Bu yaşdan sonra hamiləliyə ciddi nəzarət… - Həkim

Bu yaşdan sonra hamiləliyə ciddi nəzarət… - Həkimhamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk qruplar həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır.
Axar.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova deyib.
Ginekoloq qeyd edib ki, risk qruplarının əsas problemlərdən biri qadının yaşı ilə bağlıdır:
"Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.
Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər".
N.Axundova bildirib ki, döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır:
"Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini 40 faizədək artırır, hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir".
O, hamiləliyin qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olduğunu da vurğulayıb:
"Burada yaş faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması, xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş qadın üçün imtahandır. Təkrar hamilə qalmaq, dünyaya sağlam uşaq gətirmək və ağırlaşmaların sayının az olması üçün ən azı 12-18 ay keçməlidir. Bu müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.
Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq.
Ümumiyyətlə, 20-35 yaş aralığı qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal dövrdür. Hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir. Eyni zamanda, hamiləlik fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır. Buna görə qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir. Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür".
Ginekoloqun sözlərinə görə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu həkimlə məsləhət etməlidilər:
"Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya uşaqda anadangəlmə qüsurlara səbəb olur.
Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı içkilər və qəhvənin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda oksigenə olan tələbatı ödəyir. Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim məsləhətindən keçməlidir".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Nanə çayının faydaları və zərərləri

Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad


masaj yuxuda qarin agrisi tecili tibbi yardim mede agrisi babasil mualicesi
masaj
is elanlari