Solaxaylıq xəstəlikdir?

Solaxaylıq xəstəlikdir?Dünya Solaxaylar Günü, "Left Handers Day" adı ilə hər il 13 avqust tarixində bütün dünyada qeyd edilir. Mütəxəssislər, solaxaylığın xəstəlik olmadığını, bir beyin zədəsi ilə əlaqəsi olmadığını vurğulayırlar. Bu, beyin inkişafındakı fərqlilikdir. İnsanların 100-də 10-nu sol əlindən daha yaxşı istifadə edirlər. Bunun səbəbi əşya istifadə bacarığı cəhətdən sağ beynin daha inkişaf etmiş olmasıdır. İnsanların 100-də 90-da isə əşyaları istifadə etmək baxımından bacarıq sol beyindən irəli gəlir. Bu səbəbdən sağ əliylə istifadə edirlər. Bir şəxsin hansı əldən istifadə edəcəyinə dair əlamətlər aşkar edilməyib. Aparılan araşdırmalarda ana bətnindəki hormon səviyyətləri və müxtəlif ətraf faktorların solaxaylığa səbəb ola biləcəyi vurğulanır. Ancaq solaxaylığın xəstəlik olmadığı, bir beyin zədəsi olmadığı diqqətə alınmalıdır. Sol əlindən istifadə edənlərin beyni ilə sağ əldən istifadə edənlərin arasındakı ən təməl fərq dil mərkəzi cəhətdən ortaya çıxar. Sağ əldən istifadə edənlərin dil mərkəzi sol beyindədir. Solaxaylarda isə adətən sağ beyindədir.
Solaxaylıq xəstəlikdir?Ancaq aralarında xüsusi zəka fərqi mövcud deyil. Bəzi iddialara görə, solaxaylar daha fərqli, ağıllı olurlar. Bu istiqamətdə bir çox araşdırma aparılır. Solaxaylarda bəzi zəka fərqləri olduğunu iddia edən çalışmalar mövcuddur. Ancaq aralarında xüsusi zəka fərqi mövcud deyildir. Bəzi solaxayların daha zəkalı olduğu doğrudur ancaq bunu məhz istifadə edilən əllə əlaqədar olması və ya solaxayların hamısına aid edilməsi yanlış fikirdir.

Bəzi valideynlər uşaqları qələm tutmağa çalışarkən qarışır və məhz sağ əldən tutmağını tələb edirlər. Mütəxəssislərə görə isə bu tamamilə yanlış addımdır. İnkişaf dövründə olan uşaq bir əlini digərinə görə daha çox istifadə edir. Bu proses məktəb dövründə artıq dəqiqləşir. Solaxay bir uşaq mütəmadi olaraq sağ əlini istifadə etməkdə çətinlik çəkirsə özünü müvəffəqiyyətsiz hiss edər. Bu vəziyyət psixoloji problemləri yarada bilər. Bu səbəbdən uşağın normal inkişafına maneə olmaq lazım deyil. Bu səbəbdən solaxay uşağın hərəkətinə qarışılmamalı və bunu kompleks etməməlisiniz.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari