Rinoplastika burun əməliyyatı

Rinoplastika burun əməliyyatıRinoplastika nədir? burun əməliyyatı Kimlərə göstərişdir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Rinoplastika, qığırdaq və sümüklərin quruluşunu dəyişərək buruna verilən yeni formanı təmin edən burun əməliyyatıdır. Daha estetik burun forması yaratmaq üçün bəzən sümükləri və qığırdaqları kəsmək, bəzən də tam əksinə əksik yerlərini tamamlamaq və formalarını dəyişdirməyə ehtiyac vardır.

Burun emeliyyatı kimlere tetbiq edile biler?

Doktorinfo.az məlumat verir ki, əməliyyatı etməkdə meqsed bəzən edilən yol qəzaları, burun sınmaları hadisələri olur. Həmçinin bəzən tənəffüs problemləri olan pasiyentlərdə əməliyyat nəticəsində bu problem aradan qaldırılır.

Rinoplastika emeliyyatı nedir?

Rinoplastika əməliyyatı açıq və qapalı olaraq iki formada edilə bilər:

Qapalı texnika ilə bütün kəsimlər burun içində edilir. Cərrah içəridən çalışaraq əməliyyatı tamamlayır.

Açıq texnika ilə isə burun ucunda 3-4 mm bir kəsik edilərək burun ucu açılır.
Rinoplastika burun əməliyyatıRinoplastika ilə sümüyü, qığırdaq toxumasını, dəri təbəqəsini və ya hər üçünü birdən dəyişdirə bilər. Burun estetikası planlayarkən, rinoplastika cərrahı şəxsin üzünün digər xüsusiyyətlərini, burundakı dərini və şəxsin nələri dəyişdirmə istədiyini diqqətə alır.

Bütün böyük əməliyyatlarda olduğu üzrə rinoplastika ilə müxtəlif risklər daşıyır. Böyük əməliyyatlarda infeksiya, qanaxma, anesteziyaya qarşı mənfi reaksiya vermək riskləri mövcuddur.
Əməliyyatdan öncə şəxsin tibbi keçmişi araşdırılır. Ətraflı sorgu keçirilir. Hədəf və istəklər dəqiqləşdirilir. Bununla yanaşı həkim qan analizləri və bəzi labaratoriya testləri istəyə bilər.
Burun əməliyyatından sonra adətən eyni gün xəstəxanadan çıxmaq mümkündür. Anesteziyadan sonrakı ilk bir neçə gün ərzində yaddaş itkisi, qərar vermə çətinliyi görülə bilər.

Rinoplastika emeliyyatından onceki hazirliqlar

Əməliyyatdan iki həftə öncəsində dərmanlardan qaçınmaq lazımdır. Bu derman növləri qanaxmanı artıra bilər. Sadəcə burun cərrahı tərəfindən təsdiqlənən və ya reseptə yazlan dərmanlardan istifadə edilməlidir.

Həmçinin bitki tərkibli dərmanlardan, təbii dərmanlardan və əlavələrdən qaçınılmalıdır. Pis vərdişlər tərgidilməlidir. Əks halda infeksiya qapma ehtimalı yüksələr.
Rinoplastika çətin əməliyyat hesab edilir. Bunun isə bir çox səbəbi vardır. Öncəliklə üzün ortasında mövcud olan üç hissəli və qarışıq formadır. Burun bəzən zamanla görünüşcə dəyişə bilər. Ancaq adətən bir il ərzində şişliyin böyük hissəsi gedəcəkdir. Bu səbəbdən ikinci əməliyyata ehtiyac olarsa bunun üçün ən az 1 il gözləmək lazımdır.

Rinoplastika əməliyyatından sonra
Rinoplastika burun əməliyyatıBuruna tətbiq olunan tamponlar əməliyyatdan bir həftə sonrasına qədər burunda qalır. Əməliyyatdan sonra şişkinlik və qanaxmanın qarşısını almaq üçün adətən uzanan zaman baş diklikdə olmalıdır. Burun bantları çıxarıldıqdan sonra yüngül qanaxmanın baş verməsi təbiidir. Əməliyyatdan sonra bir sıra tədbirlər görülməlidir. Belə ki, əməliyyatdan sonra bir ay bəzən daha uzun müddət eynək geyinmək tövsiyə edilmir. Buruna təzyiq etmək, sərt hərəkət olmaz. Günəş şüalarından qorumaqda fayda vardır.

Qidalanma əsnasında sodiumdan uzaq durmaq şişkinliyin daha aza enməsinə zəmin yaradacaq. Emeliyyatdan sonra buruna buz kompresi etmək olmaz.

Piezo rinoplastika üçün göstərişlər:

Enli burun

Dar uclu burun

Çəpər əyrilikləri

Baş verən burun travmaları

Burun belində çökəklik

Burun dəliklərinin pis forması

Rinoplastika əməliyyatının qiyməti

Azərbaycanda qiymətlər klinika və həkimlərə görə dəyişir. Ümumilikdə isə 2-7 min arası dəyişir. Bu qiymət Türkiyədə 3-9 min dollar arasında dəyişir. Avadanlıqlar, istifadə edilən materiallara görə fərqlənir.

Bu emeliyyatda yas mehdudiyyeti var?

Formasının dəyişəcəyini nəzərə alaraq 18 yaşı gözləmək tövsiyə edilir.
Burun əməliyyatı keçirən xəstələrin sağalma müddəti individualdır. Adətən bir həftə ilə 2 ay içərisində deyisiklik göstərə bilər. Estetik edilən burunun formasını tam alması üçün 6 ay ilə 1 il arası keçməlidir.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 15 iyun 2024

Oxşar xəbərlər

Alın dolğusu kimlərə edilir?

Alın dolğusu nədir? Təsiri neçə müddətdir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Alın xətləri dolqusu olaraq da adlandırıla bilən alın dolğusu tətbiqi ilə zaman içərisində dəri elastikliyini

Yanaq incəltmə, Bişektomiya əməliyyatı

Müasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır. Bu, eyn

Göz rənginin dəyişdirilməsi, Flaak əməliyyatı

Göz rəngini iris yəni göz bəbəyinin içindəki piqment (rəngli maddə) miqdarı müəyyən edir. xəbər verir ki, çox az piqment daşıyan gözlər maviykən, orta ölçüdə piqmentli gözlər yaşıl tonlarındadır. Ölkədə ən çox görülən gö

Bolyun dolğusu

Genetik faktorlar, həyat tərzi, dəri qulluğu müddətlərnin axsadılması və yaş alma ilə dəridə qocalma əlamətləri ortaya çıxamağa başlayır. Boyun nahiyəsi isə ilk qolcalmağa məruz qalan hissələrdən biridir. Boyun dolgusu nedir?

Saç mezoterapiyasının faydaları

Saçların cansızlaşması, kökdən uca doğru zəifləməsi və saç tökülməsi kimi problemlər həm sağlamlıq problemlərinin əlamətləri ola bilir həm də şəxsin kosmetik qayğılar hiss etməsinə yol aça bilər. xəbər verir ki, vitaminlərin

Qol gərmə əməliyyatı, Braxioplastika nədir?

Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur. Braxioplastika ne ucu

Çənə dolğusunu kimlər etdirə bilər?

Çənədəki çuxur görüntü, çənə xəttindəki müəyyənsizliyə və çənədəki forma pozuntularını apararaq daha gənc, düzgün üz xətləri görüntüsünü əldə etmək məqsədilə edilən estetik müalicəyə çənə dolğusu deyilir. xəbər verir ki

Üz gərmə əməliyyatı, Ritidektomiya nədir?

Üz gərmə əməliyyatı, üz və boyun nahiyəsindəki sallanma və qırışıqlıqların dartılma yolu ilə edilən prosedurudur. Mövzu ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, az ya da artıq ya

Mammoplastika (Sinə əməliyyatı)

Sinə estetikası olaraq adlandırılan, sinə böyütmə-kiçiltmə olaraq da bilin mammoplastika, süd vəzisinin görünüşünü dəyişdirmək və yenidən şəkilləndirmək üçün tətbiq olunan plastik cərrahi prosedurdur. Daha ətraflı məluma


masaj yuxuda tecili yardim bogaz agrisi goz hekimi babasil mualicesi
masaj
is elanlari