ÜST "yüksək risk səviyyəsi" ELAN ETDİ - Yarım milyona yaxın insan

ÜST 2023-cü ilin əvvəlindən bəri dünyada vəbaya yoluxma hallarının sayı 582 mini keçib, 4,5 mindən çox insan dünyasını dəyişib.
Musavat.com Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq bülleteninə istinadən xəbər verir ki, yanvar ayından bəri vəbaya yoluxma 29 ölkədə qeydə alınıb.
Bülletendə bildirilir ki, 2023-cü ilin arxada qalan dövründə vəbaya yoluxma sayı keçən ilə dair illik rəqəmləri üstələyib: 15 sentyabr tarixinə 582 219 hadisə və 4 543 ölüm qeydə alınıb. Təşkilat xatırladıb ki, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəbaya yoluxma hadisəsi qeydə alınıb: "Çox sayda yoluxma halı və onların coğrafi yayılması, həmçinin vaksinlərin və digər resursların çatışmazlığı nəzərə alınmaqla, ÜST qlobal risk səviyyəsini çox yüksək kimi qiymətləndirməyə davam edir".
Bülletendən aydın olur ki, xəstəlik xüsusilə Afrikada daha çox yayılıb. İlin əvvəlindən bəri 16 Afrika ölkəsində vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Burundi, Konqo Demokratik Respublikası (KDR), Zimbabve, Kamerun, Malavi, Mozambik və Efiopiya və digər ölkələrdə yoluxma halları çoxdur. Şübhəli vəba hallarının əksəriyyəti Əfqanıstandadır (təxminən 159 min). Xəstəlik həmçinin Suriya (təxminən 120 min hadisə), Haiti (62 mindən çox), Malavi (58 mindən çox), Dominikan Respublikası (36 mindən çox) və Efiopiyada (23 mindən çox) yayılıb. / milli.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 06 oktyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari