Uşaqlarda piylənmə problemi ilə necə mübarizə aparmalı?

Uşaqlarda piylənmə problemi ilə necə mübarizə aparmalı?Uşaqlarda görülən piylənmə, uşaqlıq zamanında və uşağın gələcək həyatında sağlamlıq problemləri baxımından təhlükəli vəziyyətə sala biləcəyi üçün müalicə edilməsi gərəklidir. Son zamanlarda geniş formada yayılıb. Uşaqlıq dövründə müalicəyə başlanılarsa xilas olma şansı daha yüksəkdir.

Uşaqlıq piylənməsinin səbəbləri nələrdir?

Səbəblər arasında ilk faktor ailədən qaynaqlanan qidalanma forması olsa da bir çox səbəbdən də qaynaqlana bilər.
Faktorları qeyd edirik:

Hazır yeyəcəklər ilə qidalanma

Paketli qidaların istifadəsi

Diabet

Hormonal təsirlər

Qəbul edilən dərmanlar

Ekran başında keçirilən zamanın çox olması

Kompüter oyunlarına bağlılıq

Yuxu problemləri

Uyğun saatlarda yatmamaq

İdman vərdişinin olmaması
Uşaqlarda piylənmə problemi ilə necə mübarizə aparmalı?Uşaqlıq zamanında yaranan piylənmə, yayğın olaraq böyüklərdə meydana gələn bəzi narahatçılıqların uşaqlıq vaxtında da olma ehtimalını yüksəldə bilir. Bu xəstəlikləri bu formada sıralaya bilərik:

Diabet: Şəkərin nəzarət altında tutulması çətinləşə bilər. Paketli qidalardan istifadəni, qazlı və şəkər tərkibli içkiləri qidalanma siyahısından çıxarmalısınız.

Qaraciyər və böyrək xəstəliyi: Düzgün qidalanmağın olmaması artıq çəkiyə səbəb olur. Bu isə digər orqanlara mənfi təsir göstərir. İrəliki yaşlarda meydana gələ biləcək qaraciyər narahatçılıqları təhlükəsini daha da yüksəldir. Həmçinin qaraciyərdə yaranan yağlanma orqan zədələnməsinə səbəb ola bilər.

Tənəffüs sistemi xəstəlikləri: Astma, nəfəs almaqda çətinlik, nəfəsi idarə edə bilməmək kimi sağlamlıq problemləri adətən piylənmə olan uşaqlarda görülür. Yuxu əsnasında yuxu abnesi olaraq meydana gəlirsə müalicə vacibdir.

Sümük – oynaq narahatçılıqları: Uşaqlarda artıq çəki, bədəndəki sümük və oynaqlara təzyiq edir. Oynaqda ağrılar, beldə yaralanmalar yaşana bilər.

Uşaqlarda piylənmə necə müalicə edilir?

Uşaqlarda piylənmə problemi ilə necə mübarizə aparmalı?Piylənmə ilə mübarizə aparmaq üçün valideynlərin üzərinə məsuliyyət düşür. Piylənmə problemi olan uşaqlarda məqsəd arıqlamaq deyil, düzgün qidalanma vərdişinin yaradılmasıdır.
Qidalanma ilə müalicə: Ani çəki verdirən pəhriz üsulları uşaqlar üçün uyğun olmaz. Böyümə və inkişafa mənfi istiqamətdə təsir göstərər. Bu üsulun yerinə uşağa uyğun qidalanma planı hazırlanmalıdır. Pəhrizdə bu dəyişikliklər edilə bilər:

Ara qidalarda paketlənmiş hazır qidalar əvəzinə meyvə, tərəvəzlər seçilməlidir.

Yağ miqdarı yüksək olan fast foodların yerinə uşaqla bərabər evdə keyfiyyətli hazırlanan qidalar seçilməlidir.

Qazlı və şəkər miqdarı yüksək olan içkiləri seçmək əvəzinə süd, ayran, yeni sıxılmış meyvə suları içilə bilər.

Uşaq bu barədə maarifləndirilməlidir.

Taxıllı qidalara üstünlük verilə bilər.

Uşaqların inkişafına dəstək olan süd məhsulları mütləq pəhriz siyahısında yer almalıdır.

Belə faydalı vərdişlərin aşılanması zaman ala bilər. Ancaq nəticədə uşaq pis vərdişlərdən uzaqlaşaraq düzgün həyat tərzi qazanmış olacaq.
İdmanla məşğul olmaq çox vacibdir. Bununla birlikdə çəkini nəzarətdə saxlamaq asan olacaq. Fiziki hərəkətlərin çoxalması üçün bəzi dəyişikliklərdən faydalanmaq lazımdır. Bunlar aşağıdakı kimidir:

Məktəb və ev məsafəsində nəqliyyatdan istifadə etmək əvəzinə yeriməklə və ya velosipedlə gəlmək mühümdür.

Kompüter, televizor, telefon kimi əşyalardan istifadə məhdudlaşmalıdır.

Uşaq özünə ən uyğun idman növünü seçib məşğul olmalıdır.

Ailə ilə birlikdə nərdivanlardan istifadə etməli, təmiz havada yeriməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar


masaj yuxuda boyrek agrisi tecili tibbi yardim goz hekimi babasil mualicesi
masaj
is elanlari