə edilir.
Burun əməliyyatı keçirən xəstələrin sağalma müddəti individualdır. Adətən bir həftə ilə 2 ay içərisində deyisiklik göstərə bilər. Estetik edilən burunun formasını tam alması üçün 6 ay ilə 1 il arası keçməlidir.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 15 iyun 2024

Oxşar xəbərlər

Bud gərmə əməliyyatı

Bud plastikası sallanmış dərini qaldırmaq və korreksiya məqsədi ilə edilən əməliyyatdır. xəbər verir ki, bu zaman dəri hamarlanır. Əməliyyat zamanı bud konturu daha sıx və incə olur. Bud qaldırma əməliyyatı və ya bud gərm

Bulhorn (Bulxorn) əməliyyatının qiyməti

Bulhorn əməliyyatı nədir?. Bulxorn emeliyyatı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Üst dodağın uzun olması vəziyyətinin müalicəsi olaraq bilinən "lip lift", üst dodaq qaldırma, üst doda

Bədən şəkilləndirmə əməliyyatı

Piylənmə cərrahiyyəsi ya da zəifləmə üsullarından hansısa biri ilə hədsiz çəki verən xəstələrdə, qarın-qol-ayaq-süd vəzi və bel nahiyəsindəki sallanmalara, xəstənin gözləntisi, ehtiyacına görə vücud şəkilləndirmə əməliyyatlar

Onurğa problemlərində istifadə edilən Olif əməliyyatı nədir?

Qocalmaqla birlikdə onurğa sağlamlığını pozan fərqli problemlər yaşana bilir. xəbər verir ki, onurğada yaşanan kirəclənməyə bağlı ortaya çıxan problemlərin müalicəsində əməliyyatsız müalicə üsulları istifadə edilərkən, cərrah

Saç əkimi qiymətləri

Saç nə üçün tökülür?. Hormon pozuntusu, mövsümi dəyişikliklər, dəmir və ya vitamin əksikliyi, genetika kimi müxtəlif səbəblərlə saçlar tökülə bilir. xəbər verir ki, böyüklərdə gündə təxminən 50-100 ədəd tük tökülməsi norma

Beyin şişində Qamma Knife müalicəsi

Qamma knife, beyin cərrahlarının beyinin anormal sahələrində, hansısa bir kəsiyə ehtiyac qalmadan əməliyyat edə bilmələrinə şərait yaradan müasir müalicə üsuludur. xəbər verir ki, gamma knife, stereotaktik radiocərrahi ad

Bolyun dolğusu

Genetik faktorlar, həyat tərzi, dəri qulluğu müddətlərnin axsadılması və yaş alma ilə dəridə qocalma əlamətləri ortaya çıxamağa başlayır. Boyun nahiyəsi isə ilk qolcalmağa məruz qalan hissələrdən biridir. Boyun dolgusu nedir?

Burun sümüyü qırığı

Burun, üzün tam ortasında olan, ən qabarıq orqan olmasına görə hansısa qəza anında zərbəni ən tez bu orqan alır. xəbər verir ki, bu səbəbdən burun sümüyü qırığı çox rastlanılan vəziyyətdir. Bəzən yüngül çat da meydana gəl

Dodaq dolğusu

Estetik dolğu prosedurlarından biri olan dodaq dolğusu, sürətli və ağrısız bir formada tətbiq olunan, əməliyyat gərəkdirməyən bir üsuldur. xəbər verir ki, ən çox seçilən estetik tətbiqlərdən biri olan dodaq dolğusu, dodaqları


masaj yuxuda tecili tibbi yardim goz hekimi sekis cinsi xestelikler
masaj
is elanlari