Geniş yayılan dəri xəstəlikləri

Geniş yayılan dəri xəstəlikləriDəri xəstəlikləri adətən qorxulu nəticələr vermədiyi müddətcə diqqət edilməyən problemlərdir.

Doktorinfo.az məlumat verir ki, böyüklərdə müşahidə edilən dəri xəstəliklərinin bəziləri qızarıqlıq, qaşıntı, yanma və fərqli formalarda özünü biruzə verə bilir.

Geniş yayılan deri xestelikleri hansilardir?

Seboreik dermatit (Seboreik ekzema) – Qızarıqlıq, qaşıntı ilə ortaya çıxan, təkrarlanan deri xesteliyidir.
Dermatoloq tərəfindən diaqnozu qoyulur. Adətən 20-50 yaş arasında daha çox görülür. Kişilərdə daha çox müşahidə edilir. Parkinson, üz iflici, immuniteti aşağı olan şəxslərdə yaranma riski yüksəkdir. Bəzi qidalanma əksiklikləri zamanı da bunlar görülə bilər.

Müalicəsi, xəstəliyin əlamətlərini azaltmaq istiqamətində edilir. Qaşıntı, qızarıqlıq kimi simptomları azaltmaq üçün antihistamin dərmanlar təyin edilə bilər. Uzunmüddət müalicə yaxşılaşma halının davamını təşkil edir.

Rosacea (Gül xəstəliyi) – Yayğın deri problemidir. Streslə bağlı faktorlar, damar problemləri səbəbindən yarana bilər. Ancaq dəqiq səbəbi hələ də tam təsdiqini tapmayıb. Üzün mərkəz hissəsini əhatə edir. 30 yaşından sonra daha çox başlayır. Qadınlarda daha çox müşahidə edilir. Qızarıqlıq, qaşıntı, qabarıqlar görülən təməl əlamətlərdir. Bu xəstəlikdən əziyyət çəkənlər isti və soyuq, spirtli içkilər, ədviyyatlı qidalardan imtina etməlidirlər. Üzün ehtiyyatla təmizlənməsi, dəri növünə uyğun nəmləndiricilərin istifadəsi, artıran faktorlardan qaçınmaq, günəşdən qoruma kremlərindən istifadə bütün xestelere tövsiyə edilir. Mezoterapiya, lazer seansları bu xəstəlik zamanı effektiv ola bilər.

Geniş yayılan dəri xəstəlikləriÜrtiker – Bir neçə sm-dən daha böyük ölçülərə qədər dəyişə bilir. Qızarıqlıq, qaşıntı əsas əlamətləridir. Hər 5 nəfərdən biri bu problemlə qarşılaşır. Gözdə, dodaqlarda və dildə şişkinliklərlə özünü göstərir.

Akut və xronik olaraq iki hissəyə ayrılır. Akut forma 6 həftədən daha az müddət davam edir.
Daha uzunmüddət davam etdikcə isə bu xroniki hesab edilir. Altda yatan əsas sebeb isə otoimmun problemlər olur. Ancaq yenə də tam dəqiq səbəbi məlum deyil. Antihistamin dərmanlardan istifadə edilir. Təbii ki, bunu artıran faktor tapılaraq ona uyğun müalicə seçilir.

Sədəf xəstəliyi – İnsanlar arasında çox geniş yayılıb. Bütün yaşlarda görülə bilər. Hətta 55 yaşdan sonra da meydana çıxmaq ehtimalı vardır. Qızarıqlıq, səpkilər görünür. Stress, istifdə edilən bəzi dermanlar, infeksiyalar bu problemi daha da şiddətləndirə bilər. Akut və xronik formada olur. Xronik forma isə daha çox dizlər, dirsəklər, ovuc içində, dabanlarda meydana çıxır. Psoriatik artrit xəstələrin 100-də 10-25-də müşahidə edilir. Risk faktorları dəqiq olaraq açıqlanmayıb. Müalicə isə xəstənin şiddətinə, formasına görə təyin edilir.

Bu növ dəri xəstəliklərində bəzən alternativ tibdən istifadə edilir. Təbii çarələrlə həll olan bir çox dəri xəstəlik növü vardır.

Bal, şəkər tozu və limon qarışımı
Geniş yayılan dəri xəstəlikləriEvdə təbii üsullarla hazırlanan pilinq və maskalar dəri ləkələrini ən aza endirir. Bunun üçün 2 qörək qaşığı şəkər, yarım limon suyu və bir yemək qaşığı içmə suyu qarışdırılaraq maska hazırlanır. Təmizlənmiş dəridə çəkilən maska beş dəqiqə gözlənilir və sonra ilıq su ilə yuyulur. Daha sonra yarım limon suyu və bir xörək qaşığı bal qarışdırılır, pambıqla dəriyə çəkilir və 20 dəqiqə ərzində dəridə gözlədilir və sonra durulanır.

Aloya vera

Dəri qulluğuna diqqət göstərənlərin tez-tez istifadə etdiyi bitkilərdən biri də aloya veradır. Dəri hüceyrələrini yeniləmə xüsusiyyəti mövcud olan bu bitki həm tək həm də qarışım halında təsirlidir. Bir ampul E vitamini, bir xörək qaşığı aloya vera geli, bir şirniyyat qaşığı kokos yağı ya da südü qarışdırılır. Pambıqla dəriyə çəkilir və 20 dəqiqə qədər gözlədilərək durulanır.

Dəri xəstəliklərinin qarşısını almaq üçün stresdən uzaq bir həyat yaşanmalıdır. Dəri qulluğu mütəmadi və əksiksiz olaraq edilməlidir. Qidalanmağa diqqət edilməlidir. Beləliklə dəri hər zaman daha sağlam görünəcəkdir.

Bir çox dərilərdə əsas problem soyulmadır. Bunun qarşısını almaq üçün dərini doğru nəmləndirmək lazımdır. Dərinin su itirdiyində yaşadığı quruluğu, təbii zeytun yağı ilə həll edə bilərsiniz. Dəri nəm tarazlığını qoruduğu zamna, soyulma da yaxşılaşacaq və dəri yenilənəcədir.

Zeytun yağını gecə yatmazdan öncə tətbiq etsəniz, yuxu əsnasında hüceyrə yenilənməsi sürətlənəcəyi üçün soyulmağın qarşısını ala bilərsiniz.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 08 yanvar 2024

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede


masaj yuxuda babasil mualicesi goz hekimi tecili yardim cinsi xestelikler
masaj
is elanlari