Katarakta (Mirvari suyu) xəstəliyi nədir?

Katarakta (Mirvari suyu) xəstəliyi nədir?Yaşın irəliləməsindən ən tez təsirlənən orqan məhz gözdür. Bununla yanaşı fiziki və təbii dəyişikliklər də gözə təsir göstərə bilər. Nəticədə isə göz bəbəyi kiçilə bilər.

Katarakta xestəliyi nədir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, yaş qrupuna görə dəyərləndirilən xəstəlik növüdür.
Katarakta, göz büllurun qismən və ya tamamilə bulanmasıdır. Katarakta anadangəlmə və ya sonradan qazanılmış ola bilər. Orta yaşlı insanlarda tez-tez rast gəlinir. Katarakta gözlərin hər ikisində ya da sadəcə birində müşahidə edilsə də əksər zaman bir göz digərindən daha çox təsirlənir.

Göz müayinəsi nə zaman olunmalıdır?

40 və daha yaşlı insanlar 2 - 4 il aralıqları ilə ətraflı göz müayinəsindən keçməlidirlər. 55 yaşdan sonra isə 1 - 3 il, 65 yaşından sonra isə 1 - 2 il aralıqla müayinə olunmaqları tövsiyə edilir.
Katarakta (Mirvari suyu) xəstəliyi nədir?Kataraktanin elametleri nelerdir?

İlkin zamanlarda hansısa əlamət göstərməyə bilər. Daha sonra isə yaxşı görməmək, bulanıq görmə ilkin əlamətlər olaraq meydana çıxa bilər. İşığın az olduğu məkanlarda isə görmə zəifliyi daha da arta bilər. Televizora baxmaq, kitab oxumaq artıq mümkünsüz hala gələ bilər.

Bundan başqa digər əlamətlər də mövcuddur:

Rənglərin çətin seçimi

Göz yorğunluğu

Eynək nömrələrini tez-tez dəyişdirmə ehtiyacının yaranması

Günəşli havalarda görmənin daha da zəifləməsi

Katarakta (Mirvari suyu) xəstəliyi nədir?Katarakta xəstəliyinin səbəbi nədir?

Bu xəstəliyə yol açan səbəblər müxtəlifdir. Ən çox yayılan və bilinən səbəbi isə yaşla bağlıdır.
Bununla yanaşı metabolik xəstəliklər, şəkər xəstəliyi, göz içi infeksiyalar, göz travmaları da buna yol aça bilər.

Xəstəliyin müddəti nə qədərdir?

Bu, tamamilə orqanizmdən asılıdır. Xəstəlik illərlə də davam edə bilər. Müddət qoymaq mümkün deyil. Ətraflı müayinələr dəqiq diaqnozu qoymağa kömək edəcəkdir.

Müalicəsi necə aparılır?

İlk olaraq oftalmoloq tərəfindən ətraflı biomikroskopik müayinə aparılır. Katarakta dərman vasitələri ilə müalicə olunmur. Çünki effektliyi yox dərəcəsindədir. Katarakta, mikroskop altında xüsusi mikrocərrahi alətlərin köməyi ilə gözün daxilindən təmizlənir. Bundan sonra yerinə linza qoyulur. Uğurla həyata keçirilmiş əməliyyatlardan sonra görmə bərpa olunur.

Katarakta əməliyyatının müddəti

Əməliyyat anesteziya olmadan aparılır, cəmi 15-20 dəqiqə çəkir və olduqca asan keçirilir. Kataraktanın müayinə və müalicəsi həkim oftalmoloq tərəfindən aparılır. Müdaxilə zamanı lokal damcıdan istifadə edilir. Əməliyyat, xəstənin eynəkdən xilas olmasına kömək edir.

Katarakta əməliyyat zamanı, gözə yerləşdiriləcək linzanin nömrəsi seçilərək uzağı və ya yaxını aydın şəkildə görmək təmin edilir.

Katarakta (Mirvari suyu) xəstəliyi nədir?Katarakta əməliyyatı zamanı narkoz verilirmi?

Katarakta əməliyyatı zamanı anesteziya uşaqlar və yenidoğulanlar istisna olmaqla tətbiq edilmir. Katarakta əməliyyatı zamanı yetkin xəstələrdə müxtəlif növ yerli anesteziyadan istifadə olunur. Periorbital sahəyə inyeksiya edilir. Göz hərəkətsizləşdirilir.

Katarakta xəstəliyindən qorunmaq olarmı?

Tam olaraq qarşısını almaq mümkün deyil ancaq xəstəliyə tutulma riskləri bu formada azaldıla bilər:

Gözləri günəş şüalarından qorumaq

Günəşə baxmamaq

Siqaretdən imtina

Düzgün qidalanma

Əgər varsa şəkər xəstəliyini nəzarət altında tutmaq.

Kompyuterlə işləyənlər isə qoruyucu eynəklərdən və həkimin tövsiyə etdiyi damcılardan istifadə edə bilərlər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 iyun 2024

Oxşar xəbərlər

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari