Yanlış sünnətin fəsadları

Yanlış sünnətin fəsadlarıSünnətin sağlamlıq üçün bir çox faydaları mövcuddur.

Sunnetin faydalari nelerdir?

Doktorinfo.az xəbər verir ki, cinsi orqan əyriliyi, əyri formada idrara getmək, idrar dəliyinin dar olması problemləri geniş yayılıb. Bu zaman sünnət edilmək bu problemlərin aradan qalxmasına yol açacaqdır.

Digər faydası isə gigiyenadır. Cinsi orqanın üzərindəki əlavə dəri götürüldüyü zaman infeksiyaya yoluxmaq riski azalır. Əks halda mikroblar dərinin iç hissəsində toplaşa bilər bu isə bir sıra xəstəliklərə səbəb ola bilər.

Sünnət cinsi orqan xərçəngi riskini azaldır. Sünnət edilən cinsi orqanın sünnət edilməyənlərlə müqayisədə daha az xərçəngə yoluxma riski olduğu təsbit edilmişdi.

Sünnətin digər faydalarından biri yoluxucu xəstəliklərdən qorumasıdır.

Prosedurun, sidik yolu infeksiyasına qarşı qoruyuculuğu mövcuddur.

Sünnət olunan şəxslərdə sonsuzluq çox müşahidə edilmir.
Yanlış sünnətin fəsadlarıYeni doğulan ərəfədə uşağa edilən sünnətin faydaları nələrdir?

Adətən uşağın doğulmasından sonrakı ilk aylarda sünnətin edilməsi tövsiyə edilir.

Səbəbi isə budur:

Körpə olan zaman yaralar daha tez sağalır.

Qanaxma riski olduqca aşağıdır. Gözlənilən qanaxmadan daha az qanaxma olur.

Yeni aylarda edilən zaman infeksiyaya yoluxma riski çox az olur.

Yeni doğulan zaman istifadə edilən anesteziya ilə sonrakı zamanlarda edilən fərqli tərkibli olur. Körpələrdə ümumi anesteziya deyil lokal formalıdan istifadə edilir.
Yanlış sünnətin fəsadlarıSünnət hansı yaşda edilməlidir?

Sünnət üçün tibbi ehtiyac varsa hər yaşda edilə bilər. Ancaq xüsusi göstəriş yoxdursa bu prosedurun uşaqkən edilməsi uyğundur. Psixoloji olaraq mənfi təsir göstərə biləcəyi üçün 2-6 yaş arası uşaqların lokal anesteziya altında sünnət edilməsi tövsiyə edilməz. Bu yaş aralığında ediləcəksə ümumi yatızdırılaraq edilməsi daha məqsədəuyğundur.

Uşaqların həyatlarının ilk 1-6 ay arası edilməsi ən düzgün seçimdir. İstər sağlamlıq, istər psixoloji cəhətdən belə uyğundur.

Allergik vəziyyətlərdə öncə uşağın allergiyası təsbit edilməli, müalicədən sonra sünnət edilməlidir.

Həddindən artıq çəkili uşaqlarda ilk olaraq arıqlama planı tutulmalıdır. Əks halda problemlər yaşana bilər.

Yırtığı olan uşaqlarda sünnətin bu növ əməliyyatlar əsnasında edilməsi uyğun görülür.

Sünnət, bu üzrə peşəkar həkim tərəfindən edilməlidir

Yanlış edilən sünnətin fəsadları nələrdir?

Qanaxma yarana bilər

Düzgün olmayan kəsim edilə bilər.

Zədəli kəsim nəticəsində ortaya düzgün olmayan görüntü çıxar ki bu sağlamlıq üçün də düzgün olmaz və yenidən sünnətə ehtiyac duyula bilər.

Çox şişlik, düzəlməyən yaralar yarana bilər.
Yanlış sünnətin fəsadlarıSunnetden sonra diqqet edilecek meqamlar:

Sünnətdən sonra keyidicinin təsiri 4-5 saatdan sonra keçməyə başlayan zaman ağrı ola bilər. Uşağa yazılan ağrıkəsici sirop,antibiotik kremi mütəmadi istifadə edilməlidir.

İki gün uşağı həddindən çox hərəkətdə olmaqdan qoruyun.

Alt paltarı geniş, rahat seçilməlidir ki, əməliyyat yeri ağrıtmasın.

Yaranın təmiz formada olmasına diqqət etmək lazımdır. 3-4 gün sonra uşaq duş vannasına girə bilər.

Tam sağalmaq isə hər dəridə fərqli olduğu üçün dəqiq gün sayı demək doğru olmaz.


DOKTORINFO.AZ
Əməliyyatlar       Tarix: 07 iyul 2024

Oxşar xəbərlər

Üz liftinqi

Dəri xüsusilə üz, ətraf faktorlara və yaş almağa bağlı olaraq zaman içərisində canlılığını itirərək deformasiya olmağa başlayır. deride meydana gelen qocalmanin sebeblerini teqdim edir:. Tez-tez çəki alıb-vermə. Həddində

Mammoplastika (Sinə əməliyyatı)

Sinə estetikası olaraq adlandırılan, sinə böyütmə-kiçiltmə olaraq da bilin mammoplastika, süd vəzisinin görünüşünü dəyişdirmək və yenidən şəkilləndirmək üçün tətbiq olunan plastik cərrahi prosedurdur. Daha ətraflı məluma

Saç mezoterapiyasının faydaları

Saçların cansızlaşması, kökdən uca doğru zəifləməsi və saç tökülməsi kimi problemlər həm sağlamlıq problemlərinin əlamətləri ola bilir həm də şəxsin kosmetik qayğılar hiss etməsinə yol aça bilər. xəbər verir ki, vitaminlərin

Boru mədə əməliyyatı

Mədənin ölçüsünü kiçiltmək, qida miqdarını azaltmaq üçün müxtəlif üsullardan istifadə edilir. xəbər verir ki, piylənmə cərrahiyyəsində şəxsə görə fərqli əməliyyat üsulları istifadə edilə bilir. Bu prosedurla çəki vermə asanlaşı

Açıq ürək əməliyyatı

Açıq ürək əməliyyatı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, döş sümüyünün açıldığı və ürəyi dəstəkləyən cihazların istifadə edildiyi əməliyyat növü hesab edilir. Bəs açıq ürək əməliyyat

Lipofiling nədir?

Vücudun bir hissəsindən piylərin çıxarılıb başqa hissəyə köçürülməsinə lipofilinq proseduru və ya yağ inyeksiyası deyilir. xəbər verir ki, bu barədə plastik cərrah Günel Bayramlı məlumat verib. Onun sözlərinə görə, bu prosedu

Kolonoskopiya nədir?

Endoskop vasitəsilə yoğun və düz bağırsağın müayinə edilmə metoduna kolonoskopiya deyilir. xəbər verir ki, bu metod təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Bes kolonoskopiya kimlere tovsiye edilir?. Diaqnostik

Liposaksiya nədir?

Piylənmə kimi çəki problemləri olmayan, ancaq zəifləmə üsullarıyla həll olunmayan yağlanmalara sahib şəxslərdə, var olan artıq yağ toxumasının uzaqlaşdırılması və vücuda daha yaxşı forma qazandırılması üçün tətbiq edilə

Funksional Endoskopik Sinus Cərrahiyyəsi

Endoskop ucunda işıq və optik linzalar olan alətlərdir. xəbər verir ki, bir ucundan baxıldığında digər ucunda monitorda görüntüsünü birbaşa görmək mümkündür. Bes hansi sahelerde endoskoplardan istifade edilir?. Qastroenterologiya


masaj yuxuda dis agrisi sekis cinsi xestelikler babasil mualicesi
masaj
is elanlari