Qəfil ölümlərin səbəbi nədir? - Kardioloqdan açıqlama

Qəfil ölümlərin səbəbi nədir? - Kardioloqdan açıqlamaSon vaxtlar gənc yaşda qəfil ölüm hallarının çoxalması insanları narahat edən əsas problemlərdən biridir.
Qəfil ölümlərin yarıdan çoxu isə ürək-damar xəstəlikləri ilə əlaqədar baş verir. Mütəxəssislər bildirirlər ki, dünyada ürək-damar xəstəliklərinin yaşı getdikcə gəncləşir.
Bəs, bunun səbəbi nədir? Sürətlə yayılan ani ölümlərin qarşısını necə almaq olar?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən kardioloq Zaur İslamov bildirib ki, gənc yaşda qəfil ölümlərin baş verməsinin əsas səbəbi pis vərdişlərdir.
Qəfil ölümlərin səbəbi nədir? - Kardioloqdan açıqlamaKardioloqun sözlərinə görə, heç kim vaxtı-vaxtında profilaktik olaraq kardioloq müayinəsinə gəlmir:
"Ani ölümlərin çoxalmasının əsas səbəbi qeyri-düzgün həyat tərzi, pis vərdişlər, həddən artıq energetik və spirtli içkilərdən istifadə etmək, həmçinin siqaret çəkməkdir. Digər bir səbəb isə vətəndaşlarımızın heç olmasa, ildə bir dəfə kordioloq müayinəsindən keçməməsidir. Bundan başqa düzgün qidalanmama, artıq çəki, oturaq həyat tərzi və s. də riskləri artırır. Ürək-damar xəstəliklərinin dəyişə bildiyimiz və dəyişə bilmədiyimiz risk faktorları var. Dəyişə bilmədiyimiz risk faktoru irsiyyət, yaş, cins və yaşadığımız ölkədir. Dəyişə bilən risk faktorları isə artıq çəki, təzyiq, xolesterin, şəkər, stress və pis vərdişlərdir".
Zaur İslamov bildirib ki, statistik olaraq kişilərdə ürək-damar xəstəlikləri qadınlardan daha çoxdur:
"Qadınlara nisbətən kişilər arasında qəfil ölümlərin sayı daha çoxdur. 65 yaşdan sonra kişilərlə qadınlarda ürək xəstəliklərinin tezliyi eyniləşir. Buna səbəb odur ki, kişilər çox vaxt xəstəliyi iqnor edirlər, həkimə getmirlər. Bundan başqa hazırki dövrdə həyatımızda çoxalan stress də ürək-damar xəstəliklərinin səbəblərindən biridir. Cavanlarda ürəkdə problem olduqda bu daha çox irsi xəstəliklə əlaqədər olur. Həmin şəxslər uşaqlıqdan kordioloq nəzarətində olmalıdır. Gənclər simptomlara fikir vermirlər və şikayətləri olduqda həkimə müraciət etmirlər. Bu da qəfil ürək-damar xəstəliklərindən ölümlərin sayını çoxaldır. Yaddan çıxarmaq olmaz ki, ürəklə zarafat etmək olmaz".
Kardioloq qeyd edib ki, heç bir elmi iş və tədqiqat COVİD-19 üçün vurdurduğumuz vaksinlərlə ürək-damar xəstəlikləri arasında əlaqə aşkar etməyib:
"Hər hansı bir hadisə və ya xəstəlik nədənsə sonra baş verirsə, bu o demək deyil ki, onun nəticəsində olur. 30 il siqaret çəkən və vaskin vurdurduqdan sonra infakt olan şəxs heç yadına salmır ki, illər boyu zərərli vərdişi olub. Deyir peyvənd vurdurdum və ondan oldu. Halbuki adamın bütün risk faktorları var, yəni siqaret çəkir, oturaq işdə çalışır, artıq çəkisi var, gündəlik stress yaşayır. İnsanlar göz önündə olan şeyləri kənara qoyub, başqa nəzəriyyələr axtarmağa başlayırlar".
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 iyun 2023

Oxşar xəbərlər

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim boyrek agrisi dis agrisi
masaj
is elanlari