Bağırsaq polipləri

Bağırsaq polipləriPolip vücudun bir çox yerində ortaya çıxa bilər.

Doktorinfo.az xəbər verir ki, hüceyrələrin çoxalıb yaratdığı quruluşdur. Rəhm, burun, mədə kimi vücudun hər yerində yarana bilən poliplər qalın bağırsaqda da görülə bilər. Qalın bağırsaqda ortaya çıxan poliplərin xərçəngə çevrilmədən alınması vacibdir. Bu səbəbdən xüsusiyyətlər risk qrupudakı şəxslərin müəyyən aralıqlarla nəzarətdən keçməsi həyati əhəmiyyət daşıyır.

Bagirsaq polipi nedir?

Qalın bağırsaq polipləri, bağırsaq kanalının daxili səthindən yüksələn anormal böyümələr olaraq görülür. Bağırsaq polipləri adətən zərərsizdir, ancaq irəliləyən böyüyən poliplər daha ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Bagirsaq polip elametleri nelerdir?
Bağırsaq polipləriQalın bağırsaq polipləri heç bir əlamət verməyə bilər. Bir çox polip ümumi müayinə əsnasında təsadüfən aşkar edilə bilər.

Bununla yanaşı ən çox görülən əlamətlər:

Qanaxma

Nəcisdə qanın görülməsi

Tualet vərdişlərində dəyişiklik. Bir həftədən uzun çəkən qəbizlik və ya ishal diqqətə alınmalıdır.

Göbək ağrısı

Yorğunluq və ya nəfəs darlığı

Qanazlığı

Bu əlamətlərin yaşanması şəxsdə polip və ya poliplərin səbəb olduğu bağırsaq xərçəngi olduğu mənasına gəlmir. Hemoroid və ya istifadə edilən bəzi dərmanlar da bənzər əlamətlər verə bilməkdədir. Əmin olmaq üçün mütəxəssisə müraciət etmək lazımdır.

Bagirsaq poliplerinin sebebleri nelerdir?

Yaranmasında risk faktorları mövcuddur:

Həddindən artıq çəki və piylənmə

50 yaş və üzəri

Siqaretdən istifadə

Ailəsində bağırsaq xərçəngi olanlar

Gardner sindromu

Nəzarət altında tutulmayan tip 2 diabet xəstələrində polip inkişafı daha çox görülür.

Hərəkətsiz yaşayış tərzi

Stress

Diaqnoz müxtəlif üsullarla, müayinələrlə dəqiqləşdirilir. Buna kolonoskopiya, analizlər və s. daxildir.

Bağırsaq polipləri aşkar edildiyi zaman çıxarılması vacibdir. Polipin növü və sayısına görə edilən müalicə növü fərqlidir.

Bağırsaq polip əməliyyatı olanlar nələrə diqqət etməlidir?
Bağırsaq polipləri

Polip müalicəsindən sonra xəstələr bəzi əlamətlərə diqqət etməlidirlər:

Qarında şiddətli ağrı

Qızdırma

Qanlı nəcis

Baş gicəllənməsi

Halsızlıq şikayətlərində həkimə müraciət edilməlidir.

Bəzi qidalardan istifadəni azaldaraq polipin inkişaf etmə ehtimalını azalda bilərsiniz.

Bunlar hansı qidalardır?

Qırmızı ət

Sosis, kolbasa

Qızarmış qidalar

Yağlı qidalar.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 08 iyul 2024

Oxşar xəbərlər

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd


masaj yuxuda babasil mualicesi mede agrisi qarin agrisi sekis
masaj
is elanlari