Qol gərmə əməliyyatı, Braxioplastika nədir?

Qol gərmə əməliyyatı, Braxioplastika nədir?Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur.

Braxioplastika ne ucun edilir?

Doktorinfo.az xəbər verir ki, sallanan, genişlənən qol dərisi, şəxslərin bədbəxtlik qaynaqlarından biridir. Xüsusilə qolsuz geyimlərdə bu problem daha diqqət çəkici olmaqdadır. çəki itkisi və ya təbii qocalma səbəbiylə yaranan artıq dərinin çıxarılması ilə qaoltuq altı nahiyəsindən dirsəyə qədər olan artıq dərini sıxlaşdırılır.

Plastik cərrahi prosedurda həm fiziki həm də duyğusal olaraq narahatlıq verən bu vəziyyətdən xilas olmaq mümkündür.

Qol derisi ne ucun sallanır?

Qocalma, genetik quruluş, hədsiz çəki alıb-vermə, genəşə məruz qalma nəticəsində qol nahiyəsində sallanmalar ola bilər.

Üst qol qaldırma nə zaman düşünülməlidir?

Əgər qoltuqaltı nahiyəniz normal çəkiyə sahib olmağınıza baxmayaraq sallanma varsa,

çox çəki vermisinizsə və üst qol dəriniz yarasa qanadları kimi görünməyə başladısa,

bu görüntünün ortadan qaldırılacağını qəbul edirsinizsə, qarşılığında bir iz olacağını da qəbul edərsiniz.

Cərrahınız, dirsəkləri, qolları və qoltuq altlarını işarətləyəcək və əməliyyatdan öncə müəyyənləşən braxioplastika növünə bağlı oaraq kəsiklərin yerini, uzunluğunu və istiqamətini müəyyənləşdirəcəkdir. Bu kəsiklər, artıq dəri və yayğın olması üçün gərəklidir. Kəsiklər edildikdən sonra artıq dəri və yağ alınaraq daha sıx və düzgün quruluşda qol konturu təmin edilir və kəsiklər diqqətlicə bağlanılır.
Qol gərmə əməliyyatı, Braxioplastika nədir?Əməliyyatdan öncə

Qol qaldırma proseduruna davam etmədən öncə, xəstələr hədəflərini müzakirə etmək və əməliyyat üçün uyğunluqlarını dəyərləndirmək üçün ətraflı müayinədən keçərlər.
Cərrahi kollektiviniz, dəri keyfiyyəti, sallanma dərəcəsi və ümumi sağlamlıq vəziyyətki kimi faktorları dəyərləndirərək individual müalicə planı tərtib edilir.

Qol germe nece edilir?

Qoltuq altından ya da dirsək içindən edilən kəsiklərlə artıq dəri alınaraq qola forma verilir. Yağ artıqlığı varsa liposaksiya ilə və ya kəsik vasitəsilə alınır. Kəsik yerlərində estetik tikiş tətbiq olunur.
Qol qaldırma proseduru sırasında, uzman cərrahlarınız görünən izləri ən aza endirmək üçün həssas texnikalar istifadə edilir. Kəsiklər adətən qolun iç qismi və ya qoltuq altı boyunca stratejik bir formada yerləşdirilir, artıq dəri və yağları çıxarmaq üçün istifadə edilir.

Qol germe emeliyyati ne qeder davam edir?

Nahiyənin vəziyyətinə görə tətbiq olunacaq üsula görə 1-3 saat arasında davam edən prosedurdur.

Qol gərmə ağrılı prosedurdur?

Prosedurdan sonra hiss edilən yüngül ağrılar, ağrıkəsici vasitəsilə həll edilir.

Qol gərmə sonrası

Əməliyyatdan sonra diqqət ediləcək nüanslar:

Ən az üç həftə ərzində xüsusi qol korseti geyinilməlidir.
Qol gərmə əməliyyatı, Braxioplastika nədir?Bir neçə həftə ərzində məcburedici qol hərəkətləri məhdudlaşmalıdır. Əks halda tikişlərdə bəzi zədələnmələr meydana gələ bilər.

Sağalma müddətinin sağlam və sürətli keçməsi üçün siqaretdə istifadə edilməməlidir.

Nəticə nə qədər davam edir?

Bu prosedurun nəticələri, artıq çəki alınmadığı müddətcə bir neçə il ərzində qalıcı olacaqdır. Əlbəttə zamanla dəri genişlənəcəkdir. Ancaq əməliyyatdan öncəki vəziyyətlə müqayisədə daha az olacaq.

Qol germe prosedurunun qiymetleri

Qol nahiyəsinin vəziyyətinə görə tətbiq olunacaq üsullar fərqli ola bilər və bu səbəbdən konkret qiyməti demək mümkün deyil. Bu dəyişkənlik göstərə bilər.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 22 iyul 2024

Oxşar xəbərlər

Beyin şişində Qamma Knife müalicəsi

Qamma knife, beyin cərrahlarının beyinin anormal sahələrində, hansısa bir kəsiyə ehtiyac qalmadan əməliyyat edə bilmələrinə şərait yaradan müasir müalicə üsuludur. xəbər verir ki, gamma knife, stereotaktik radiocərrahi ad

Üz gərmə əməliyyatı, Ritidektomiya nədir?

Üz gərmə əməliyyatı, üz və boyun nahiyəsindəki sallanma və qırışıqlıqların dartılma yolu ilə edilən prosedurudur. Mövzu ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, az ya da artıq ya

Laparoskopik əməliyyat nədir?

Laparoskopiya ginekoloji əməliyyatlarında da icra oluna biləcəyi qapalı cərrahiyyə üsuludur. xəbər verir ki, laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyy

Bud gərmə əməliyyatı

Bud plastikası sallanmış dərini qaldırmaq və korreksiya məqsədi ilə edilən əməliyyatdır. xəbər verir ki, bu zaman dəri hamarlanır. Əməliyyat zamanı bud konturu daha sıx və incə olur. Bud qaldırma əməliyyatı və ya bud gərm

Qalıcı dipliner nədir?

Baxışlarınızın daha təsirli və estetik olması ilə yanaşı hər səhər liner çəkməkdən bezənlər üçün qalıcı dipliner proseduru tətbiq olunur. xəbər verir ki, göz qapağının üst qisminə tətbiq edilən qalıcı dipliner tətbiqi gözlər

Ən yaxşı sünnət həkimi kimdir?

Sünnət cinsi orqanın uc hissəsini örtən dərinin kəsilərək çıxarılması prosesidir. Sünnət, tibbi qaydalara əsasən edilməlidir. Sünnət neçə yaşında edilməlidir?. xəbər verir ki, sünnətin sağlamlıq, psixoloji cəhətdən 2 yaşadə

Üz liftinqi

Dəri xüsusilə üz, ətraf faktorlara və yaş almağa bağlı olaraq zaman içərisində canlılığını itirərək deformasiya olmağa başlayır. deride meydana gelen qocalmanin sebeblerini teqdim edir:. Tez-tez çəki alıb-vermə. Həddində

Üz dolğusu nədir?

Qocalma ilə yanaşı vücudun müxtəlif nahiyələrində xəttlər və qırışlar meydana gəlir. xəbər verir ki, üz nahiysində yaranan xətt və qırışıqlıq görüntüsünün yaxşılaşmasında dermal dolğu maddə istifadə edilə bilər. Bu, üz nahiyəsind

Qalıcı dodaq rəngləndirmə necə edilir?

Dodaq rəngləndirmə daha dolğun və estetik cəhətdən daha xoş görüntüyə sahib dodaqlara əməliyyatsız olaraq qovuşmağınızı təmin edən prosedurdur. Prosedur barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbə


masaj yuxuda qarin agrisi boyrek agrisi goz hekimi tecili tibbi yardim
masaj
is elanlari