Oturaq həyat tərzi olanlara xəbərdarlıq
Həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov danışıb.
Onun sözlərinə görə, həzm sistemi orqanlarına ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qara ciyər, mədəaltı vəz və öd kisəsi aiddir:
"Həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s.
Həzmin pozulmasının əlamətləri qarında ağrı və ya hansısa narahatlıq yarada bilir. Bu sağ və ya sol qabırğaaltı, kürək və epiqastral nahiyyədə ağrılar, gəyirmə, döş sümüyü arxasında yanma, qıcqırma, qəbizlik, ishal kimi müşahidə oluna bilər. Həzmsizliyin əlamətləri adətən yeməkdən sonra mədənin həzmi yerinə yetirməsi zamanı başlayır.
Simptomlar arasında ən çox yayılmış olanı yemək əsnasında meydana gələn erkən doyma hissidir. Bu, qarında şişkinlik, gəyirmə, ürəkbulanma və ya ürək yanması ilə müşayiət oluna bilər. Həzmsizliyi müalicə etmək üçün öncə düzgün qidalanmaq, stresdən uzaq durmaq, yuxu rejimini bərpa etmək, aktiv olmaq lazımdır".
Milli.Az
DOKTORINFO.AZ Siam əkizliyi necə olur?
Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Limfa düyünlərinin müalicəsi
Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?
Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Vücudda yaranan qırmızı xal təhlükəlidir?
Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını