Həkimdən Paşayeva ilə bağlı açıqlama: Vəziyyət kifayət qədər ciddid

Həkimdən Paşayeva ilə bağlı açıqlama: Vəziyyət kifayət qədər ciddidKoma – gedən proseslər nəticəsində müxtəlif maddələrlə orqanizmin daxili zəhərlənməsi və sinir sisteminin, beyin qabığının zədələnməsidir. Bu zaman insanın huşu gedir. Koma qan təzyiqinin aşağı olması, böyrək funksiyasının pozulması, orqanizmdə gedən müxtəlif ağır proseslər, xərçəng, müxtəlif dərman preparatları, psixatrop dərmanların artıq dozları və bu kimi çoxsaylı səbəblərdən ola bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Adil Qeybulla bildirib ki, hər bir koma vəziyyətində proqnoz fərqlidir:
"Komanın da orqanizmin reflekslərinin nə dərəcədə saxlanmasından asılı olaraq dərəcələri var. Dərin komada reflekslər tam itə bilir. Həmçinin, proqnoz xəstəliyin gedişindən də asılı olur. Ola bilər ki, xəstə komaya girsin və sonra vəziyyəti getdikcə ağırlaşsın. Yaxud əksinə, komadan tez bir zamanda ayılsın. Bu, əsasən, qaraciyər mənşəli komalarda müşahidə olunur və xəstələr düzgün müalicə alarsa, bu vəziyyətdən çıxa bilirlər. Lakin elə situasiyalar var ki, xəstəni komadan çıxarmaq tibbin əlində deyil. Xəstənin ayılması onu komaya salan maddənin aşırı dozası, orqanizmdə gedən prosesin dərinliyi kimi hallardan asılıdır. Komaya düşən xəstə bir neçə günə, yaxud 1 ilə də ayıla bilər. Belə ki, bu, orqanizmin özünü bərpasından və beyin qabığının bu məsələyə nə dərəcədə reaksiya verməsindən asılıdır".
O əlavə edib ki, insanların komaya düşməsi ağır iş rejimindən irəli gəlmir, bu halda yalnız ürəkkeçmələr, kollaptoid vəziyyətlər ola bilər.
A.Qeybulla millət vəkili Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı da danışıb:
"Qənirə xanımı müayinə etmədiyimə görə bu barədə dəqiq fikir deməyim çətindir. Ancaq onun evdə belə ağır vəziyyətdə komaya düşməsi göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Neçə gündür hər cür yüksək ixtisaslı həkimlər onun səhhətini diqqətdə saxlayırlar. Həmçinin, dövlət səviyyəsində hər cür yardımlar göstərilir. Buna baxmayaraq, səhhətində hələlik irəliləyişin olmaması vəziyyətin ciddi olduğunu bir daha təsdiqləyir. Bütün halda Qənirə xanıma şəfa diləyirəm.
Qənirə xanımın komadaykən müalicəsinin davam etdirilməsi onun ayılma ehtimalının həmişə olduğunu göstərir. Müalicənin əsas hədəfi də məhz komadan tez bir zamanda mümkün qədər itkilərsiz ayılmasıdır. Amma bunun nə dərəcədə nəticə verəcəyi onu komaya salan səbəbdən və həmin müddət beyin qapağının nə dərəcədə əziyyət çəkməsindən asılıdır".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 27 sentyabr 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari