Miqren xəstəliyinin əlamətləri və müalicəsi

Miqren xəstəliyinin əlamətləri və müalicəsiMiqren, bulantı, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərlə ortaya çıxan, başın bir tərəfində təkrarlayan, sancılı, nəbz kimi atan ağrı krizləri ilə xarakterizə edilən baş ağrısı növüdür. Miqreni artıran bir sıra faktorlar mövcuddur.

Miqren haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Miqren, sinir siqnallarına keçici olaraq təsir göstərən anormal beyin hərəkəti nəticəsində başın bir tərəfində sancı verən ağrı ilə ortaya çıxır. Şiddətli baş ağrısıdır. Bəzi dərmanlar olmaq üzrə stres, gerginlik, bəzi dərmanların istifadəsi, parlaq işıq, səs kimi faktorlar miqreni artıran faktorlardır.

Doktorinfo.az xəbər verir ki, miqren krizleri ildə 1-2 dəfə ya da ay ərzində dəfələrlə görülə bilər. Miqren ağrılarının əksəriyyəti çox şiddətli seyr edilir. Miqrendən əziyyət çəkənlər işlərini görməkdə çətinlik çəkirlər.

Miqrenin elametleri nelerdir?

Miqreni olan şəxslərdə şiddətli baş ağrısı, iştahsızlıq, qusma, bulantı, işıq, səs və hərəkətə qarşı həssaslıq, halsızlıq, tərləmə şikayətləri kimi əlamətlər meydana gəlir.
Boyundan başlayaraq bütün baş nahiyəsinə yayılan baş ağrısı da daxil olmaq üzrə miqren elametlerini təqdim edirik:

Mədə bulantısı

Görmədə bulanıqlıq, görmə çətinliyi

Depressiya kimi ruh halı dəyişiklikləri

Yorğunluq və enerjinin düşməsi

İşıq və səsə qarşı həssaslıq
Əl və ayaqlarda uyuşma

Yemə istəyi

Danışmaqda çətinlik
Miqren xəstəliyinin əlamətləri və müalicəsiMiqrenin yaranma səbəbi?

Səbəblərin ən başında genetik faktor gəlir. Ailədə miqrendən əziyyət çəkən varsa miqren xestesi olmaq ehtimalı 40 faizdir. Həm anası həm atası miqren xəstəsi olan bir şəxs isə 75% miqren şikayətləri yaşaya bilər. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişimlərdir. Bu səbəblə miqren ən çox qadınlarda görülür. Qadınlarda görülmə tezliyi kişilərə görə 3 qat daha çox olan miqren krizləri xüsusilə menstruasiya zamanlarında hormonal dəyişim səbəbiylə şiddətini artıra bilər.

Miqren diaqnozu necə qoyulur?

Miqren müalicəsində ilk müddətdə, miqren xəstəsinin şikayətləri həkim tərəfindən dəyərləndirildikdən sonra klinik olaraq diaqnoz qoyulur. Xəstənin necə qidalanması, yuxusu, stres dərəcəsi, ətraf faktorlar dəyərləndirilir. Günümüzdə bir çox insan boyun və bel ağrısı yaşayır.

Miqrenin növləri mövcuddur. Müalicə isə buna əsasən təyin edilir. Ən çox görülən miqren tipi "aurasız miqren"-dir. Miqren ağrısına sahib olanların əksəriyyətində aurasız miqrenə rastlanılır. Miqrenin digər bir növü olan auralı miqrenə sahib olanlarda da "aurasız miqren"ə rastlanılır.

Miqrenin mualicesi necə edilir?
Miqren xəstəliyinin əlamətləri və müalicəsiDüzgün müalicə ilə bu krizlərdən xilas olmaq mümkündür. Həftədə 1-2 dəfə və ya daha çox kriz olduğu zaman qoruyucu müalicə tətbiq edilir.
Gündəlik həyatda bunlara mütləq diqqət edin:

Baş ağrısının nə zaman, hansı şərtlərdə başlanılması

Az və ya daha çox yatmamaq

Mütəmadi idmanla məşğul olmaq

Uyğun çəkiyə çatmaq

Spirtli içkilərdən istifadə etməmək.

Əgər miqren ağrısı əsnasında ürək bulantınız da yaranırsa bu zaman bulantı dermani ilə miqren dərmanını birlikdə istifadə etməyə çalışın.
Bəzən miqrenə qarşı "Botoks" müalicəsi tətbiq edilir. Aparılan son araşdırmalara görə, 3 aydan daha çox zaman ərzində ayda 15 ya da daha çox baş ağrısı tutan şəxslərdə botoks tətbiqi effektli təsir göstərib. Belə xəstələr üçün bu tətbiqin güvənilir olması üçün nevroloq və ya neyro cərrah tərəfindən edilməsi məqsədəuyğundur.

Qeyd edək ki, qidalanmanın da miqren xəstəliyi zamanı əhəmiyyəti böyükdür. Belə ki, şokolad, süd məhsulları kimi qidaları həddindən çox yedikdə miqren ağrılarının şiddətinin artacağı ehtimalı yüksəkdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır


masaj yuxuda babasil mualicesi boyrek agrisi dis agrisi tecili tibbi yardim
masaj
is elanlari