Omikrona görə əhaliyə daha bir xəbərdarlıq

Omikrona görə əhaliyə daha bir xəbərdarlıqSəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.
Axar.az birgə məlumatı təqdim edir:
"Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştammına yoluxanların sayında artım müşahidə olunur. Omikron ştammının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
• Maska taxın;
• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
• Təcrid olduğunuz yeri tez-tez havalandırın;
• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
• Bol maye qəbul edin;
• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra "İmmunitet sertifikatı" əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda


masaj yuxuda goz hekimi tecili yardim babasil mualicesi sekis
masaj
is elanlari