Baş ağrısı ilə miqrenin fərqi

Baş ağrısı ilə miqrenin fərqiBaş ağrıları istənilən mövsümdə insanları narahat edən problemlərdən başlıcası hesab edilir.

Doktorinfo.az xəbər verir ki, baş ağrılarının öncə də qeyd etdiyimiz kimi bir çox növləri var. İnsanlar isə daha çox baş ağrısını miqren ağrıları ilə qarışdırırlar.

Bes miqrenle bas agrisinin ferqi varmi?

Miqren insanın gündəlik həyat tərzinə mənfi təsir göstərən agrilar sırasına daxildir.

Digər növ normal adlandırılan baş ağrıları adətən stress, gərginlikdən yaranır. Oturaq işdən, müəyyən gərginlikdən, boynun perikranial əzələlərinin funksiya pozulmasından baş ağrısı hiss edilir.

Miqrenlə bu baş ağrısı birinci növbədə intensivliyi ilə fərqlənir.

Bundan əlavə digər əsas fərq məhz şiddətinə görə dəyişir. Miqren zamanı yaranan ağrılar daha şiddətli olur.

Miqren ağrısı intensiv olur, artaraq güclənir. Belə ki, bu növ ağrılar 1 sutkadan 3 günə kimi davam edə bilər.

Normal ağrılar zaman işığa qarşı həssaslıq yaranmır, ürəkbulanma halları baş vermir.

Miqren zamanı isə agri məhz belə başlayır. Baş nahiyəsində başlayıb daha sonra ürəkbulanma baş verir. İşığa, musiqiyə qarşı hessasliq yaranır.
Baş ağrısı ilə miqrenin fərqiQeyd edək ki, miqren ağrıları hətta şiddətindən yatağa da sala bilər.

Baş ağrısı, beyinin daxili və xaricində gedən hər hansı dəyişiklərə orqanizmin reaksiyasıdır. Amma beyin ağrımır.

Keçirilən stress, travma, əsəb zamanı kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir, yığılır və ağrı yaranır. Məhz bu tipə "gərginlik baş ağrıları" deyilir.

Kəllə daxilində bir sıra orqanlar yerləşir ki, orada baş verən problem zamanı da başda küt ağrılar yarana bilər.

Ağrılar zamanı isə dərmanları araşdırmadan atmaq olmaz. Adi dərman xəstəni ölümcül vəziyyətə də sala bilər.

Miqren isə adətən 2 səbəbdən yaranır. Bu damarın daralması və damarın genişlənməsidir. Miqrenin özünəməxsus dərmanları olur. Bir dərmanı hər növ baş ağrsı zamanı qəbul etmək olmaz.

Məsələn, pasiyent əgər damarın genişlənməsindən əziyyət çəkirsə və bu zaman ağrılar üçün "spazmalqon" içərsə, genişlənmiş damar daha da da genişlənərək böyük fəsadlar yarada bilər.
Spazm əleyhinə preparatlar tövsiyə edilmir. Bu səbəbdən ən düzgün qərarı həkim müayinələr əsasında verə bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 16 avqust 2024

Oxşar xəbərlər

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari