İsti günlərdə başağrısının səbəbləri açıqlandı - FOTO

İsti günlərdə başağrısının səbəbləri açıqlandı - FOTOYay aylarında bəzi insanlar ilin digər vaxtlarına nisbətən daha tez-tez baş ağrıları keçirə bilərlər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, rusiyalı nevroloq, epileptoloq və tibb elmləri doktoru Vasili Generalov bunun səbəbləri barədə danışıb.
Həkimin sözlərinə görə, istidə başağrısının bir mümkün səbəbi bədənin susuzlaşmasıdır.
"Susuzluq və bol tərləmə baş ağrılarına səbəb ola bilər. Qanın tərkibində də su olur və susuzluq baş verərsə, qırmızı qan hüceyrələri kapilyarlardan keçərkən bir-birinə yapışmağa başlayır, kapilyar səviyyədə oksigen mübadiləsi ləngiyir, toxumaların hipoksiyası baş verir. İsti havalarda, çoxlu su içmək lazımdır", - deyə Generalov izah edib.
Nevroloq vurğulayıb ki, bir çox insanlar meteohəssasdır və havanın temperaturunun dəyişməsi  onlara başağrısı verə bilər. Onun sözlərinə görə, belə hallarda ağrını yüngülləşdirmək üçün spazmı aradan qaldıracaq dərman istifadə etmək olar.
"Həmçinin xüsusi məşqlər də var. Məsələn, evdə birində isti, birində soyuq su olmaqla iki qab qoyun və növbə ilə pəncələrinizi suya salıb təxminən 30 saniyə saxlayın. Bu, cəmi 15 dəqiqə çəkir, lakin bu cür manipulyasiyalardan sonra hava temperaturundakı dəyişikliklərə həssaslığınızı daha da azalda bilərsiniz", - deyə həkim əlavə edib.
Generalov başağrısına daha bir səbəb kimi təzyiqi göstərib. Onun sözlərinə görə, havanın isti olmasına görə damar genişlənməsi baş verdiyi üçün təzyiq düşə bilər. Belə insanlara tünd çay və ya qəhvə kömək edər.
Generalov narahatlığın digər mümkün səbəbinin vegetativ-damar distoniyası və böyrəküstü vəzi funksiyalarının pozulmasını göstərib, həmçinin venoz qan axını pozulanlarda da problemlər yarandığını deyib.
"Yaxşı olar ki, belə insanlar istidə az olsunlar və həkimlə məsləhətləşib, venotonik dərmanlar qəbul etsinlər", - deyə nevroloq bildirib.
Milli.Az 


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 09 iyul 2023

Oxşar xəbərlər

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind


masaj yuxuda dis agrisi goz hekimi mede agrisi boyrek agrisi
masaj
is elanlari