Gündəlik istifadə etdiyimiz BU MADDƏLƏR yeniyetmələrdə inkişafı LƏNGİDİR

Gündəlik istifadə etdiyimiz BU MADDƏLƏR yeniyetmələrdə inkişafı LƏNGİDİRMəişətdə istifadə olunan kimyəvi maddələr yetkinlik dövründə yeniyetmələrin inkişafında ləngiməyə səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Norveç alimləri buna dair aparılan tədqiqatın nəticələrini Avropa Uşaq Endokrinologiyası Cəmiyyətinin Haaqada keçirilən iclasında təqdim ediblər.
Tədqiqatçılar gündəlik məhsullarda geniş istifadə olunan perftoralkil və poliftoralkil maddələrə (PFAS) diqqət yetiriblər. Xüsusilə, PFAS suya davamlı parçalar, qida qablaşdırmaları, oyuncaqlar və kosmetikanın tərkibində olur. Əvvəlki araşdırmalarda dəfələrlə bu kimi kimyəvi birləşmələrin böyüklərin və uşaqların sağlamlığı üçün zərərli olduğu sübut edilib.
Mütəxəssislər 6-16 yaş arası 420 oğlan və qız üzərində 19 müxtəlif növ PFAS-ın təsirini təhlil ediblər. Məlum olub ki, yetkinlik dövründə bu maddələrin təsirinə daha çox məruz qalan oğlanların cinsi orqanları, qızların isə döş vəziləri zəif inkişaf edir.
Əldə olunan məlumatlar kimyəvi maddələrin cinsi yetişkənliyin ləngiməsi ilə əlaqəsini göstərən keçmiş tədqiqatlarla uyğun gəlir. Sonuncu tədqiqatda alimlər ilk dəfə daha dəqiq üsullardan, xüsusən də ultrasəs müayinəsindən istifadə ediblər. Mütəxəssislər gələcəkdə cinsi yetişkənlikdə iştirak edən hormonların PFAS səviyyəsi ilə əlaqəsini öyrənməyə davam etməyi planlaşdırırlar.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 sentyabr 2023

Oxşar xəbərlər

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki


masaj yuxuda qarin agrisi tecili tibbi yardim mede agrisi babasil mualicesi
masaj
is elanlari