Faringit nədir?

Faringit nədir?Xalq arasında yayğın olan, boğaz ağrısı kimi bilinən faringit, iltihaba və boğaz ağrısına səbəb olur. Bu səbəbdən faringit xəstəlikdən çox simptom olaraq bilinir. Soyuqdəymə, qrip, bakteriyalar, infeksiyalar səbəbiylə ortaya çıxar. Faringitə səbəb olan faktorlar arasında siqaret, spirtli içki istifadəsi, quru və kirli hava faktorları yer alır. Bəzi faringit növü bir neçə həftə içində özlüyündən keçə bilərkən, bəzilərinin əks təsirlərinin qarşısını almaq üçün antibiotik istifadəsi gərəkə bilər.

Doktorinfo.az məlumat verir ki, faringit, ağız və burun boşluğunun arxasındakı farenks adı verilən udqunma nahiyəsinin iltihabıdır. Boğaz ağrısı olaraq da bilinən faringit boğazda qaşıntıya və udqunma çətinliyinə səbəb olur. Bu vəziyyəti həll etməkdə bol su içmək, duzlu su qarqarası və ilıq içkilər təsirlidir. Xəstə istirahət etməli, qıcıqlandırıcı qidalardan qaçınmalıdır.

Faringitin tipləri nələrdir?

Boğaz iltihabından qaynaqlı olaraq ortaya çıxan faringit, akut, xronik olmaq üzrə iki hissəyə ayrılır. Akut faringitdə xəstənin şikayətləri daha dərin olur. Boğaz ağrısı, udqunma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək kimi şikayətlər olur. Xronik faringitdə elametler daha zəifdir və mütəmadi davam edər. Boğazda quruluq, qıcıqlanma, yanma, yad cism hissi, udqunma çətinliyi kimi şikayətlər olur. Akut faringit adətən üst tənəffüs yolu infeksiyasıdır.

Faringit nə üçün olur?

Bakterial və virus infeksiyalar səbəb olur. Xüsusilə viruslar, faringit xəstəliyinin ən geniş yayılan səbəbi olaraq bilinir. Nadir vəziyyətlərdə allergiya, travma, reflüks səbəb ola bilər.

Səbəb olan əsas faktorlar bu formadadır:
Faringit nədir?Badamcıqlar iltihabı

Allergik reaksiyalar

Reflüks

Su çiçəyi

Adenovirus

A qrupu streptococcus

Faringitin risk faktorları nələrdir?

İmmun sisteminin düşməsi, mövsüm keçişi kimi faktorlara bağli olaraq ortaya çıxa bilər. Risk faktorları bunlardır:

İrəli yaşlı şəxslər

Kimyəvi maddələrə məruz qalan şəxslər

Siqaretdən istifadə

Qastroözofaqeal reflüks xesteliyi

İmmun sistemi zəif olanlar

Burun quruluşunda əyrilik, burun əti kimi tıxanıqlıq yaradan səbəblər

Allergik rinit

Sinüs infeksiyaları

Faringitin əlamətləri nələrdir?

Boğazda ağrı və qaşınma hissi

Udqunmada çətinlik

Geniz axıntısı

Boğazda quruluq

Burun axıntısı

Limfaların şişməsi

Baş ağrısı

Öskürək

Vücud ağrıları

Yüksək qızdırma

Mədə bulantısı

Ağızda acı dad

Boğaz ağrısına əlavə olaraq mononükleoz simptomlar bunlardır:

Şiddətli yorgunluq

Qızdırma

Əzələ və oynaq ağrıları

Halsızlıq

İştah itkisi

Qarşısını necə almaq olar?
Faringit nədir?Əllər tez-tez və yaxşı yuyulmalı

Öskürərkən və asqıran zaman ağız və burnu bağlamaq

Virus infeksiyalarından qorunmaq

Pis vərdişlərdən qaçınmaq

Tozlu və kirli havada olmamaq

Həddindən çox soyuq və qaynar qidalar istifade etməmək

Qıcıqlandırıcı qidalardan uzaq durmaq lazımdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 noyabr 2023

Oxşar xəbərlər

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele


masaj yuxuda goz hekimi cinsi xestelikler tecili tibbi yardim sekis
masaj
is elanlari