Uşaqlara çörək yedirtməyin! - Valideynlərə xəbərdarlıq

Uşaqlara çörək yedirtməyin! - Valideynlərə xəbərdarlıq"Çörək bol olarsa, basılmaz vətən!" Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: "Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər"...
Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə "canımıza yatmır" elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: "Çörəklə ye ki, doyasan".
Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. O, Ailem.az-a açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: "Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur".
Həkimin sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: "Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər - içərisində olan qatqı maddələri - rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır".
Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: "Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!"
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 sentyabr 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari