Rektosel (Bağırsaq yırtığı) nədir?

Rektosel (Bağırsaq yırtığı) nədir?Rektosel, bağırsaq yırtığı olaraq da bilinən, qalın bağırsağın qadınlarda vaginaya, kişilərdə məsanəyə doğru şişməsidir.
Rektosel hər zaman simptomlara səbəb olmasa da bəzi zamanlarda vaginal qanaxma, rektumda dolğunluq hissi, tez-tez tualetə getmə istəyi kimi əlamətlərlə ortaya çıxa bilir.

Bağırsaq yırtığının əlamətləri belə sıralanır:

Rektum və ya vaginada təzyiq hissi və ağrı

Gündə bir neçə dəfə tualetə çıxma istəyi

Cinsi münasibət zamanı ağrı

Vaginada yumşaq toxuma çıxıntısı

Qəbizlik

Vaginada genişlik və ya əzələ itkisi hissi

Bağırsaq hərəkətlərində problemlər

Rektosel (bağırsaq yırtığı) vaginal ya da əzələ divarında yer alan toxumaların zəifləməsi nəticəsində meydana gələ bilər. Qalın bağırsaq ilə vagina arasında yer alan toxumaların incəlməsi səbəbiylə də bağırsaq yırtığı ortaya çıxa bilər.

Rektoselin risk faktorları:
Rektosel (Bağırsaq yırtığı) nədir?Anal dəliyinin funksiya pozuntuları

Hamiləlik və doğuş – Vaginal doğum ya da birdən çox doğuş etmək pelvik hissəyə zərər verərək zəifləməsinə səbəb olur. Uzunmüddət davam edən doğuş pelvik əzələləri gərir, bu da vaginanın dəstəyinin zəiflləməsinə yol açır. Bu da bağırsaq yırtığı yaranmasına zəmin hazırlayır.

Qocalma – Klimaks vücudda estrogen itkisi kimi bir çox dəyişikliyə səbəb olur və bu da pelvik nahiyəsindəki əzələ toxumalarını azaldaraq rektosel yaranmasına səbəb olur.

Xronik öskürək və ya bronxit - Astma, siqaret çəkmə, tənəffüs yolu xəstəlikləriylə bağlı uzunmüddətli öskürək, zamanla əzələləri gərə bilər və bu da şəxsi rektoselə qarşı daha həssas hala gətirə bilir.

Xroniki qəbizlik – Bu hal, pelvik əzələləri zəiflədə bilir. Bu da bağırsaq yırtığının yaranmasına səbəb ola bilir.

Təkrarlanan ağırlıq qaldırma – Tez-tez ağır qaldırmağı gərəkdirən bir işdə çalışmaq pelvik əzələlərinə çox təzyiq tətbiq edərək onların genişlənməsinə və zəifləməsinə səbəb ola bilir.

Daha ağır vücuda sahib olmaq – Həddindən çox çəkili olmaq bu problem riskini artıra bilir.

Piylənmə - Bu hal da rektosel olmaq ehtimalı riskini artırır.

Keçirilmiş əməliyyatlar - Histerektomi kimi əməliyyatlar pelvik toxumasına zərər verərək bağırsaq yırtığı riskini artırır.

Diaqnozu necə qoyulur?

Mütəxəssis tərəfindən tibbi keçmiş araşdırılır, müayinə edilir. Bağırsaq yırtığı üçün bu müayinələr istənilə bilər:

Pelvik müayinə - Vaginal kanalı ya da məsanə sallanma əlamətləri cəhətdən müayinə edilir.

İncə bağırsaqda sallanmanın olub-olmamasını öyrənmək üçün uşaqlıq yolu müayinə edilir. Beləliklə rektoselin nə qədər şiddətli olduğu ortaya çıxar.

Müalicəsi üçün xəstəyə müalicə təyin edilir, daha sonra isə əməliyyat tətbiq edilir. Cərrahi müdaxilə xəstəliyin 2-3-cü mərhələsində aparılır. Yerli keyitmə və ağrıkəsicilərlə aparılır. Bu zaman cərrah zədəli toxumanı çıxarır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 14 oktyabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari